Qadin.NET / Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun

Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun

Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun

Hipertoniya yetkinlərin ən çox qarşılaşdığı xroniki xəstəliklərdəndir.

Əslində hipertoniya müalicə edilə bilər, hətta qarşısını almaq mümkündür. Dünya Sağlamlıq Təşkilatı bu mövzunu diqqət mərkəzinə gətirmək məqsədilə hər il Dünya Sağlamlıq Günü kimi qeyd edilən 7 aprel tarixini bu il  hipertoniyanın müzakirəsinə həsr etməyi qərara alıb. 7 aprel üçün "Qan təzyiqinə nəzarət" şüarı seçildi. Live Hospitalın həkimi professor Təkin Ağpolad yüksək təzyiqlə mübarizənin yollarını və təzyiq ölçərkən diqqət yetirilməsi lazım olan üsulları izah etdi.

Qan təzyiqinə nəzarət zamanı 2 məsələ çox əhəmiyyətlidir:

1. Qan təzyiqini düzgün şəkildə ölçdürmək: Hipertoniya erkən dövrdə əlamətlərini büruzə vermədiyi üçün qan təzyiqini ölçdürmədən diaqnoz qoymaq mümkün deyil. Qan təzyiqi yüksək olan hər 2 adamdan biri xəstəliyindən xəbərsizdir. Doğru diaqnoz qoymaq üçün qan təzyiqi doğru ölçülməlidir.

2. Yüksək qan təzyiqini aşağı salmaq: Duzdan istifadənin məhdudlaşdırılması, çox arıqlama, fiziki fəaliyyətin artırılması, yəni idman, siqaretin tərgidilməsi və həddindən artıq spirtin azaldılması kimi rejim dəyişikliyi qan təzyiqini salar. Bunların qeyri-kafi olduğu vəziyyətlərdə dərmandan istifadə edilməlidir. Yuxarıda sadaladığımız kimi rejim dəyişikliyi ilə bir çox xəstənin dərman istifadə etməsinə ehtiyac qalmır. 

Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun

Qan təzyiqi ölçülərkən nə etməliyik:

1. Oturmalıyıq

2. İstirahət edib, sakitləşməliyik

3. Danışmamalıyıq

4.Kürəyimizi arxaya söykəməliyik

5.Qolumuzu rahat saxlamalıyıq

6.Ayaqlarımızı yerə düz qoymalıyıq

7. Qolumuzu ürəyimizin səviyyəsində bir masanın üstündə qoymalıyıq.

Hipertoniyalı xəstələrə diqqət:

Xəstələrin 5-10%-də hipertoniya başqa bir xəstəliklə bağlıdır. Hipertoniyaya gətirib çıxaran xəstəliklərin əhəmiyyətli qismi böyrəkdən qaynaqlanır. Hormonal xəstəliklər isə digər bir əhəmiyyətli qrup meydana gətirir. 

Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun

İş həyatı və qan təzyiqi

Uzun iş saatları, masa başında uzun-uzadı işləmək və qaydasız bəslənmə təzyiqə mənfi təsir edir. Bundan əlavə, iş həyatının stressi ilə əlaqədar işçilərin hipertoniya və hipertoniya ilə bağlı xəstəliklərə tutulmaq riski vardır. Vaxt azlığı işçinin daha az fiziki işlərlə məşğul olmasına səbəb olur. İş yeməkləri və uzun sürən yığıncaqlar yemək rejimini pozur. Öz sağlamlığınıza zaman ayıra bilməməniz müalicənin də düzgün aparılmamasına səbəb ola bilər. Hipertoniyanın müalicəsi üç mərhələdən ibarətdir: hipertoniyaya gətirib çıxaran xəstəliyin müalicə edilməsi, dərman tətbiqi, həyat rejimində dəyişiklik etmək. Yeməklərdə duzun azaldılması, artıq çəkidən xilas olma, fiziki fəaliyyətin artırılması, siqaret və spirtin həyatınızdan çıxarılması əsas dəyişikliklər sırasındadır.

Qan təzyiqini salmaq üçün nə etmək lazımdır?

1.  Duzu azaldın.

2. Nizamlı məşq edin.

3. Artıq çəkidən azad olmağa çalışın.

4. Siqareti tərgidin.

5. Spirtli içkilərdən uzaq durun.

6. Lazım gəldikdə dərmandan istifadə edin.

15 aprel 2013
GO BACK