Bizi bir ailə kimi birləşdirən Qadın.net saytında xəbərlər vasitəsi ilə əziz istifadəçilərimizin sevincli xatirələrinin, uşaqlıq anlarının, ilk məktəb həyəcanının, evlilik təkliflərin, bir- biri ilə görüşlərinin şahidi olmuşuq.
İndi isə Qadın.net ailəsi üzvlərinin yaşadıqları qorxu dolu anları onların öz dilindən eşidək:
Gulshen_q
Realda yox, amma yuxuda çox qorxduğum anlar olub.Daha çox dünyanın sonu ilə bağlı olan yuxularda qorxmuşam.İlk dəfə belə yuxu görəndən sonra günlər, aylar keçsə də, təsirindən çıxa bilmirdim. Daha sonralar bu tip yuxularım çoxaldıqca daha qorxmadım.Elə yuxudaca özümü sakitləşdirir, sanki qiyamətə hazırlayırdım.Bir də mənə təskinlik verən o idi ki, dünyanı su bassa da, mən bir qalada (Qız qalasına oxşar qala idi) hündür bir yerdəyəm.Su mənə gəlib çatmır və mən qurtuluram...
Ra Gunel Mi Le Yu
Mən 2 dəfə qorxmuşam, bir xalamı itirəndə, bir də qaynımı. Dəhşət idi. Xalam xərçəng xəstəliyindən vəfat edib, gözümüzün qabağında can verib. Amma 1 il bundan qabaq qaynımı yol qəzasında itirmişik. İndi elə qorxuram ki, birdən ailəmə bir şey olar. Hər gecə dua edirəm ki, Allah hamını qorusun, biz də içində. Amin!
Afət
Həyatımda 3 dəfə möhkəm qorxu hissi keçirmişəm. İlk qorxunu atam ağır xəstə olanda keçirmişəm. Onu itirməkdən çox qorxurdum. Sonunda qorxduğum başıma gəldi.
İkinci dəfəkində isə təzə ana olmuşdum. Oğlum 5 aylıq idi. Yatağında yatırdı, hənirtisini eşidib beşiyin yanına gəldim. Oğlumun gözləri açıq, özü hərəkətsiz idi, gözünü bir nöqtəyə zilləyib baxırdı. Onu çağırdım, reaksiya vermədi. Qucağıma aldım, ət kimi idi, hərəkət etmirdi. Necə qorxduğumu təsəvvür belə edə bilməzsiniz, necə qışqırmışamsa, səsim qonşulara kimi gedib. Əlim-ayağım əsirdi, uşaq qucağımda nə edəcəyimi bilmədən çaşıb qalmışdım. Bir anda elə bil uşaq canlandı, üzümə baxdı, gülümsündü. Elə bil dünyaları mənə verdilər.
Üçüncü bərk qorxunu isə qaynanam rəhmətə gedən gecə keçirmişəm. Elə bir hadisə baş verdi ki, indi də yadıma düşəndə tüklərim biz-biz olur. Bu haqda yaxşı olar ki, yazmayım, sizləri də qorxutmaq istəmirəm.
♥ Fatime.M ♥
Babam rəhmətə getmişdi.Cümə axşamısıydı.Atam gəlməmişdən, xalam ağlayırdı babama görə.Öz-özümə sual verdim ki, ay Allah o niyə ağlayır? Nə isə az keçmişdi ki, atam da gəldi.Xeyli oturduqdan sonra nəsə özünü pis hiss edib, eyvana çıxdı və özündən getdi. Elə bildik ki, artıq öldü. (Allah eləməmiş) və mən ağlamağa başladım. Onda başa düşdüm ki, xalam niyə ağlayırdı. Qorxurdum ki, atam doğurdan bizləri tərk etmiş olsun. Amma Rəbbimə şükürlər olsun ki, Tanrım onu bizə qaytardı.Duranda dedi ki, yaxşı yuxu görürdüm, niyə oyatdız. Başa düşdük ki, atam kiliniki ölüm keçirib.Bu mənim ən dəhşətli və qorxulu anım oldu. Həmin vaxt 15 yashim var idi.
Milana.M (XƏYALƏ MURAD)
Qorxduğum anlar çox olub. Uşaqlığımı çıxmaq şərti ilə deyim ki, Muradın ölüm-dirim arasında qaldığı dəqiqələr mənim ən çox qorxduğum ilk andır. Ondan sonra isə hündürlük olub. Bəli, Tbilisinin ən hündür nöqtəsində şəkil çəkməyi qərara almışdım. Zirvədə olduqda isə artıq başım hərlənməyə başladı. Aşağı baxanda çox qorxdum. Bu hadisə 2012-ci ilin may ayında baş verib. Bu şəkil də həmin hadisənin xatirəsidir.
LiLi SULTANLI
Mənim ən çox həyatda qorxduğum valideyn itkisi olub.Amma o qorxunu mən 2007-ci ildə daddım. Atami itirdim. İndi isə tək təsəllim Allahdan atama rəhmət, anama can sağlığı diləməkdir. Qorxulu anlarım çox olub. Mən tibb kollecində oxuyarkən qızlar dedi ki, morqa ölü gətiriblər, gedək baxaq. Mən də özümü ürəkli bilib getdim. Sən demə morq həkimi ölünü yarırmış, qızlar da toplaşıb baxırmışlar. Mənim də heç nədən xəbərim yoxdur, heç yerdə ölü görməmişəm, Nə isə, qızları çəkdim ki, mən də baxım. Təsəvvür edə bilməzsiniz ki, mən nə hala düşdüm. Necə qorxmuşdumsa, rəhmətlik atamgilin açmadığı molla qapısı, yazdırmadıqları dua qalmamışdı. Axırda başqa bir yerdə dua yazdırmışdılar, onun təsiri yaxşı oldu. Bu hadisə 1995-ci ildə baş vermişdi.
BELLA
Ən çox qorxduğum hadisə 2008-ci ildə, qış aylarında baş vermişdi. Həmin vaxtlarda güclü qar yağmışdı. Kollecdən çıxmışdım, evə gəlirdim. Avtobuslar işləmirdi deyə məcbur evə piyada getməli oldum. Yol ilə gedirdim, bir hadisənin şahidi oldum. 2 oğlan bir qıza qar topu atırdılar, sonra da tutub qar yedizdirdilər. Qız da qışqırırdı ki, buraxın məni. Oğlanlar sonra buraxdılar qızı. Bu hadisəni görəndə çox qorxdum, həm də çox pis oldum. Qıza kömək də edə bilmədim. Çünki, mənim gücüm çatmazdı belə bir şeyə. Ən acınacaqlısı isə o idi ki, 2 orta yaşlı kişi də dayanıb qıraqdan baxıb gülürdülər. Onda çox pis olmuşdum. Onlar oğlanlara mane olmaqdansa, baxıb gülürdülər. Çox heyif ki, belə insanlar var.
Pila
Mənim tək qorxum ailəmdən, sevdiklərimdən kimisə itirmək olub həmişə. Konkret nədənsə, yəni canlıdan heç vaxt qorxmamışam, sadəcə ölüm qorxusu olub…
NI-TA TAXIROVNA.
Həyatımda ən qorxduğum, hətta bu günə qədər də gözümün qabağından getməyən oğlumun qucağımda ürəyinin getməsi olub. Keçən il noyabrın 17-si idi. Mən uşaqlarla mağazaya alış-verişə getmişdim. Mağazada oyuncaq at vardı. Uşaqlar həmişə onun üstünə çıxıb oynayırdılar. Həm də çox alçaq yerdə idi. Adamın ağlına belə gəlməzdi ki, ordan yıxılmaqla ürəyi gedə bilər. Elə yenicə girmişdik, oğlum həmişəki kimi yenə qaçıb çıxdı atın belinə, amma bu dəfəki çıxış, çox pis çıxış oldu, yazıq balam ordan yıxıldı. Mən tez arxasınca qaçdım. Nə elədimsə uşağı ayağa qaldıra bilmədim. Qucağıma aldım. Özünü necə hiss etdiyini soruşdum. Yazıq balam gözlərini gözümdən çəkməyərək heysiz-heysiz baxırdı. Elə bunu demişdim ki, balam üzünü o biri yana çevirib gözlərini yumdu. Sanki, o baxışlar son baxışlar idi, 1 daha o gözləri görməyəcəm kimi gəldi mənə. Mağazanın ortasında elə bir ah-nalə çəkib qışqırdımsa, hamı mənə baxdı. Necə özümü itirmişəmsə, uşaq qucağımda mağazanın ortasında qaçıram. Hamı da mənim arxamca qaçır. Axır bir orta yaşlı qadın uşağı məndən zorla aldı. Stola uzatdılar, üz-gözünə su vurdular, yenə xeyri olmadı. Təcili yardım çağıranda uşağın yaşını belə deyə bilmədim. Təxminən yarım saatdan sonra balam gözlərini yavaş-yavaş açmağa başladı. Sevincimdən bilmirdim gülüm, yoxsa ağlayım. Ancaq nə qədər danışdırırdımsa, heç nə demirdi. Dedilər yəqin uşağın dili batıb. Dəli oldum. Təcili yardım gəldi. Balam həkimləri görüb qorxdu. Mənə "Ana, mən qorxuram" dedi. Həyatda indiyə qədər eşitmədiyim ən gözəl söz idi mənimçün. Ancaq mənə kömək edənlər rus vətəndaşları idi. Allah onlardan da razı olsun, tək başıma buraxmadılar məni. O gün bəlkə mən daha çox anladım ki, bala ana üçün nə qədər əzizdir. Ey Allahım, sən özün bütün balaları qoru. Heç bir anaya bala acısı yaşatma. Heç bir balaya da anasızlığı göstərmə. Amin...
XƏBƏR LENTİ
Günün ulduz falı - 11.03.2014
BÜRCLƏR bizə nə vəd edir?-1 Fevral
"2" almış məzunların çoxu bu rayondandır - SİYAHI
Miniatür əl işləri
Moda şousu dağlarda, körpü üzərində oldu
Ermənilərin ən ağır günü
2019-cu ilin son iş gününün HAVAsı
Nur Yerlitaş canlı yayımda üzr istədi-FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Bu gün Qədir-Xum bayramıdır
Heyva ətirli toyuq qızartması (foto-resept)
Avakado maskası ilə dərinizi nəmləndirin
Ətlə ayran birlikdə qəbul edilərmi?
Müəllimlərin maaşı artacaq - 26 rayonda
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Hava haqqında - 16.09.2013
Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?
Sızanaqların müalicəsi üçün
"Gəncliyin ən yaxşısı" - (İtaliya-2003)
Nazir müavini: "Öz fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər bu gün də təhsil sistemində çalışırlar"
Bunu da görəcəyik
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Mənzil almaq istəyən müəllimlərə ŞAD XƏBƏR - VİDEO
"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Cinsi uyğunlaşma testi
Yaponiyanın sənətkar əkinçiləri
Hava haqqında - 12.02.2014
Yaponiyada vulkan dəhşəti davam edir
Həcc ziyarəti başladı
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Serenaydan 1,5 milyonluq imza - FOTO
İmtahan fənlərinin sayı artırılacaq
Dilqəmdən oğluna məktub
Avtomobillərin texniki baxışında yeniliklər
Britaniyada moda mükafatları sahiblərini tapdı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Hz. Məhəmmədin doğulduğu evi sökürlər
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Tələbələrə ŞAD XƏBƏR: bu universitetdə imtahanlar ləğv edildi
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”
Kral ailəsi Bekhemi seçdi
Hollivud aktyoru qəzaya düşdü
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Azərbaycanda nə qədər avtomobil var?
Avropa çempionatında 3 gümüş, 1 bürünc medal
Dolu bədənli xanımlar üçün geyimlər
- ŞƏRHLƏR