Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən əvəliyin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Turştəhər əvəlik çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, duz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm. hündürlüyündədir. Kök ətrafında və eləcə gövdənin aşağı nahiyəsində yerləşən yarpaq saplaqları uzun, yuxarı yarpaqları oturacaq şəklində lanset xətvarı, iti olub, kənarları bütövdür. Hamaşçiçəkləri piramidal – süpürgəvari, xırda birevli çiçəklərdən ibarət olub, dəstə formasında, kiçik çiçək saplaqları qırmızımtıldır. Turştəhər əvəlik Azərbaycanın (Böyuk Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloeemodin, emodin, fission antraxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır. Tərkibində 10%- dən artıq olan kempferol, kversetin maddələri tam çiçək açan
zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır. Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız elmi nəticələrlə üst-üstə düşür. Çiçəklərinin tərkibindən C vitamini, rutin meyvəsindən isə C, K, RR və karotin vitaminləri, kversetin, hiperin, rutin flavonoidləri, xrizofanol, emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə qədər piyli yağ maddələri tapılmışdır.
Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən alınan cövhər büzüşdürücü, qan-kəsici vasitə kimi işlədilir. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəli olub, zəhərlənmə yaradır.
İspanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP, krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi, 5%-ə qədər flavohoid maddələrindən kversetin, hiperin, rutin, xrizofenol, emodin, fission antarixananlar kök hissəsində K vitamini, 7-15%-ə qədər antraxinon maddələri, yerustu hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin vitaminləri, prokatexin, kafeyin, xlorogen, qala turşuları,
yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin vitaminləri, 5-5,4% hiperin, rutin, vitteksin maddələri, meyvə əmələ gələn zaman daha çox toplandığı halda, hamaşçiçəklərinin tərkibindəki antosian fıssin, C vitamini, karotin meyvəsinin tərkibində xrizofanol, aloe-emodin, emodin, fission və s. maddələr tapılmışdır. Bundan başqa əvəliyin tərkibindən 2 mq'%* Fe, 0,6 mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq % Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq % Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar edilmişdir. Turştəhər əvəliyin dəmləməsindən diş qanaxmalarının kəsilməsində, sidik tutulmalarında, bəd xassəli xərçənglərin müalicəsində, bir sıra Avropa ölkələrində və eləcə də Tibet təbabətində – dizenteriya, babasil, vərəm və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Qumral əvəlik. Bu, çoxillik ot bitkisinin hündürlüyü 50-100 sm-dir. Gövdəsi möhkəm, dikduran, çılpaq, çox da dərin olmayan şırımlardan ibarət olub, qırmızı rənglidir. Kökü şaquli, yoğun, iyvandır. Yarpaqları, möhkəm qalın, uzunsov, lanset-varı, lanset və yaxud uzunsov xətvandır. Çiçəkləri ikievli, çoxlu çiçək dəstəsindən ibarət olub, qısa süpürgəvaridir. Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 % aşı maddəsi ən çox meyvə verən zaman toplanır, 0,73-4,2 % antraxinon maddələri, kökümsovunun tərkibində qlükoza,
efir yağı, fıtosterin, C vitamini, 4,3-5,5 %-ə qədər aşı maddəsi, antosian. 4,25 %-ə qədər xrizofanol, emodin, fission, piy maddələri, yerüstü hissəsində üzvi turşulardan kofein, xloroqen, kversetin, xrizofanol, fıseion, emodin, emodin qlükozid, gövdəsinin tərkibindən 1,39-5,5 %-ə qədər aşı maddəsi, yarpaqlarının tərkibindən B, B2, C, K, PP, karotin vitaminləri, 6,89-8,44 %-ə qədər aşı maddəsi, 2,6-3 %-ə qədər flavonoid maddələri, zoğlarından sianidin, rutinozid sianidin, antosianları, meyvəsindən C, K, E və karotin vitaminləri,
3,77-5 %-ə qədər aşı maddələri, toxumundan 3,9 %-ə qədər aşı və s. maddələr tapılmışdır.
Qumral əvəlikdən hazırlanan preparatlardan xərçəngin, ekstraktı daxil edilmiş mazından sarkoma xəstəliklərində, kökündən hazırlanan preparatlarından çin təbabətində işlədici, büzüşdürücü, yarasağaldıcı, dəri xəstəliklərində, dişlərin dibinin möhkəmləndirilməsində, vərəm, şiş, ilan sancmalarında, alkoqolizm əleyhinə; kök və yarpaqlardan hazırlanan preparatlardan tərgətirigi, hərarətsalıcı; toxum və kökündən isə pellaqre xəstəliklərinin müalicəsində istifadə edilir. Yerüstü hissəsindən, cavan, zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salatlar, xörək növləri hazırlanır. Bundan həm adi halda, həm də bişirilmiş formada, həm də qurudulmuş şəkildə istifadə edilir.
Yarpaq və cavan zoğları vitaminlərlə zəngindir. Onun şirəsi iştah açır, orqanizmi möhkəmləndirir. Dənini ev quşları həvəslə yeyir. Qiymətli boyaq və aşı bitkisi sayılır. Əvəliyi sup, şorba, ət, balıq və s. xörəklərin tərkibinə daxil edirlər. Onun yaşıl hissəsini adi halda da yeyirlər. Lakin xəstələr əvəlikdən həkimin məsləhəti ilə istifadə etməlidirlər.
XƏBƏR LENTİ
Gül səbəti tortu(foto resept)
"Sürpriz" (foto-resept)
Azərbaycanda paytaxt Bakıdan savayı bir neçə yarımmərkəz yaradılacaq
HAVA necə olacaq?- 19 MART
Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər
Hava haqqında
Aslı Özcanla bağlı iddialara cavab verdi
Paxla çığırtması (foto resept)
Məktəb bufetlərində qadağan olunan ərzaq SİYAHISI
Balıqlı dairəciklər (foto resept)
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Ayaqları uzun göstərən geyim hiylələri
Hansı vitamin çatışmazlığı yorğunluğa səbəb olur?
Sadə rəngli zapekanka (foto resept)
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Azərbaycanda daha 62 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Geyimlərin rənginə görə xarakter
İqtidar əlkimyası və ya yeni yalanlar
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Zülal çatışmazlığının əlamətləri
Bizi bu torpaq yaşadır
Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirdi
Zəngin tərkibli kartoflu kotlet (foto resept)
Qadınlarda hormon pozğunluğu əlamətləri
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Robot-kuryer təqdim oldu
"Qalatasaray" - "Çelsi" oyununda Xocalı qurbanları yad ediləcək?
Ağciyərləri təmizləyən ərzaqlar
HAVA necə olacaq?- 15 APREL
"İlin ən yaxşı serialı" seçildi - FOTO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Bu saç düzümü sizi keçəl qoya bilər
Kim Çen komaya düşüb: Bacısı nəzarəti ələ alır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Kral ailəsində İŞİD təşvişi
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Ata sevgisi
Psixi pozğunluq yaradan koronavirus inyeksiyasının adı açıqlandı
Bakıda səhər işə gedənlərin yolunu kəsdilər
Dünyanın ən ağıllı şəhərləri məlum oldu
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Toylarda bizə niyə toy tuturlar?
İnsanın ağlını başından alır
Bu gölə gedənlər daşa dönürlər
Lukaşenko da Putinə "yox" dedi
Bütün maskalar pulsuz paylanır
Azərbaycanda səfərbərlik?
Ən gözəl CƏSUS-FOTO
Bilmədiyimizi öyrənək!
- ŞƏRHLƏR