Bayramın özünəməxsus xüsusiyyətləri mövcuddur.Bu barədə Modern.az-a danışan dini yazar Kənan Rövşənoğlu deyir ki, Qurban bayramında kəsilən heyvan şəriət qaydalarına cavab verməlidir. “Qurban bayramının bir sıra əməlləri mövcuddur. Bunlar bayram namazı, qurban kəsmə mərasimi və sairdən ibarətdir. Qurban bayramı namazı gün çıxandan sonra qılınır. Qurban kəsmək qaydalarına əsasən, qurbanlıq heyvan - dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inəyin 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın”. Kənan Rövşənoğlu deyir ki, şəriətə əsasən, qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürməli, bir hissəsini ehtiyaclı kimsələrə verməli və bir hissəsini də hədiyyə etməlidir. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır”.Qeyd edək ki, Azərbaycanda bəzi adamlar Qurban bayramı günlərində xoruz, hind quşu və digər ev quşları kəsirlər. Kənan Rövşənoğlu ev quşlarının qurban kimi kəsilməsinə toxunaraq deyib.“Qurban kəsmək həcc ziyarətində olanlar üçün vacib, digər müsəlmanlar üçünsə bəyənilən, tövsiyə olunan əməldir. Eyni zamanda bayram günü ibadət və qurban kəsməklə yanaşı, ehtiyacı ilan insanlara yardım etmək, xəstələrin, qocaların ziyarətinə getmək, küsülü insanları barışdırmaq tövsiyə olunan əməllərdir. Ev quşları kəsmək qurbana aid deyil, sadəcə bəzi insanlar bayram günü bu mərasimdən geri qalmamaq üçün ev quşları kəsirlər”.Dini yazarın sözlərinə görə, heyvan kəsib ətini bağışlamaq qurbanın simvolikasıdır, bu əməlin özü qurbə, yəni yaxın olmaq, tam mənası ilə Allaha yaxın olmaq deməkdir.”Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil, Allaha yaxın olmaq, onun razılığını qazanmaq üçün ehtiyacı olan kimsələrə yardım etməkdir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Çuğundur salatı
Hay-küyü çox, faydası yox
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Monika Belluçidən yeni FOTOlar
Sosyopatı necə tanımalı?(1)
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Hepatitdən qorunmağın yolları
Qiymət artıranlar sərt cəzalandırılacaq
Müəllimlərə veriləcək testlər
Günün ulduz falı
Bədən tipinə uyğun ətək seçimi
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Sevgi münasibətləriniz necədir?
Dedektivlər barədə
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
Yeni girovun 15 yaşı var imiş
Yeni tikilən mənzillər ucuzlaşdı, köhnə tikililər isə əksinə
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Azərbaycanda 15 yaşlı oğlanı zorla nişanladılar
31 il əvvəl itkin düşmüş oğlan ailəsinə qovuşdu - VİDEO
Atanın genləri ilə keçən xüsusiyyətlər
Qədim hamamlar dağılmaq təhlükəsi ilə üz-üzə
Əlillərə xəbər var
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Monika Belluçidən YENİ FOTO
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
İstanbulda Şuşa sevinci - VİDEO
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Qarğalar haqqında maraqlı məlumatlar
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
“ASAN Xidmət” rüsumları açıqladı - SİYAHI
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Yalnız kişilər üçün!
Zəmzəm suyunun möcüzəsi
Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
Bakıda Quba alması qıtdır, Qubada isə alıcı
Albalılı piroq (foto resept)
Gec evlənən kişilər bu yazını mütləq oxusunlar
Bu geyimlər koronavirusdan qoruyur
39083 brilyant qaşlı çəkmə göstərildi
"Bizim mobil telefonlar"
Ancelina Bredlə barışmaq istəyir?
Dəbli və zövqlü koftalar
Eyfel qülləsinin "kiçik bacı"sı
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
Sabahın HAVAsı
Yeni il şəkilləri
- ŞƏRHLƏR