Hipertoniya yetkinlərin ən çox qarşılaşdığı xroniki xəstəliklərdəndir.
Əslində hipertoniya müalicə edilə bilər, hətta qarşısını almaq mümkündür. Dünya Sağlamlıq Təşkilatı bu mövzunu diqqət mərkəzinə gətirmək məqsədilə hər il Dünya Sağlamlıq Günü kimi qeyd edilən 7 aprel tarixini bu il hipertoniyanın müzakirəsinə həsr etməyi qərara alıb. 7 aprel üçün "Qan təzyiqinə nəzarət" şüarı seçildi. Live Hospitalın həkimi professor Təkin Ağpolad yüksək təzyiqlə mübarizənin yollarını və təzyiq ölçərkən diqqət yetirilməsi lazım olan üsulları izah etdi.
Qan təzyiqinə nəzarət zamanı 2 məsələ çox əhəmiyyətlidir:
1. Qan təzyiqini düzgün şəkildə ölçdürmək: Hipertoniya erkən dövrdə əlamətlərini büruzə vermədiyi üçün qan təzyiqini ölçdürmədən diaqnoz qoymaq mümkün deyil. Qan təzyiqi yüksək olan hər 2 adamdan biri xəstəliyindən xəbərsizdir. Doğru diaqnoz qoymaq üçün qan təzyiqi doğru ölçülməlidir.
2. Yüksək qan təzyiqini aşağı salmaq: Duzdan istifadənin məhdudlaşdırılması, çox arıqlama, fiziki fəaliyyətin artırılması, yəni idman, siqaretin tərgidilməsi və həddindən artıq spirtin azaldılması kimi rejim dəyişikliyi qan təzyiqini salar. Bunların qeyri-kafi olduğu vəziyyətlərdə dərmandan istifadə edilməlidir. Yuxarıda sadaladığımız kimi rejim dəyişikliyi ilə bir çox xəstənin dərman istifadə etməsinə ehtiyac qalmır.
Qan təzyiqi ölçülərkən nə etməliyik:
1. Oturmalıyıq
2. İstirahət edib, sakitləşməliyik
3. Danışmamalıyıq
4.Kürəyimizi arxaya söykəməliyik
5.Qolumuzu rahat saxlamalıyıq
6.Ayaqlarımızı yerə düz qoymalıyıq
7. Qolumuzu ürəyimizin səviyyəsində bir masanın üstündə qoymalıyıq.
Hipertoniyalı xəstələrə diqqət:
Xəstələrin 5-10%-də hipertoniya başqa bir xəstəliklə bağlıdır. Hipertoniyaya gətirib çıxaran xəstəliklərin əhəmiyyətli qismi böyrəkdən qaynaqlanır. Hormonal xəstəliklər isə digər bir əhəmiyyətli qrup meydana gətirir.
İş həyatı və qan təzyiqi
Uzun iş saatları, masa başında uzun-uzadı işləmək və qaydasız bəslənmə təzyiqə mənfi təsir edir. Bundan əlavə, iş həyatının stressi ilə əlaqədar işçilərin hipertoniya və hipertoniya ilə bağlı xəstəliklərə tutulmaq riski vardır. Vaxt azlığı işçinin daha az fiziki işlərlə məşğul olmasına səbəb olur. İş yeməkləri və uzun sürən yığıncaqlar yemək rejimini pozur. Öz sağlamlığınıza zaman ayıra bilməməniz müalicənin də düzgün aparılmamasına səbəb ola bilər. Hipertoniyanın müalicəsi üç mərhələdən ibarətdir: hipertoniyaya gətirib çıxaran xəstəliyin müalicə edilməsi, dərman tətbiqi, həyat rejimində dəyişiklik etmək. Yeməklərdə duzun azaldılması, artıq çəkidən xilas olma, fiziki fəaliyyətin artırılması, siqaret və spirtin həyatınızdan çıxarılması əsas dəyişikliklər sırasındadır.
Qan təzyiqini salmaq üçün nə etmək lazımdır?
1. Duzu azaldın.
2. Nizamlı məşq edin.
3. Artıq çəkidən azad olmağa çalışın.
4. Siqareti tərgidin.
5. Spirtli içkilərdən uzaq durun.
6. Lazım gəldikdə dərmandan istifadə edin.
XƏBƏR LENTİ
Xizək sürməyin 5 müsbət təsiri
Bu uşaq "r" hərfini deyə bilmədi də...
Cenifer Lopezdən stil dərsləri
Məşhur aktrisa gəncliyindən danışdı
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
30 yaşdan sonra dəriyə qulluq tövsiyələri
Hadisə reklamdan 3,5 milyon qazandı
Cem Yılmaz Serenay Sarıkaya üçün arıqladı
Saç rənginizi nə müəyyənləşdirir
Qara rəngli qar yağdı - FOTO
Uşağa həkimdən qorxmamağı necə öyrətməli?
Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı - VİDEO
İrəvanı işğal edəcək ordu
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
ABŞ-da koronavirusdan rekord ölüm
Hande Erçel 2020-ci ilin ən gözəl qadını seçildi
Dekorasiyada qış rəngləri
Uşaqlar üçün tortlar
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
HAVA necə olacaq?- 25 APREL
Məndən sonrakı mən
“Kurtlar vadisi” serialının aktyoru qəzaya düşdü-FOTO
Birinci xanım ərəbləri hiddətləndirdi
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
1 həftəyə 3 kilo itirin (qərənfil suyu)
“Titanik” gəmisinə sualtı tur təşkil ediləcək
“Cumali” aşiq olub - FOTO
Rusiyadan Bakıya dəstək
Dünyanın ən gözəl kitabxanaları
Özge Gürel yeni filmdə
Xəyanət edən kişilər haqqında bilmədikləriniz
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Robotlar insanları hansı peşələrdə əvəz edəcək?
Ötən il cinayət törədən qadınların sayı bəlli olub
İlk görüşə nə geyinməli?
Məşhur aktrisa diqqət mərkəzində-FOTO
Rubl necə yüksələcək?
BÜRCLƏR bizə nə vəd edir?-22 Oktyabr
"Neftçi" loqosunu dəyişir
Qadın hansı halda analıq hüququnu itirir?
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
"Fidanların arzusu"
Notr-Dam kilsəsinin təmirinə başlanıldı - FOTO
Azərbaycanda implantasiya sahəsində bir ilk
Bədənə qulluq və vannalar
Koronavirus xəstələrinin saçı niyə tökülür?
Ölkədə ucuzlaşma başladı
Növbəti bələdiyyə seçkilərinin keçirilməsi elan ediləcək
Hava haqqında
Azərbaycanda kitabxanaçılığın inkişafı üzrə yeni Dövlət Proqramının layihəsi hazırlanır
- ŞƏRHLƏR