Göz tənbəlliyi, çəplik, miyop, hipermetropiya və astiqmatizm uşaqlarda ən çox görünən göz problemləridir. Bu problemlərin həlli üçün də erkən diaqnoz şərtdır. Əks halda, görmə pozğunluqlarının dərəcəsi yaşa bağlı olaraq artır.
Görmə qüsurlarına ölkəmizdə çox rast gəlinir. Göz qüsurlarınında genetik təsirin ciddi bir rol oynadığını düşünsək, uşaqların da bu riski daşıdığı bir gerçəkdir. Bu baxımdan uşaqların iki yaşında göz müayinəsindən keçirilməsi məsləhətdir.
Uşaqların mütləq 2 yaşına qədər göz həkiminə aparılması lazımdır. Görmə qüsurlarından başqa erkən müəyyən olunmalı başqa xəstəliklər də var. Ancaq təəssüf ki, uşaqlar ancaq məktəbə başladıqdan sonra problemlərin ortaya çıxdıqda həkimə müraciət edilir. Daha erkən yaşda uşaqların həkimə gətirilməsi şüurunun ailələrə təbliğ edilməsi şərtdir.
Göz pozğunluqlarının diaqnozu
Miyop, hipermetropiya və astiqmatizmə uşaqlarda daha çox rast gəlinir. Məktəb dövründə yazı taxtasını yaxşı görməmək, dərslərdə müvəffəqiyyətsizlik kimi şikayətlərlə ailələr uşaqlarını həkimə aparma ehtiyacı duyurlar.
Görmə qüsurlarının müalicəsi
Miyop
Miyopun uşaqlıq dövründə erkən diaqnozuı mümkündür, ancaq irəliləməsini dayandırmaq mümkün deyil. Təkrarlanan göz müayinəsiylə miyop diaqnozu qoyula bilər. Amma miyopu dayandırmaq mümkün deyil. Uşağın boyu necə uzanırsa, gözü və göz nömrəsi də böyüyür. Müalicədə məqsəd gözün funksiyası olan yaxşı görməyi təmin etməkdir.
Hipermetrop
Hipermetrop zamanı uşaqlar çox tez-tez göz qırpır və baş ağrısından şikayət edirlər. Ailələr uşaqlarında bu əlamətləri gördükləri zaman mütləq həkimə müraciət etməlidir. Uşaqlarda çəplik yoxdursa, kiçik nömrələrdən başlayıb gözlüyə alışmasına fürsət yaradılır. Zamanla gerçək göz nömrəsinə dönülür. Eynək taxmanın məqsədi qırma qüsurunu yox etmək deyil, yalnız daha yaxşı və keyfiyyətli görməyi təmin etməkdir. Ancaq bəzi hipermetrop xəstələrdə illər keçdikcə nömrələrdə azalma ola bilər.
Astiqmat
Astiqmat uşaq həm uzaqda, həm yaxında baxdığı cisimləri dəqiq olaraq görə bilmir. Bu da yenə başağrısı, gözağrısı, göz qırpması kimi şikayətlərə səbəb olur. Diaqnozu təkrarlanan müayinə ilə asanlıqla təyin edilə bilər.
Göz tənbəlliyinə diqqət!
Göz tənbəlliyi zamanında diaqnozu qoyularsa, müalicəsi ən asan xəstəliklərdən biridir. Uşaqların 7-8 yaşından sonra həkimə aparılması səbəbiylə müalicədə çətinliklər yaranır. Göz tənbəlliyinin səbəbi bir gözün digərindən daha yaxşı görməsidir. Miyop, hipermetrop və astiqmat kimi qüsurlar zamanı iki gözün fərqli nömrələrdə olması göz tənbəlliyinə səbəb ola bilər. Nömrələri daha aşağı olan gözün görünüşü daha dəqiq olacağı üçün beyin tərəfindən o gözün görünüşü seçilir. Pis görən gözdən beynə gedən görünüş bir müddət sonra qəbul edilmir, həmin göz istifadə edilməyərək tənbəlləşir. İbtidai məktəbin əvvəlində uşaq həkimə gəlsə, bir qədər düzəlir. 9-10 yaşından sonra yaxşılaşma təəssüf ki, baş vermir. Tənbəllik tamamilə görmə qüsuru ilə əlaqədar bir problemdirsə, yaxşı görən gözün bağlanmasına və pis görən gözün işlədilməsinə yönəlmiş müalicə tətbiq olunur. Az görən gözün işlədilməsi üçün yaxşı görən göz bağlanır.
Baharda infeksiyalar artır
Göz allergiyasına xüsusilə bahar aylarında daha çox rast gəlinir. Uşaqların gözlərini tez-tez ovuşdurmaları bu vəziyyətin başlıca səbəbidir. Uşaqların gözlərində şişmə və ya qızarmanın fərqinə varan valideynlər mütləq həkimə müraciət etməlidirlər. Uşağınızın gözlərinin ağında qırmızılıq, qapaqlarında şişkinlik görürsünüzsə və son günlərdə qaşınmaları varsa, uşağınızı həkimə göstərməlisiniz.
XƏBƏR LENTİ
Devid Martiaşvilinin bayram əhvalı yaradan rəsm əsərləri
Meqan və Harrinin oğlu hansı titulu daşıyacaq?-FOTO
"Pensiyalar artacaq" - Nazir
Bakı "qızıl"a bürünür
Tarkan ikinci dəfə ata olacaq!
Saçlara parlaqlıq verən maska
"Asan tort" (foto resept)
YADPLANETLİ gəmisi yoxsa?
Bakıda tələbə qız qaçırıldı
7 noyabradək telefon və kompüterdən uzaq DURUN!
"Azəriqaz”dan xəbərdarlıq
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
Günün ulduz falı - 10.08.2013
Murad Boz Bakıya gələcək - FOTO
Misirdə mağara məbədi
54 ilin sirri dərc edildi: Ruhlar bu kitabda nələrsə yazdırıb?
Təhsil Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı QƏRAR
MTRŞ radiolarla bağlı açıqlama verdi
Günün qoroskopu: maliyyə baxımından uğurlu gündür
Evdə pizza (foto resept)
Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı
Regionlara gedən marşrutların qiyməti qalxıbmı?
Bülent Ersoyun vanna otağı qızıldanmış-FOTO
Təbii yollar ilə dodaq rəngini dəyişdirmə
"Üç qəhrəman" tortu (foto-resept)
Prezidentdən həbs edilən Eldar Həsənovla bağlı SƏRƏNCAM
Koronavirusla bağlı son STATİSTİKA
Saç uzadan kök maskası
İlham Əliyev və Dmitri Medvedev arasında məhdud tərkibdə görüşü olub
Toyuq ətli salat (foto resept)
Xocalını yuxumda ağlayan gördüm
Aktrisa 22 aya 90 kiloqram arıqladı - FOTO
İnstaqramda ən çox izləyicisi olan məşhur
Bu məhsul ucuzlaşdı - FOTO
Bu yay ağıllı saat ola bilər
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
"Neftçi" loqosunu dəyişir
1 həftə çörək yeməsək nələr olar?
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Yuxu gətirən həblər asılılıq yaradır?
"Qoy hamı bilsin ki, dünyada Azərbaycan kimi gözəl bir ölkə var"
Uşaqlara ingilis dilini necə öyrətməli?
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb
Bakıda güclü külək əsəcək
Leyla Əliyeva ilə Emin Ağalarov əkizlərinin AD GÜNÜNÜ BELƏ QEYD ETDİ - FOTO/VİDEO
Günün Ramazan təqvimi (3 iyul)
Koronavirusun necə yayıldığını görmək üçün konsert təşkil edəcəklər
Nikah yaşının qaldırılması lazımdırmı?
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
- ŞƏRHLƏR