Giriş
Bağla

İş görüşünə gedərkən necə geyinməli?

DƏB / Stil dərsləri, ikonlar

     Gözlədiyiniz iş görüşü təklifi gəldi. Özünüzü doğru ifadə edə bilmək, qabiliyyətlərinizi ön plana çıxara bilmək üçün paltarınızla bütünlük meydana gətirməyiniz lazımdır. İş görüşməsinə gedərkən doğru paltar seçimi etməyinizə köməkçi olacaq bəzi məlumatları sizinlə paylaşırıq.

 İş qadını

     Bəzi şirkətlər klassik geyimə əhəmiyyət verərkən, bəzi şirkətlər cins şalvarla işləyə bilmək üstünlüyünə malikdir. Görüşə getməzdən əvvəl şirkət haqqında qısa bir araşdırma aparmalısınız. Bu sayədə şirkətin ümumi quruluşuyla əlaqədar fikir əldə edə bilər və geyim tərzinizi təyin edə bilərsiniz. Reklam agentliyi və bankların mədəniyyətləri arasında fərq vardır və paltar qaydalarına birbaşa təsir edər.

     Şalvar-pencək ya da ətək-pencək dəstləri hər şirkətin mədəniyyətinə uyğunlaşmanı təmin edə bilər və gözə çarpmaz. Qəhvəyi, qara, boz, hisə verilmiş kimi rənglərdə kostyumlar seçim edə bilərsiniz. Tünd rənglər əsla modda düşməz və sizə rəsmi bir görünüş qazandırar. Açıq rəngli paltarları ilk görüşdə geyməməyə diqqət edin.

     Ağ rəng - qarşınızdakı insanda güvən duyğusunu oyadar. Uzun qollu, belə oturan ağ köynək geyərək ilk müsbət addımı ata bilərsiniz. Kostyumunuz tünd rənglidirsə, açıq bənövşəyi  kimi rənglərdə köynəklər seçə bilərsiniz.

     Köynək seçimi geydiyiniz kostyumun parçasına görə böyük əhəmiyyət daşımaqdadır. Əgər xəttli kostyum geyirsinizsə, mütləq düz rəngdə bir köynək seçin.

     Ayaqqabılarınız paltarınıza uyğun, yüngül dikdaban və mütləq bağlı olmalıdır. Barmaq arası səndəllər, çox yüksək dikdaban ayaqqabılar, biserli babetlər iş görüşməsi üçün uyğun deyil. Geyim tərzinizə uyğun olmasa belə şkafınızda mütləq klassik bir qara ayaqqabı saxlayın.

     Qara - hər rənglə uyğunlaşmanı təmin edər və iş görüşləri üçün ən uyğun ayaqqabı modelidir. Təmizlik paltarlarınızda olduğu qədər ayaqqabılarınız üçün də əhəmiyyətlidir. Yanınızda mütləq kağız ya da yaş dəsmal saxlayıb görüşə girməzdən əvvəl ayaqqabınızın üzərindəki ləkə və ya tozları təmizləyin.

 

     İş görüşünə gedərkən aksesuar istifadəsində sadəliyə üstünlük verməlisiniz. Bütün diqqəti üzərinə yığan iri qaşlı üzüklər, parlaq boyunbağılar ya da sallantılı sırğalar iş görüşü üçün seçilməməlidir. Mirvari boyunbağı, tək qaşlı üzük ya da top sırğalar istifadə edərək sadə və diqqətli bir görünüş yarada bilərsiniz.

     Çantanız çox böyük ya da çox kiçik olmamalıdır. Tünd rəngli, dəri, orta ölçülü çantalar iş görüşü üçün idealdır.

     Əlləriniz baxımlı olmalıdır. Ağ və ağ tonlarındakı dırnaq boyasından istifadə edə bilərsiniz. Makiyajınız şişirdilməməlidir. Yalnız üzünüzə canlılıq verəcək və qarşınızdakı insana özünüzə diqqət göstərdiyinizin siqnalını çatdıracaq növdə olmalıdır.

     Dişləriniz təmiz olmalı və nəfəsiniz gözəl iy verməlidir. İş görüşünə girməzdən əvvəl qarşınızdakı adamı narahat edəcək ədviyyatlı yeməklər yeməyin və siqaret çəkməyin. Yüngül qoxulu ətir istifadə edərək gözəl iy verə bilər, baxımlı görünə bilərsiniz.

      Saç modeli seçimində sadəliyə estünlük verməli, salondan yeni çıxmış təəssüratı yaratmamalısınız. Qısa saçlarınızı açıq buraxa bilər, uzun saçlarınızı qəşəng bir topuzla şəkilləndirə bilərsiniz.

Hər birinizə iş həyatında uğurlar diləyirəm. Hələ də iş qadını olmaq istəyənlərə də yuxarıdakı məsləhətlərə əməl etməklə məqsədlərinə tez bir vaxtda çatmağlarını arzu edirəm.

 



Şərhlər (47)

malahat.hesenova malahat.hesenova 30 December 2014 02:15 Cavab yaz

Meslehetler ucun tewekkurler.
fidan_medine_2001 fidan_medine_2001 17 November 2014 20:56 Cavab yaz

Maraqli idi tewekkurler
Aytac M-ca Aytac M-ca 2 April 2014 22:01 Cavab yaz

Xeber ucun tesekkurler.
nilu nilu 3 January 2014 14:47 Cavab yaz

BUNLARI BILIRDIM
duygu duygu 20 November 2013 11:59 Cavab yaz

Şərhləriniz və bəyəniləriniz üçün çox sağolun xanımlar winked
PERVANEВ ELIYEVAВ .......,
NerminВ Nebibeyli,
MissВ lady-89,
SonayВ Quluzade,
AylaВ M,
Lovable_MadaM,
Nura,
AYSUNВ MEMMEDOVA,
Fidan,
CuteВ angel,
Ləman_,
Sun,
MELEYIM,
alisa1971,
Nuriyye,
GÜMÜŞ,
Ы°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°в‚ЄMoOn-FloWeRв‚ЄЫ°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°,
narin,
Sema,
MAYAВ EL,
xeyaleВ bedelova,
xalilovaВ munavvar,
♥A.Ravana♥,
mira-kerim,
SeadetВ Sexavet,
Yasemen,
Gümüş,
garibeВ mamedova,
Dəniz84,
PUREВ LOVE,
Seli,
вљњNilla.В Aвљњ,
Ilayda,
memmedliВ nermin,
VəliyevaВ ArzuВ ,
eliyeva,
N-Gunka,
cicek,
AykaВ S,
mira-kerim,
fikirləriniz üçün hər birinizə ayrı=ayrılıqda təşəkkür edirəm.Fikirləriniz maraqlı idi bully
raya-23 raya-23 26 May 2013 00:07 Cavab yaz

baxiram şərhlərə işləməyi sevən xanim coxdu...amma mən artiq yorulmuşam... girl_cray cray
Ayka sevgi Ayka sevgi 25 May 2013 14:05 Cavab yaz

Hmisini duzgun qeyd etmisiniz ts
an_gel_21 an_gel_21 25 May 2013 00:34 Cavab yaz

islemeyi coooooooooooooooooooox sevirem xebere gore təşəkkür
GunkaNik GunkaNik 24 May 2013 21:47 Cavab yaz

iwlemek cox isteirem.
sebi.2012.sea sebi.2012.sea 24 May 2013 15:14 Cavab yaz

iwlemek arzum yene de yadima duwdu . bu iw bizi gorub yoxa cixibee wassat
Arzu Vəliyeva Arzu Vəliyeva 24 May 2013 09:21 Cavab yaz

ALLAH QİSMƏT ETSİN BİZ DƏ İŞ QADINI OLAQ ,EV QADINI YOX.
www.qadin.ASFN www.qadin.ASFN 24 May 2013 00:36 Cavab yaz

eeee yarami tezelemiyin,arzusundayam iw xanimi olmaqin,deyesen arzum ureyimde qalacaq cray
konul kvn konul kvn 24 May 2013 00:10 Cavab yaz

minnetdaram.sizinle raziyam
Nila- 2012 Nila- 2012 23 May 2013 22:59 Cavab yaz

İşə geden xanımlar üçün lazımlı xəbərdir
kazacka kazacka 23 May 2013 22:27 Cavab yaz

Umumiyyetle is yerinde ciddi geyim hemde etrafdakilardan sene qarsi ciddiyetin yaranmasina sebeb olur. Men isimle elaqedar olaraq hemise ciddi geyinmeliyem, cunki kimlerese ornek olmaga gedirem, xebere tesekkur
pure love 27 pure love 27 23 May 2013 18:02 Cavab yaz

Insallah islemek menede qismet olar.amin
Deniz84 Deniz84 23 May 2013 16:55 Cavab yaz

Dəyərli məsləhətlərdir. Minnətdaram.
qeribe qeribe 23 May 2013 16:52 Cavab yaz

maraqliydi tesekkurler.
girl_2018 girl_2018 23 May 2013 16:46 Cavab yaz

Məsləhətə görə sağ olun.
Yaso Yaso 23 May 2013 16:06 Cavab yaz

Insallah islemek menede qismet olar..gozel secimlerdi
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика