Xəyalən gələcəyə səfər etdim. Zamanı çox irəliyə, hətta həyatımın ən son dəqiqələrinə apardım. Budur, ölüm ayağındayam. Heç nə məni maraqlandırmır, nə ailə hayındayam, nə bu möhtəşəm evimin, nə problemlərimin. Ancaq öz canımın hayındayam. Halbuki, necə böyük istəklərim vardı, indi mənim üçün heç bir şey ifadə etmirlər. Qovuşmağı həsrətlə gözlədiyim sevdiyim belə artıq məni maraqlandırmır. Çox qəribədir, özümdən də çox istədiyimi düşünürdüm, amma indi sadəcə məni nələr gözləyir irəlidə irəlidə, bundan sonra nə olacaq, sadəcə onu bilmək istəyirəm, onun həyəcanını yaşayıram. Səfərimdə bir az da yol qət etdim. Budur, bu da mənim ölümüm. Ölmüşəm, əynimdə kəfən, öz cənazəmdəyəm. Baxıram ətrafa heyrətlə. Böyük bir izdiham var. Ardımca göz yaşları tökən insanlara baxıram. Pərişan ailəmi, yasıma gələn o qədər insanı görürəm. Bu izdihamın içində gəzirəm. Lakin tənhayam. Hər zaman yanında olacağam deyən dostlarım, ailəm bəs niyə məni görmürlər? Harayıma çatmırlar? Mənə yaxın idilər, amma indi məni tərk ediblər, içlərində gəzirəm, amma görmürlər məni və birdən bu izdihamdan uzaqlaşıram. Ətraf qaranlıqdır, dünyada güclü gördüyüm insanlar, sevdiklərim, ailəm, dostum, yoldaşım, heç biri yoxdur və tənhayam. Dünyadan özümlə götürə bildiyim şey sadəcə ağ kəfənimdi. Evim, malım-mülküm, dəyərli əşyalarım - hamısını geridə qoymuşam.
Bütün həyat funksiyalarım dayanıb, bir saniyə əvvəl canlı olan bədənim bir saniyə sonra hərəkətsiz orada uzanıb. Bir azdan ölü bədənimi kəfənə sarıyıb tabuta qoyacaqlar, məzarım qazılacaq, torpağa atılacaq və üzəri örtüləcək. Həmişə səninləyəm deyən mənə ən doğma olan anam belə bir neçə saat ağlayıb sonra geri qayıdacaqlar, illər keçəcək ağıllarına belə gəlməyəcəm. Bəlkə də ara-sıra doğum günlərimdə ya da ölüm il dönümlərində şıltaq hərəkətlərimi yadlarına salıb ah çəkəcəklər. Bəs mənim aqibətim necə olacaq? Artıq bundan sonra ölmədən əvvəlki həyatımın bir saniyəsinə belə geri qayıtmaq imkanım olmayacaq. Dünyada çox qiymət verdiyim bədənim qəbirdə çürüyüb torpaq olarkən mənimlə birlikdə gələn yalnız Allaha olan imanım, gözləyəcəyim tək şey isə Allahın rəhməti olacaq.
Bəlkə də gənc bir qadının “rəngarəng həyat” mövzuları durarkən, niyə belə ağır mövzunu xəyal etməsi qınaq obyektinə çevrilə bilər. Amma mən hər zaman düşünmüşəm, bir insanın ölməzdən əvvəl ölmüş kimi olması, görəsən, necə olar deyə. Hər adamın nail olacağı bir hədəf, bir zirvə nöqtəsi və son nöqtəsi vardır. Hər həyat sahibinin də əldə edəcəyi son nöqtə ölümdür. Hər nəfs ölümü dadacaq. Sonra Bizə tərəf qayıdacaqsınız” (Ənkəbut surəsi, 57) ayəsi ilə bildirildiyi kimi hər birimiz bir gün ölüm anını yaşayacağıq. Bilirəm, çoxunuz ölümdən bəhs etməyimi, ölüm haqqında düşünməyimi istəmirsiniz. İnsan ruhunda sevilməyən, istənilməyən şeyləri düşünməmək, yox qəbul etmək kimi bir meyillillik var. Amma bu qaçışdan başqa bir şey deyil.
Bəli, bu sadəcə qaçışdır... İndiyə qədər yaşayan bütün insanların öldüyü kimi, biz də öləcəyik. Bəs niyə bu qədər qəti və dəqiq olduğu halda insan bu həqiqəti özündən uzaq görmək istəyir?
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (Cumə surəsi, 8)
Məncə, hər kəs ölmədən əvvəl xəyalən ölüb öz bədəninin ölümünə baxmalı, bu keçici dünyada sonsuza qədər qalacaqmış kimi sahib çıxdığı və bütün arzularına tabe olduğu bədəninin aqibətini düşünməlidir. Bilməlidir ki, o sonsuzluğa məhkumdur. Öləcək, bədən torpağın altında çürüyüb gedəcək, ruh isə Allah Qatına yüksələcək və hesab verəcək. Bu hesab necə olacaq, bunu düşünməlidir, bunun məsuliyyətini dərk etməlidir. Bəli, ölümü düşünmək insanın gözlərindəki qəflət pərdəsini qaldırır, Allah qarşısında məsuliyyətini artırır, dünyaya gəliş məqsədində iradəsini möhkəmləndirir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Karantinə fərqli yanaşma-FOTO
Noutbukun üstünə su dağılarsa nə etməli?
"Tezbazar" salatı (foto resept)
Uşaq otaqları üçün fərqli dizaynlar
Putin Türkiyə şərti qoydu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında - 21.01.2014
Bakının ən böyük yolkası harda qurulur?
Harvard qatığın faydasını tapdı
"Facebook"ın işində PROBLEM yarandı
Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO
Ayrıldınızsa, unudun!
Putin İrana nadir Quran apardı
Şokoladlı portağal dilimləri (foto-resept)
HAVA necə olacaq?
İslamda qeybət edənin cəzası
Tarkan gənclik FOTOsunu paylaşdı
Qaz olmayacaq!
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Sevgi ruhu canlandırır
Bir həkimin dilindən...
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Onun əl işi Azərbaycanda ilkdir - FOTOLAR
Yay salatı (foto resept)
Qar yağacaq, külək əsəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Bakıda ət kəsimi yerləri ləğv edilir
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Qarabağın ən son görüntüləri-Video
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Ermənilər yenə səfirliyə yumurta atdılar
Xanımlarımızın kompleksləri
Arıqlamaq üçün ideal bitki-Razyana
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
2100-cü ildə Çin əhalisi azalacaq
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
Şüuraltı
Zoğalın bilmədiyimiz faydaları
Qadınların yaşını göstərən bədən üzvləri
30 minlik borc sənədi Ebruya göndərildi
Dünyanın ən kök qadını 5 həftəyə 140 kq arıqladı
Yeni il salatı (foto-resept)
Azərbaycanda yağış yağacaq
Cennifer yenidən Diqqət Mərkəzindədir
- ŞƏRHLƏR