Xora xəstəliyində, kolitdə yerköküdən istifadə etmək məsləhət görülmür. Xalq arasında yerkökü sidikqovucu və sidik kisəsindəki qum və daşları əridici vasitə kimi geniş yayılmışdır. Bunun üçün yerkökünün özündən istifadə edilir. Lakin yerkökünün, xüsusilə yabanı yerkökünün tumu daha yaxşı təsir göstərir.
Yerkökü tumundan hazırlanmış toz və həlim qarın köpməsində və əsasən böyrək daşlarının əridilməsində işlədilir.
İstifadə qaydası: tumun tozunun 1 qramını gündə 3 dəfə bölüb içmək lazımdır. Həlimi kökdənsə, tumdan hazərlansa yaxşıdır: 1 xörək qaşığı tum 1 stəkan suya tökülüb sobada bir neçə saat vam odda buğa verilir, isti-isti gündə 3 stəkan içilir.
Şirin və şirəli kök anti-oksidant mənbəyidir. Həm də yerkökü qan azlığı olanlar üçün də yararlıdır. Bunun üçün hər səhər şirəsini içmək, ya da sürtkəcdən keçirdilmiş yerkökünü yemək lazımdır. Kök həm də qandakı xolesterolu aşağı salır, uşaqlarda boy artımına kömək edir, həzm prosesini yaxşılaşdırır. Bol miqdarda A vitamini saxlayan Kök B, C, D və E vitaminləri baxımından da olduqca zəngindir. Ayrıca karoten, şəkər və fosfor ehtiva edir. Bağırsaqları işlədərək həzmə kömək edir. Sidikqovucu və qazqovucudur. Qabizliyi aradan qaldırar, ishalı kəsər Bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırar. Bağırsaq qurdlarını salmağa köməkçi olar. Bədənə, ürəyə və gözlərə qüvvət verər. Cinsi gücü artırar. Yorğunluğa və qansızlıya yaxşı gəlir. Astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. Xərçəngə qarşı qoruyucudur. Qandakı xolesterol nisbətini salan kök, ürək xəstəlikləri və damar sərtliyinə faydalıdır. İnfarkt və iflic riskini azaldır. Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyir. Dəriyə təzəlik və canlılıq verir. Dəri xəstəliklərinə qarşı faydalıdır. Revmatizm xəstəliyinə yaxşı gəlir. Diş ətlərini gücləndirir.
Kökün qurudulmuş toxumları qaynadılır. Hazırlanan çay iştah açır və ana südünü artırır. Rəndələnmiş yerkökünə limon suyu qatılaraq hazırlanan maska ​​xüsusilə yağlı dəri üçün çox faydalıdır. Kök saçlar üçün üçün də faydalıdır.
Saç baxımı üçün hazırlanan maskanın istifadə qaydası: 2 ədəd kökü rəndələyirik, 4 stəkan su 20 dəqiqəyə qədər qaynadılır, qaynayan suyun içinə rəndələnilmiş kökləri əlavə edirik. Su ilə birlikdə bu bitkilər də 20 dəqiqə qaynadılır. Daha sonra süzülərək kök suyuna 1 yumurta qırırıq və çırpırıq. Bu qarışıq soyuduqdan sonra saça sürtürük və 1,5 saat gözləyirik. İlıq suyla saçlar yaxalanır və yuyulur.
XƏBƏR LENTİ
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Eva Lonqoriya və platyaları
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
Kefirin faydaları və evdə hazırlanması
Vaflili tort (foto-resept)
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
Siçanlar təyyarəni endirdi
Yaralıların qana ehtiyacı olması barədə məlumatlar təxribatdır - RƏSMİ
Ermənilər Tərtər sakinlərini atəşə tutdu
Dəb dünyasının yeni rəngi: Neon
Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi
Pendirli, pomidor souslu küftələr (foto resept)
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Sürətli üzməyin sirri tapıldı
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Sosial mediada sevilməyən türk məşhurlar
Bu günün tarixi (14.10.2014)
65 yaşdan yuxarı şəxslərin nəzərinə: Koronavirusa görə...
Çimərliklərin yoxlanılmasına başlanıldı
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Şvartsenegger əməliyyat olundu
İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Herpes virusu
Ermənilərin Həsən xofu bitmir
Müharibə əlilləri, veteranlar və şəhid ailələri Prezidentin fərmanını yüksək qiymətləndiriblər
Diş ağrısına təbii üsulla sakitləşdirici
90 kiloqramlıq model jurnalın üz qabığında olacaq
İstanbul plovu (foto-resept)
"Mən Kiməm?" sualına cavab axtaranlar üçün...
Dəbli kişi gödəkçələri
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Yapon qar meymunları
Dolu bədənli xanımlar üçün donlar
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Brilyant Dadaşova stili
İlklər
Dənizin ortasında yaşayan qəbilə
Granola (foto-resept)
İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
Küftəli borş (foto resept)
İslamiada: Azərbaycan liderlər arasındadır - CƏDVƏL
Hamilə olduğunu unudan ana
Müştəri kredit borcunu gecikdirsə də..
Yeni Çin koronavirusu COVİD-19-dan daha yoluxucudur
Hülya Avşarın qızı bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnsan
Kral ailəsinin SİRRİ AÇILDI
Bürclərin aciz olduğu xəstəliklər (2)
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
- ŞƏRHLƏR