İsveçrəli pilot Rafael Domyan yaxın gələcəkdə olduqca iddialı və innovativ layihəyə imza atmağa hazırlaşır. O, Günəş enerjisi ilə işləyən kiçik təyyarə ilə Yerin stratosfer qatına qalxmağı və ilk insan kimi 25 kilometr yüksəklikdə uçuş həyata keçirməyi planlaşdırır.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, isveçrəli pilotun bu layihəsi heç də "Ginnesin rekordlar kitabı"na düşmək və ya hansısa avantürist ideyanı həyata keçirməyə hesablanmayıb. Bu uçuş uğurlu alınacağı təqdirdə, informasiya texnologiyaları sahəsində yeni bir dövr başlaya bilər. Hazırda isə "Solarstratos" adlı təyyarə üzərində texniki işlər davam etdirilir, pilot isə kosmonavtika kursu keçir.
"Solarstratos" layihəsi sərnişin təyyarələrinin bacarmadığı yüksəklikdə insanın uçuşunu təmin etməlidir. İndiyədək günəş enerjisi ilə çalışan və İsveçrə istehsalı olan "Solar Impulse" adlı təyyarədə uçuş həyata keçirən Bertrand Pikkard və Andre Borşberq "cəmi" 9420 metr yüksəyə qalxa bilsələr də, R.Domyan kosmik fəzaya yaxınlaşmağı qarşısına məqsəd qoyub. Ənənəvi təyyarələrdə mühərriklərdə kerosinin yanma prosesini təmin etmək üçün oksigenin çatışmadığı stratosfer qatında günəş enerjisi ilə işləyən ikipərli yüngül təyyarə rahat uçuş həyata keçirə biləcək. Cəmi 600 kiloqram çəkisi olan təyyarənin qanadlarının üzəri günəş panelləri ilə örtülüb. İyirmi iki kvadratmetr sahəsi olan bu panellər təyyarənin saatda 280 kilometr sürətlə uçuşu üçün lazımi enerji hasil etməlidir.
Uçuş uğurlu olarsa, yaxın gələcəkdə günəş enerjisi ilə çalışan təyyarələrin stratosferdə müntəzəm uçuşu həyata keçirilə bilər. Pilotsuz uçuş aparatı ilə müqayisə oluna bilən bu təyyarələr 20-25 kilometr yüksəklikdə 6-12 ay müddətində hərəkət edə, Yerin orbitində hərəkət edən peyklərin bir çox funksiyalarını icra edə bilərlər. PUA-lardan fərqli olaraq, solarstratoslar Yerdən idarə olunmayacaq, onlar peyklər kimi müvafiq orbit üzrə hərəkət edəcəklər.
Qeyd edilməlidir ki, R. Domyan stratosferə ilk uçuşu 2021 və ya 2022-ci ildə həyata keçirəcəkdir. Bu ilin yay aylarında isə o, on min metr yüksəklikdən "Solarstratos" təyyarəsindən paraşütlə tullanmağı və Cenevrədə BMT qərargahı qarşısında yerləşən "Millətlər meydanı"na enməyi planlaşdırır. O, bununla ümumi dəyəri 10 milyon İsveçrə frankı olan layihə üçün əlavə sponsorlar cəlb etmək niyyətindədir
XƏBƏR LENTİ
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Beyonsdan kababçı Nüsrətə şok təklif
70 min dollar zibilliyə atıldı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Messi ildə azı 18 milyon avro qazanacaq
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Boyun ağrılarının həlli
Ziyafət üçün geyim kombinləri
Ruhlardan qorunmaq duası
Azad Rəhimov vətəndaşları qəbul edib
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Kılıçdaroğlu Ərdoğanla razılaşdı - Türkiyədə tarixi hadisə
"Spam"lardan necə yaxa qurtaraq?
Uşaqlar üçün tapmacalar
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakının məşhur supermarketlərində yalançı lotereya
Sürətli oxu - 7
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Teledərslərin sabahkı cədvəli açıqlandı - FOTO
Marsa da qar yağırmış
Yarımçıq işlərlə necə başa çıxmalı?
"Türkiyə Azərbaycanın yanındadır"
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
İnstaqramdan möhtəşəm yenilik
Burnundakı sızanağı sıxan qız ölüm təhlükəsi ilə üz-üzə qaldı
HAVA necə olacaq? 21 İyun
Maraqlı sabun formaları
Mükəmməlliyə gedən asan yol
45 yaşlı aktrisa ilk dəfə ana olacaq-FOTO
Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından danışıb
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Dekorasiya üçün gül qurutma üsulları
Düşbərə (foto-resept)
Hava müjdəsi
Sağlam üsulla qaralma
Qadın və beyin
Xərçəngdən qorunmağın təbii yolları
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Aktrisadan 30 il sonra eyni poz - FOTO
Azərbaycanın istedadlı balaları
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Humayın yuxusu
Böyük faciə necə baş verdi?
İspan dili 23-cü dərs
Südlü şərbətli şirniyyat (foto resept)
Ancelina Coli müflis olur -FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular