Millət vəkili: “Xəsarət alanlar var, saxlanan sakinləri buraxdırdıq, komissiya qurulacaq”
Millət vəkili İqbal Ağazadə saat 02.41 radələrində müsavat.com-u arayaraq, həyəcanlı xəbər verib. Deyib ki, hazırda onun seçiciləri yaşayan Xətai rayonu, İnqilab İsmayılov küçəsindədir: “Bu küçənin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq, ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır. Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldı. Lakin insanların həyəcanı davam edir”.
İ. Ağazadə deyir ki, bundan əvvəl də 24 böyük ağacı çıxartmışdılar: "O zaman mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş prokurorluğa, DİN-ə müraciət etdim. Nəticədə, 35-ci polis bölməsində faktla bağlı araşdırma başladıldı. Lakin o, yarımçıq qaldı. Bu səbəbdən də yenidən başlayıblar”. Millət vəkili müsavat.com-a deyib ki, bu işi qaranlıqda görüblər: “Küçənin işığı əvvəlcədən söndürülüb. Lakin camaat xəbər tutub və küçəyə axışıb. Bu zaman qarşıdurma olub və polis müdaxilə edib. Hazırda ağacları qıranlar qaçıblar. Ekskavator da, ağaclar da ortada qalıb”.
İqbal Ağazadə deyir ki, bunu edən hansısa bir şirkətdir: “Sakinlər deyirlər ki, bu şirkət Xalqlar Dostluğundakı yarmarkanın müdiri İman adlı iş adamınındır. Bu ünvandakı ağacları niyə kəsirlər, bu barədə də sakinlərə məlumat verilməyib. Günü sabahdan bu işlə ciddi məşğul olacam. Mətbuatdan da xahiş edirəm ki, mövzunu diqqətdə saxlasınlar”.
Əhalinin etirazlarına polisin müdaxiləsi zamanı xəsarət alanlar olub. Bu səbəbdən də əraziyə təcili tibbi yardım maşınları çağırılıb.
Milli.Az
XƏBƏR LENTİ
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Kənan uşaqlıq fotosunu paylaşdı
Ayaqqabı modelləri
Ayaqqabını necə ağartmalı?
Dünyanın ən yaxşı beynəlxalq aeroportunun adı açıqlanıb
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Dünyanın 10 ən nadir gülü
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
“Eurovision”a bilet satışı dayandırıldı
Sellulitdən necə xilas olmalı?
Dadlı peçenye (foto resept)
Boyun ağrılarından azad olaq
Aforizmlər
İçimizdəki və çölümüzdəki Qadınlar!
Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var
Rus dili dərs-25
Droqba hələlik bitdi
Kabab pomidor bağlaması (foto resept)
Trampın heykəli 28 min dollara satıldı
Qafqazda yeni müharibə təhlükəsi
13 il əvvəl itirdiyi üzüyünü tapdı
Qeyri-adi görünüşü olan quşlar
İti xilas etmək üçün həyatını təhlükəyə atdı - VİDEO
Basketbol qız
Həftənin ilk iş günü hava necə olacaq?
Təhlükəli döyüş tapşırıqlarını icra edən robot hazırlandı
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Uşaqlar üçün hazırlanmış yeməklər
Qoç bürcü qadını
“Fəvvarələrin qış nağılı” şousu başlanır
Maskalardan bu zaman imtina edəcəyik
Uşağın makrozomik olaraq doğulması
Aston Martin yeni modelini nümayiş etdirdi
Günün ulduz falı
Peonny Lim
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar
İlham Əliyev başsağlığı verdi
Sevgilisi ilə 23 milyonluq malikanədə yaşayacaq - FOTO
Kaş ki hər şey açıldığı kimi bağlansaydı
Azərbaycan Qələbə Gününü qeyd edir
OXU GƏRƏYİN OLAR...
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 21 il ötür
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Münasibətin ciddiləşdiyini göstərən hallar
5 kilometrlik qızıl zəncir nümayiş etdirildi-video
Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR
Günün ulduz falı - 07.08.2013
Obamadan dünya ölkələrinə çağırış
- ŞƏRHLƏR