Hər yaşa görə fərqli kremlər olduğu kimi mütəxəssislər hər yaşa uyğun pəhriz da hazırlayıblar. Bu pəhrizin digərlərindən əsas fərqi uzun müddətli olmasıdır.
15-25 yaş
Cavanlıq sizin müttəfiqiniz, düşməniniz isə hər hansı rejimin olmamasıdır. Gözəl və qədd-qamətli görünmək üçün xüsusi "cavan" pəhriz saxlayın. Onun əsas xüsusiyyəti tərkibində lazımi kalorinin olmasıdır: 1800-2000 .Bu pəhrizin vacib komponentləri dəmir və kalsiumdur. Dəmir qan hüceyrələrinin formalaşması üçündür (ən çox yeniyetmə qızlar dəmirə ehtiyac duyur). Ət və tərəvəzdə (xüsusilə göyərtidə) dəmir çoxdur. Kalsium isə sümüklərin bərkiməsi üçündür. Ağartı məhsulları, pendir, yumurta, mineral su kalsiumla zəngindir.
25-45 yaş
Məhz bu yaşda qadınlar artıq çəki yığır: oturaq həyat tərzi, səhv qidalanma, hamiləlik, stresslər. Arıqlamaq və formada qalmaq üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır: hər şey, amma az miqdarda yeyin. Müəyyən vaxtda və tələsmədən yeyin. Süfrəyə ac olmadan oturmaq lazımdır. Masadan tam doymuş hissi ilə qalxmayın (20 dəqiqədən sonra yenə yemək istəsəniz, deməli acsınız, meyvə salatı yeyin). Yarımfabrikatlardan uzaq durun, çünki onlarda duz və piy çoxdur. Qida rasionunuzda həmişə yağlı balıq, sarımsaq, tərəvəz olmalıdır. Antioksidantlarla zəngin olan balıq vaxtsız qırışların və ürək problemlərinin qarşısını alır. Sarımsaq xolesterinin səviyyəsini aşağı salır, qan dövranını yaxşılaşdırır, sellülitlə mübarizə aparır. Tərəvəz isə orqanizmin yaxşı çalışması üçündür. Gün ərzində 2 litrdən az olmayaraq maye için. O,iştahanı kəsir, orqanizmdən toksinləri çıxarır, tonusu qaldırır və lazımi mikroelemetnlərlə təmin edir. Bu yaşda ən çox yol verilən səhvlər: Yeməkarası çips, ləbləbi, konfet yemək; səhər yeməyi, naharı və şamı bir yerdə yemək; şaurma(və ya dönəri) və ya hamburqeri qazlı şirin su ilə yemək; həddindən çox tünd qəhvə içmək. Hamiləlik dövründə qadının çəkisi 10-12 kq artır. Əgər bundan artıq çəki yığmısınızsa, deməli kökəlmisiniz. Ona görə də həkimlər hamilələr üçün xüsusi pəhrizlər təqdim edirlər. Hər hansı bir qidadan imtina edəndə mütləq həkimlə məsləhətləşin. Çünki bu doqquz ay sizin və körpəniz üçün çox önəmlidir.
45+ yaş
Menopauzadan sonra bir çox qadın kökəlir. Bu,orqanizmdə gedən təbii proseslə əlaqədardır: hormonal aktivlik aşağı düşür, maddələr mübadiləsi ləngiyir. Əvvəlki kimi özünüzü yüngül və cavan hiss etmək üçün düzgün qidalanmanız şərtdir. Ən yaxşı pəhriz hər şeydə normanı gözləməkdir. Orqanizmə kalsium, sink, zülal, C vitamini mütləqdir. Gündə 900-1200 mq miqdarında olan kalsium dişlərin sağlamlığını qorumaq və osteoporozdan uzaq olmaq üçündür. Orqanizminizə süd məhsulları, ləbləbi, mineral su lazımdır. Balıq, dəniz məhsulları, yarmada olan sink hüceyrələrin qocalmasını ləngidən, immun sistemini gücləndirən, sinir sistemini gücləndirən, sinir sisteminə yaxşı təsir göstərən təbii antioksidantdır. Zülal isə əzələlərin elastikliyini və tonusunu qorumaqdan ötrü lazımdır. Ağ ət və balıqda protein daha çoxdur. C vitamini isə hər yaşda lazımdır. Sitrus meyvələri, kivi, giləmeyvə çox yeyin.
Sizin menyunuz:
Səhərlər mədənizi oyatmaq və bağırsağın işinə yardım etmək üçün ilıq su için.
15+ yaş:
Səhər yeməyi: yarım qreypfrut və 2 kivi; soyutma yumurta, qəhvə və ya şəkərsiz çay.
Nahar yeməyi: çiy tərəvəz və ya salat (mayonezsiz); ağ ət (toyuğun döş əti, hind toyuğu); yaşıl tərəvəzlər (brokkoli, noxud, lobya); bir dilim çörək; qatıq və ya meyvə.
Şam yeməyi: tərəvəz şorbası və ya salat; yumurta və ya tərəvəzli balıq; qatıq.
25+ yaş:
Səhər yeməyi: qəhvə və ya adi çay; 2 dilim çörək, kərə yağı.
Nahar yeməyi: çiy tərəvəz və ya tərəvəzli şorba. Yadda saxlayın ki, şorbayla hamburqerdən daha tez doyacaqsız. Həm də daha gec acacaqsınız; 150 q ət və ya balıq (və ya 2 yumurta), tərəvəz qarniri; təbii qatıq.
Şam yeməyi: çoxlu tərəvəz və meyvə (çiy və ya bir az bitki yağında bişirilən); qatıq və ya yağsız kəsmik; bitki çayı, itburnu dəmləməsi və ya kefir.
45+ yaş:
Səhər yeməyi: südlü qəhvə, bir dilim çörək, qatıq .
Nahar yeməyi: şorba və ya çiy tərəvəz; 100 qr ət, balıq və ya 2 yumurta; kartof püresi, tərəvəz, pendir-çörək, meyvə.
Şam yeməyi: tərəvəzli püre-şorba; ət və ya balıq (naharda nə yediyinizdən aslıl olaraq); qatıq və ya meyvə salatı.
Əziz xanımlar, bəs siz necə, öz yaşınıza uyğun qidalanırsız?
XƏBƏR LENTİ
Bakıda çox ucuz bazarlar açılıb
Messi tarix yazdı
Dünya qocalara qalacaq
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Pakistanda Azərbaycanla bağlı sərgi
Vaqon problemi
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollar
Şəkildəki fərqliliyi tapın (test)
Koronavirusla bağlı son STATİSTİKA
Sən kişi olsaydın...
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Arıqladan üzüm yarpağı çayı
Rəsmi nikah kəbini əvəz edirmi?
“Barselona” dörd futbolçusunun maaşını azaltmaq istəyir
Bakıya yağış yağacaq
TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
Ancelina Colinin geyimi bu dəfə bəyənilmədi - FOTO
Eşq dəryası
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Xərçəngdən qorunmaq istəyirsiz? Xoşbəxt olun!
BMW qıvraqlaşdı
Azərbaycanda hava isinir
Kolorado çayının əyrisi
Rubl və neft yenidən düşür
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular
HAVA necə olacaq?
Dünyada ən uzun şüşə körpü açıldı
Azərbaycanda zəlzələ olub
Texnoloji aslılıq- kütləşirikmi?
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Mesajları silmək üçün 68 dəqiqə vaxtınız var
Bu ilin ən isti rəngi: Narıncı
Belə fəlakət görülmədi: Bir kənd məhv oldu
Kəndlərimiz ermənilər tərəfindən atəşə tutulur
Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan EHTİYATLI OLUN!
Güldürən heyvanlar
Dərinizə təbii üsullarla qulluq edin!
Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Çətirsiz evdən çıxmayın
Can Yamanın tamaşaçıya verdiyi cavab Gündəm Oldu
Yataq geyimləri
Rus dili - РљРє
- ŞƏRHLƏR