Qadin.NET / Yerkökünün faydaları

Yerkökünün faydaları

    Yerkökünün faydaları
 Dərman kimi yerkökünün kökü və tumları işlədilir. Yerkökünün tərkibində 9%-ə qədər A provitamini (karotin) olduğu üçün bundan A vitamini alınır. Yadda saxlamaq lazımdır ki, yerkökü yağla daha yaxşı həzm olunur. Kökdən hazırlanmış şirə qarın-işlədici dərman kimi işlədilir. O, böyrəklərin, qaraciyərin xəstəliyində, duz yığılmasında, yüksək təzyiqdə çox xeyirlidir. 

Xora xəstəliyində, kolitdə yerköküdən istifadə etmək məsləhət görülmür. Xalq arasında yerkökü sidikqovucu və sidik kisəsindəki qum və daşları əridici vasitə kimi geniş yayılmışdır. Bunun üçün yerkökünün özündən istifadə edilir. Lakin yerkökünün, xüsusilə yabanı yerkökünün tumu daha yaxşı təsir göstərir. 

Yerkökü tumundan hazırlanmış toz və həlim qarın köpməsində və əsasən böyrək daşlarının əridilməsində işlədilir. 

İstifadə qaydası: tumun tozunun 1 qramını gündə 3 dəfə bölüb içmək lazımdır. Həlimi kökdənsə, tumdan hazərlansa yaxşıdır: 1 xörək qaşığı tum 1 stəkan suya tökülüb sobada bir neçə saat vam odda buğa verilir, isti-isti gündə 3 stəkan içilir. 

Yerkökünün faydaları

Şirin və şirəli kök anti-oksidant mənbəyidir. Həm də yerkökü qan azlığı olanlar üçün də yararlıdır. Bunun üçün hər səhər şirəsini içmək, ya da sürtkəcdən keçirdilmiş yerkökünü yemək lazımdır. Kök həm də qandakı xolesterolu aşağı salır, uşaqlarda boy artımına kömək edir, həzm prosesini yaxşılaşdırır. Bol miqdarda A vitamini saxlayan Kök B, C, D və E vitaminləri baxımından da olduqca zəngindir. Ayrıca karoten, şəkər və fosfor ehtiva edir. Bağırsaqları işlədərək həzmə kömək edir. Sidikqovucu və qazqovucudur. Qabizliyi aradan qaldırar, ishalı kəsər Bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırar. Bağırsaq qurdlarını salmağa köməkçi olar. Bədənə, ürəyə və gözlərə qüvvət verər. Cinsi gücü artırar. Yorğunluğa və qansızlıya yaxşı gəlir. Astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinə və öskürəyə qarşı faydalıdır. Xərçəngə qarşı qoruyucudur. Qandakı xolesterol nisbətini salan kök, ürək xəstəlikləri və damar sərtliyinə faydalıdır. İnfarkt və iflic riskini azaldır. Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyir. Dəriyə təzəlik və canlılıq verir. Dəri xəstəliklərinə qarşı faydalıdır. Revmatizm  xəstəliyinə yaxşı gəlir. Diş ətlərini gücləndirir.  

Yerkökünün faydaları

Kökün qurudulmuş toxumları qaynadılır. Hazırlanan çay iştah açır və ana südünü artırır. Rəndələnmiş yerkökünə limon suyu qatılaraq hazırlanan maska ​​xüsusilə yağlı dəri üçün çox faydalıdır. Kök saçlar üçün üçün də faydalıdır.

Saç baxımı üçün hazırlanan maskanın istifadə qaydası: 2 ədəd kökü rəndələyirik, 4 stəkan su 20 dəqiqəyə qədər qaynadılır, qaynayan suyun içinə rəndələnilmiş  kökləri əlavə edirik. Su ilə birlikdə bu bitkilər də 20 dəqiqə qaynadılır. Daha sonra süzülərək kök suyuna 1 yumurta qırırıq və çırpırıq. Bu qarışıq soyuduqdan sonra saça sürtürük və 1,5 saat gözləyirik. İlıq suyla saçlar yaxalanır və yuyulur. 

24 may 2013
GO BACK