Qadin.NET / Uşaqların göz sağlamlığı

Uşaqların göz sağlamlığı

 

Uşaqların göz sağlamlığı

 

Göz tənbəlliyi, çəplik, miyop, hipermetropiya və astiqmatizm uşaqlarda ən çox görünən göz problemləridir. Bu problemlərin həlli üçün də erkən diaqnoz şərtdır. Əks halda, görmə pozğunluqlarının dərəcəsi yaşa bağlı olaraq artır.

Görmə qüsurlarına ölkəmizdə çox rast gəlinir. Göz qüsurlarınında genetik təsirin ciddi bir rol oynadığını düşünsək, uşaqların da bu riski daşıdığı bir gerçəkdir. Bu baxımdan uşaqların iki yaşında göz müayinəsindən keçirilməsi məsləhətdir.

Uşaqların mütləq 2 yaşına qədər göz həkiminə aparılması lazımdır. Görmə qüsurlarından başqa erkən müəyyən olunmalı başqa xəstəliklər də var. Ancaq təəssüf ki, uşaqlar ancaq məktəbə başladıqdan sonra problemlərin ortaya çıxdıqda həkimə müraciət edilir. Daha erkən yaşda uşaqların həkimə gətirilməsi şüurunun ailələrə təbliğ edilməsi şərtdir. 

Uşaqların göz sağlamlığı

   Göz pozğunluqlarının diaqnozu

Miyop, hipermetropiya və astiqmatizmə uşaqlarda daha çox rast gəlinir. Məktəb dövründə yazı taxtasını yaxşı görməmək, dərslərdə müvəffəqiyyətsizlik kimi şikayətlərlə ailələr uşaqlarını həkimə aparma ehtiyacı duyurlar.

Görmə qüsurlarının müalicəsi

Miyop

Miyopun uşaqlıq dövründə erkən diaqnozuı mümkündür, ancaq irəliləməsini dayandırmaq mümkün deyil. Təkrarlanan göz müayinəsiylə miyop diaqnozu qoyula bilər. Amma miyopu dayandırmaq mümkün deyil. Uşağın boyu necə uzanırsa, gözü və göz nömrəsi də böyüyür. Müalicədə məqsəd gözün funksiyası olan yaxşı görməyi təmin etməkdir. 

Uşaqların göz sağlamlığı

Hipermetrop

Hipermetrop zamanı uşaqlar çox tez-tez göz qırpır və baş ağrısından şikayət edirlər. Ailələr uşaqlarında bu əlamətləri gördükləri zaman mütləq həkimə müraciət etməlidir. Uşaqlarda çəplik yoxdursa, kiçik nömrələrdən başlayıb gözlüyə alışmasına fürsət yaradılır. Zamanla gerçək göz nömrəsinə dönülür. Eynək taxmanın məqsədi qırma qüsurunu yox etmək deyil, yalnız daha yaxşı və keyfiyyətli görməyi təmin etməkdir. Ancaq bəzi hipermetrop xəstələrdə illər keçdikcə nömrələrdə azalma ola bilər.

 Astiqmat

Astiqmat uşaq həm uzaqda, həm yaxında baxdığı cisimləri dəqiq olaraq görə bilmir. Bu da yenə başağrısı, gözağrısı, göz qırpması kimi şikayətlərə səbəb olur. Diaqnozu təkrarlanan müayinə ilə asanlıqla təyin edilə bilər. 

Uşaqların göz sağlamlığı

Göz tənbəlliyinə diqqət!

Göz tənbəlliyi zamanında diaqnozu qoyularsa, müalicəsi ən asan xəstəliklərdən biridir. Uşaqların 7-8 yaşından sonra həkimə aparılması səbəbiylə müalicədə çətinliklər yaranır. Göz tənbəlliyinin səbəbi bir gözün digərindən daha yaxşı görməsidir. Miyop, hipermetrop və astiqmat kimi qüsurlar zamanı iki gözün fərqli nömrələrdə olması göz tənbəlliyinə səbəb ola bilər. Nömrələri daha aşağı olan gözün görünüşü daha dəqiq olacağı üçün beyin tərəfindən o gözün görünüşü seçilir. Pis görən gözdən beynə gedən görünüş bir müddət sonra qəbul edilmir, həmin göz istifadə edilməyərək tənbəlləşir. İbtidai məktəbin əvvəlində uşaq həkimə gəlsə, bir qədər düzəlir. 9-10 yaşından sonra yaxşılaşma təəssüf ki, baş vermir. Tənbəllik tamamilə görmə qüsuru ilə əlaqədar bir problemdirsə, yaxşı görən gözün bağlanmasına və pis görən gözün işlədilməsinə yönəlmiş müalicə tətbiq olunur. Az görən gözün işlədilməsi üçün yaxşı görən göz bağlanır. 

Uşaqların göz sağlamlığı

Baharda infeksiyalar artır

Göz allergiyasına xüsusilə bahar aylarında daha çox rast gəlinir. Uşaqların gözlərini tez-tez ovuşdurmaları bu vəziyyətin başlıca səbəbidir. Uşaqların gözlərində şişmə və ya qızarmanın fərqinə varan valideynlər mütləq həkimə müraciət etməlidirlər. Uşağınızın gözlərinin ağında qırmızılıq, qapaqlarında şişkinlik görürsünüzsə və son günlərdə qaşınmaları varsa, uşağınızı həkimə göstərməlisiniz.

29 mart 2014
GO BACK