Bolqarıstanın Sozopole şəhərində arxeoloqlar bədənlərinə dəmir parçaları sancılmış iki skelet aşkar ediblər. Bu barədə jurnalistlərə Milli Tarix Muzeyinin direktoru Bojidar Dimitrov məlumat verib. Adamlar orta əsrlərdə dəfn ediliblər. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.
Həmin skeletlərin sahiblərinin insan qanı içib-içmədikləri məlum olmasa da, bu tapıntı Bolqarıstanın bəzi kəndlərində hələ РҐРҐ əsrin birinci onilliyinə kimi tətbiq edilən praktikadan xəbər verir. Bütpərəstlərin mövhumatına əsasən, sağlığında pis adam hesab edilən şəxslərin ürəklərinə dəfn günü ağac və ya dəmir çubuqlar sancırmışlar. Bundan başqa, ölülərin vampirə çevrilərək gecələr dolaşmamaları üçün onların qəbirlərinə mismar çalırmışlar.
Dimitrov əlavə edib ki, bir çox illər ərzində ölkədə yüzlərlə sancaqlanmış bədənlər aşkar edilib.
Belə tapıntılara dünyanın başqa ölkələrində də rast gəlmək mümkündür. Məsələn, 2011-ci ilin sentyabrında İrlandiyada arxeoloji qazıntılar zamanı alimlər dəfn olunarkən ağızlarına iri qara daşlar pərçimlənmiş iki skelet tapıblar. Skeletlərdən biri 40-60, digəri isə 20 yaşlı kişiyə aid olub. Alimlər bildirirlər ki, keçmiş dövrlərdə adamları zombi kimi öz məzarlarından qalxmamaları üçün belə dəfn edirmişlər.
Tapılan məzarlar ilkin orta əsrlərə, eramızın VIII əsrinə aid edilir.
Bu yaxınlarda İtaliyanın Venesiya şəhərində də XVI əsrə aid kütləvi məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib. Florensiya Universitetinin alimi Matteo Borriniyə görə, Nuovo Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq edildiyi bir "vampir"ə aid ola bilər.
Qeyd edək ki, vampirlər haqqında ən məşhur əfsanə Rumıniyadan olan qraf Vlad Tsepeşlə bağlıdır. Əfsanəyə görə, o düşmənlərinin qanını içməzdən əvvəl onları payaya keçirirdi. Tsepeş sonralar məşhur qraf Drakulanın prototipinə çevrilir.
Bu arada, britaniyalı alimlər filmlərdəki vampirlərə oxşar adamların əslində mövcud olduğunu bildirirlər. Belə ki, jurnalistlər İngiltərədə nadir irsi xəstəliyə - anadangəlmə ektoderamal hipohidrotik displazaya mübtəla olmuş iki oğlan uşağı barədə məlumat veriblər. Bu uşaqların dişləri köpək dişləri kimi kəskindir və onlar işığı sevmirlər.
Genetik nasazlığına görə belə diaqnoza malik insanlar sadəcə tərləyə bilmədiklərinə görə onların bədəni özü temperaturu aşağı sala bilmir. Günəş işığının uzun müddətli təsiri vaxtı isə dəri yanıqlarla örtülür. Bütün dünyada belə diaqnoza malik cəmi 7 min insan var. Xəstələrin hamısında dərinin inkişafında anomaliya, seyrək saçlar və dəridə ləkələr, gözlərin altında tünd dairələr, eləcə də dişlərdə distrofiya müşahidə olunur.
Mənbə:trend.az
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı