11-ci həftə hamiləlikdə körpənizdə baş verən dəyişikliklər
Artıq ötən həftənin sonundan etibarən həkimlər sizin körpənizi döl adlandırırlar. Bu həftə artıq dölün 9-ci həftəsi tamam olur və bu o deməkdir ki, artıq körpəniz böyüməyə doğru gedir. Bu həftə körpənizin yeni bir inkişaf mərhələsidir və bu mərhələdən etibarən körpəniz sürətlə inkişaf etməyə başlayır. Demək olar ki, körpənizin bütün orqan və sistemləri: ürək, beyin, ciyər və s. orqanları tam olaraq fəaliyyət göstərir. Orqanlar arasında ciyərlər daha sürətli inkişaf edir bu həftə və demək olar ki, körpənin bütün bədəninin 10% -ni təşkil edir. Körpə bu həftədən etibarən 2 dəqiqə ərzində bətninizdə demək olar ki, 360 dərəcə bucaq altında fırlana bilir. Lakin, siz bunu hələ ki, hiss edə bilmirsiniz. Bu həftədən etibarən körpənizin cinsiyyət orqanı formalaşmağa başlayır və bunudan sonra körpənizin qız və ya oğlan olduğunu biləcəksiniz. Körpənizin ovucu və barmaqları həssas olur. Körpə ana bətninizdə artıq ovcunu və barmaqlarını hərəkət etməyə başlıyır. Artıq körpə sizdən gələn bir çox siqnalları hiss etməyə başlayır. Məsələn, siz asqıranda, güləndə, öskürəndə və s. həssas hərəkətlər etdikdə körpəniz bunu hiss edir. Körpəniz uzanmaqda və çəki artımında davam edir.
11-ci həftədə sizdə baş verən dəyişikliklər
Bu həftə artıq hamiləliyinizin 3-cü ayının sonlarındasınız. Demək ki, artıq açılış qorxusu günləriniz geridə qalmağa başlayır. Bu həftədən etibarən sizdə əhval-ruhiyyə düzəlməyə başlayacaq. Çalışın özünüz də əhvalınızın düzəlməsinə şərait yaradasınız. Hər şeyin yaxşılığa doğru getdiyini görüb özünüz də sevinəcəksiniz və bu həftədən etibarən körpənizin inkişafını hiss etməyə başlayacaqsınız. Artıq bətninizdə bir balaca canlı varlıq daşıdığınızın fərqinə varacaqsınız. Bu da sizdə ruh yüksəkliyi yaradacaq. Ötən həftələrdə olan narahatlıqlara yavaş-yavaş son qoyduğunuza görə heç çəkinmədən öz gündəlik həyat rejminizə qayıda bilərsiniz. Amma bir şərtlə ki, hamiləlikdə qadağan olan ağır fiziki hərəkətlərə yol verməyəsiniz. Əsasən sakit şəraitdə gəzintilərə daha çox yer ayırın. Yaxşı olar ki, gündəlik gün rejminizi, yemək yemə vaxtınızı, yuxunuzu, istirahətinizi pozmayasınız. Qida rasionunuzdan acı, yağlı, çox duzlu, qızardılmış qidaları bacardıqca çıxarın və düzgün qidalanmağa çalışın. Axşamlar maye qəbulunu azaltsanız yaxşı olar çünki, mayenin çox qəbulu hamiləliyin bu həftəsində də şişkinlik yarada bilər.
Əslində bu həftədə qarın çıxma hər hamilədə eyni cür olmur, kimisində qarın azacıq hiss olur, kimisində heç olmur, kimisində isə bir qədər çox gözə çarpır. Bu dölün ana bətnində harada bərkiməsi ilə, həmçinin ananın bədən ölçüsü ilə əlaqəlidir.
Demək olar ki, bu həftədə aşağıda sadaladığımız bir neçə dəyişikliklər baş verəcək, əsasən döşlərinizin böyüməsini müşahidə edə biləcəksiniz. Buna görə də rahatlığınız üçün ilk növbədə geyəcəyiniz buskalter 1 ölçü böyük olmalıdır. Döl böyüdükcə uşaqlıq da yavaş-yavaş böyüməyə başlayacaqdır və bu səbəbdən qarnınızın da azacıq böyüməsini müşahidə edəcəksiniz. Həmçinin qanda gemoglabinin miqdarı artmağa başlayacaqdır. Buna görə də tez-tez özünüzdə daxili istiliklər, tərləmələr, daimi susuzluqlar hiss edəcəksiniz. Bu həftənin əsas xüsusiyyətlərindən biri də odur ki, gənc ananın artıq bu həftədən etibarən əhvalı yaxşılığa doğru gedir. Sizin əhvalınızın yaxşı olması üçün həyat yoldaşınız da səy göstərməlidir.
Siz saçlarınızın və dırnaqlarınızın yaxşı və ya pis istiqamətdə dəyişməsinin şahidi olacaqsınız. Həmçinin döş və göbək ətrafında tüklənmə də müşahidə edə bilərsiniz. Bu cür hallarda bu barədə həkiminizlə məsləhətləşin. Demək olar ki, bütün bunlar müəyyən və qeyri-müəyyən səbəblərdən yarana bilər. Saç və dırnaq kimi problemlər əsasən vitamin çatışmazlığı zamanı yarana bilər. Tüklənmə isə harmonal dəyişiklik zamanı, qanda testosterenin səviyyəsinin artması nəticəsində yarana bilər. Bütün bunlara müayinələrdən sonra öz genekoloqunuzla cavab tapa biləcəksiniz. Amma bütün bu hallar doğuşdan sonra keçib getməyə başlayacaqdır. Buna görə də heç də qanınızı qaraltmayın.
Bu həftələrdə də əvvəlki həftələrdə olduğu kimi çalışın ki, stomatolaqa diş müalicələri ilə bağlı getməyəsiniz. Yalnız 12-ci həftədən sonra əgər həkim göstərişi varsa dişlə bağlı problemi həll etmək olar.
11-ci həftədə ultrasəs müayinəsi
Əgər əvvəlki həftələrdə həkim göstərişi olmuyubsa elə ilk ultrasəs müayinə bu həftədən etibarən edilir. Ona görə də, bu həftə heç çəkinmədən ultrasəs müayinəsinə gedib, körpənizin necə inkişaf etməsini, ürəyinin döyüntüsünü, hərəkətlərini öz gözlərinizlə görə bilərsiniz. Müayinə adətən 5 dəqiqədən 10 dəqiqəyə kimi aparılır. Bu həftə ultrasəs müayinəsi edildikdə müayinə əsasən qarının üst divarından həyata keçirilir. Qarın nahiyyəsinə az miqdarda xüsusi gel çəkilir və həkim ultrasəs sensorunu qarının müxtəlif istiqamətlərində fırladaraq körpənizin bütün quruluşunu, hərəkətini görməyə başlayır. Bu prosesi sizin də izləmək imkanınız olacaqdır və körpənizin ürək döyüntüsünü, bədən quruluşunu görəcəksiniz. Körpəniz artıq demək olar ki, bir kiçik limonu xatırladır. Həkiminizdən körpənizin ilk şəklini də almağı unutmayın. Körpənizin cinsiyyətini öyrənmək üçün həvəslənirsinizsə, bu həftə bir qədər tezdir. Bunu öyrənmək üçün 1 həftə də dözməli olacaqsınız. Bu həftədə körpənizin cinsini həkim qismən, 60-70% hallarda görə bilər, lakin bunu dəqiq nəticə kimi qiymətləndirmək olmaz. Ultrasəs müayinəsində həmçinin bu həftə dölün ana bətnində hansı tərəfə bərkiməsi də müşahidə olunur. Ana bətnində körpənin çox döllü və ya tək olması da aydın şəkildə görsənir.
Ultrasəs müayinəsinin nəticəsi təxminən belə olacaqdır:
Hamiləliyin müddəti : 11 həftə
Dölün yaşı həftə ilə : 9 həftə
Dölün çəkisi : 7-9 qram
Dölün uzunluğu : 50-60 mm
Çəki artımı : təxminən 1,5-2 qram
Ürək döyüntüsü : dəqiqədə 150 dəfə
İki həftədən sonra körpənizin bu göstəriciləri düz 2 dəfə artacaq. Bu da çox sevindirici haldı əlbəttə.
11-ci həftədə xüsusi narahatçılıq yaranan hallarda müraciət etməli olduğunuz həkimlər:
Kardioloq- ürək narahatçılığı zamanı,
Uroloq və Nefroloq- böyrək problemləri zamanı,
Endokrinoloq- şəkər xəstəliyinə şübhə olduqda, daha sonra qalxanvari vəzin pozulması, zob xəstəlikləri zamanı,
Qastoentroloq- əgər mədə-bağırsaqla bağlı probleminiz yaranarsa,
Tibbi genetik- əsasən ailəsində, qohumlarında irsi xəstəliklər olan hamilələr və həmçinin ananın yaşı 35-dən yuxarı olan zaman. Tibbi genetik hamilə qadına bu zamanlarda dəqiqləşdirilmiş müayinələr tətbiq edəcəkdir.
Qidalanma
Ananın xəstələnməməsi və körpənin normal inkişafı üçün düzgün qidalanma vacib amillərdən hesab olunur. Qida rasionunuza mütləq həm karbohidrat, həm zülal, həm yağlar daxil etməlisiniz, amma bir şərtlə ki, bu qidalar orqanizim üçün faydalı olsun. Burada vacib amillərdən biri də həmçinin qidanın vaxtında və normaya uyğun qədər qəbuludur. Yaxşı olar ki, az-az bir neçə saatdan bir qidalanasınız. Əsasən qidanızda yağsız mal ətinə, kəsmiyə, südə, meyvələrə, tərəvəzlərə, qoz-fındıq məhsullarına yer ayırmalısınız. Maye barədə özünüzə çox korluq verməyin, mayenin də orqanizmdə az qəbulu heç də yaxşı nəticə vermir. Bu səbəbdən də çəkinmədən maye qəbul edə bilərsiniz amma yenə də qədərində. Əsasən təmiz suya, mövsümə uyğun olan təbii meyvə və tərəvəz şirələrinə üstünlük verin.
Qida rasionunuzdan acı, yağlı, çox duzlu, qızardılmış qidaları bacardıqca çıxarın. Axşamlar maye qəbulunu azaltsanız yaxşı olar çünki, mayenin çox qəbulu hamiləliyin bu həftəsində də şişkinlik yarada bilər.
11-ci həftədə ağrılar
Normalda bu həftədə ağrılar yox səviyyəsində olmalıdır. Amma azacıq belə tərəf vuran yüngül ağrılara görə də narahat olmağa dəyməz. Yox əgər ağrıların kəskin şəkildə artdığı müşahidə olunursa, onda həkiminizə müraciət etməniz məsləhət görülür. Belə ağrılar zamanı həkim ultrasəs müayinəsinə göstəriş edir. Adi yüngül baş və ayaq ağrılarına görə də narahat olmağa dəyməz. Sadəcə çoxlu istirahət edin bu zamanlarda.
Bu həftədə açıq rəngli, qoxusuz axıntıların olması normal sayıla bilər. Amma axıntıların rəngi bir qədər tünd və qoxuludursa, bu normal hal hesab olunmur. Hansısa cinsi infeksiyanın olmasından xəbər verir.
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
- ŞƏRHLƏR