Uzunboylu insanlara həsəd aparırsınız? Amma onlar genetik amillər baxımından o qədər də şanslı olmaya bilərlər. "Cancer Epidemiology, Biomarkers & Prevention" jurnalında dərc edilmiş araşdırmada postmenopauzal qadınlarda uzun boyla xərçəng xəstəliyi arasında əlaqə olduğu irəli sürülür. Qadının boyu uzandıqca bu xəstəliyə tutulma riski artır.
Araşdırmada 50-79 yaşlarda olan 20.900 qadın iştirak edib. Qadınlar boy uzunluqlarına görə 5 qrupa ayırılıb və xərçəngə tutulma riskləri araşdırılıb.
Araşdırmaçılar boyun 10 sm daha uzun olduğu zaman xərçəngə tutulma riskinin 13 % artdığını söyləyiblər. Nəticəyə əsasən, daha uzunboylu qadınlarda döş, yumurtalıq, endometrial və qalın bağırsaq xərçənginə tutulmanın 13-17 % daha çox olduğu aydın olub. Böyrək, rektum və qan xərçənginə tutulma hallarının da 23-29 % çox olduğu söylənib. Bütün xərçəng xəstəliyi növlərinin yaranma riskinin boy uzunluğu ilə düz nisbətdə olduğu aşkar edilib.
Bu bir az qəribə görünsə də, daha öncə aparılan araşdırmalar da eyni nəticəni göstərib. Daha uzunboylu şəxslərin hüceyrə və toxumalarının sayı daha çox olduğundan bu hüceyrələrin anormal şəkildə böyüyüb bədənə zərər verəcək hala gəlməsi ehtimalını artırır.
Mütəxəssislərin sözlərinə görə, boy uzunluğuna təsir edən hormon və ya başqa amillər xərçəngə tutulma riskini artırır. Bu amillərdən bəziləri genetikdir, bəziləri isə ətraf mühit və ya qidalanma ilə əlaqəli ola bilər. Məsələn, daha yaxşı şəraitdə böyümüş qadınlar qidalanmalarına görə daha pis şərtlərdə yaşayan qadınlara nisbətən daha uzun boylu olurlar, ancaq bu da onların xərçəngə tutulma riskini artırır. Boy uzunluğu qidalanma kimi amillərdən təsirlənir, bu amilləri aşkar etmək xəstəliyin qarşısını almaq və ya müalicə etmək üçün faydalı ola bilər.
Mütəxəssislərin sözlərinə görə, bu araşdırma boyu uzun olan hər bir qadının mütləq xərçəngə tutulacağını önə sürmür. Araşdırmada sadəcə bir əlaqə aşkarlandığı qeyd edilir. Və xərçəng kimi kompleks xəstəliklərin böyümə kimi inkişaf müddəti ilə əlaqəli olması çox kiçik bir ehtimaldır.
XƏBƏR LENTİ
Miskinlərin 8 xüsusiyyəti
Ev işləri nə qədər kaloriya yandırır
"Harry Potter"i dilənçi bilib 5 dollar verdilər -FOTO
Şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?
20 rayonda qaz olmayacaq
COVID-19-la mübarizə nə vaxt bitəcək? - Açıqlama
Gülşənə bacısının ölüm xəbərini verdilər
Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”
Bu şəxlər 190 manat ala bilməyəcək - Rəsmi
Körpələrin gec yeriməsi
Konfransda Leninin ruhu ilə danışdılar
Tut və ərik haqqında bilmədiklərimiz
"Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir"
Mərc gələrək xırda puldan oyun oynamaq olarmı?
Dəbli geyimlər - 2-ci hissə
Yer kürəsini gözləyən bəla: çox az qalıb
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
Məsum və məhkum
Kremlə iyunadək vaxt verildi
Necati Şaşmaz Amerikada evlənib?-FOTO
İspanaq salatı (foto resept)
Azərbaycan əsgərləri Əfqanıstanda
Yeni növ canlı alimləri dəhşətə gətirdi-FOTO
Yarpaqları saralan gülləri necə xilas etməli?
Günün ulduz falı - 09.02.2014
Azərbaycan əhalisinin gəlirləri artıb
Şerlok Holms təsvirli pul buraxıldı_FOTO
Kəfən olan gəlinlik
Qanvermənin faydaları
Qozun sağlamlığımıza faydaları
DIQQƏT! Güclü maqnit qasırğası gəlir
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
2018-in rəngi - Bənövşəyi
Qarakənd üzərindəki vertolyot faciəsi
Qadınlar haqqında lətifələr
Binalara baxış keçirilir
Puzzle -in 4 faydası
Yaxşı yaddaşa sahib olmaq üçün nə etməliyik
Ermənilər dinc azərbaycanlını atəşə tutdular
Şah yeməyi (foto resept)
Bakının bir hissəsi susuz qalacaq
Arıqlamağa nələr mane olur?
Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Məşhur aktyora 17 illik həbs cəzası
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
Bakıda mənzillər kəskin ucuzlaşdı
Həkimlə məsləhətləşmədən idmana başlamayın!
- ŞƏRHLƏR