Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin“Smart Start” adlı təcrübə proqramı başa çatıb. Proqramda iştirak edən 22 gənc “Bakcell”in insan resursları, marketinq, biznes texnologiyaları, maliyyə, xidmət və məhsulun inkişafı, müəssisə resurslarının planlaşdırılması, pərakəndə satış və distribusiya və müştərixiidmətləri şöbələrində təcrübə keçiblər. Onlardan 6 nəfər ən uğurlu namizədə isə proqramın sonunda şirkətdə iş təklif olunub.
“Azərbaycanın ən iri şirkətlərindən biri olan Bakcell müxtəlif tərəfdaşları ilə birlikdə və təklikdə həyata keçirdiyi bir neçə proqram vasitəsilə gənclər üçün iş imkanlarının yaradılmasına çalışır. Təcrübə proqramları təhsilini yenicə başa vurmuş gənclər üçün çox önəmlidir və onların iş həyatı üçün başlanğıc nöqtəsi rolunu oynayır. “Bakcell”in həyata keçirdiyi növbəti təcrübə proqramı da uğurla yekunlaşdı. Mən bu proqramda çox böyük uğur qazanmıç 6 gənci “Bakcell ailəsi“nə qoşulmaları münasibətilə təbrik edirəm. Bu, təkcə daimi işlə təmin olunan 6 nəfər üçün yox, qalan 18 nəfər üçün də çox faydalı bir başlanğıc idi. Onlar həm 1500-dən artıq gəncin arasından seçilmişdilər, həm də ölkənin ən böyük şirkətlərindən birində təcrübə keçmək imkanı qazanmışdılar”, deyə “Bakcell”in baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Qeyd edək ki, təcrübə proqramında iştirak üçün Bakcell şirkətinə 1500-dən çox müraciət daxil olmuşdu.
Bütün seçim mərhələrini keçən 22 iştirakçıya biznes etikasi, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit,xVaxtın səmərəli bölgüsü, eEffektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində faydalı olacaq digər təlimlər keçirilib.İçritakçılar 2 aylıq təcrübə proqramı üçüm “Bakcell”dən təqaüd alıblar.
İştirakçılar proqram barədə fikirlərini belə paylaşıblar:
Orxan Abbasov:“”Smart Start” təcrübə proqramı sayəsində bu yay mövsümü mənim üçün çox faydalı və yaddaqalan oldu”.-
Günel Musayeva: “Karyera həyatında ilk addımlarını atan bütün gənclərə “Smart Start” proqramında mütləq iştirak etməyi məsləhət görürəm”.
Sara Ələkbərli:“Böyük və peşəkar komandada işləməklə komanda şəklində işləməyin dəyərini bildim”.
Samir Paşayev:“Müsahibəsnin keçirildiyi ilk gündən etibarən şirkətdə olan peşəkar mühiti hiss etdim və “Bakcell”də işləməyi arzu etdin”.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
2000-ə yaxın 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Bu maşından artıq olmayacaq
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Azərbaycan “Eurovision” finalında
15-20 yaşında boşanan cütlüklər - Statistika
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Ayrıldığınız sevgilinizlə yenidən barışmaq istəyirsiniz?
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu
Bu 5 tövsiyə uşaqların böyüməsinə kömək edir - UNİCEF
Toy və yas mərasimləri ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
Günün qoroskopu: daxili səsinizi dinləyin
Yayın istisində canımızı yandıran sular
Çaydanlar
Yuxuda nadir hallarda gördüklərimiz
Rəngarəng çantalar
Həyatverici məhəbbət simvolu
Almalı piroq (foto resept)
Hamiləlikdə baş verən dəyişikliklər
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Eyni bədəndə iki ayrı həyat - FOTO
Foqtsun istefa səbəbi
Dəniz duzu ilə gözəlləşin
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək
Ağız quruluğu
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Qar dənələrinin sehri
Redaktor brauzerdə işə salındı
Toyuqlu pomidor dolması (foto-resept)
Bakıya duman gəlir
Burak Özçivitin saçlarını ələ saldılar-FOTO
Uşaqlarda "burunda artıq ət" problemi
"M" və "N" hərfləri ilə başlayan adların mənası
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İstilərdən qorunmaq üçün necə geyinməli?
Finlandiyanın baş naziri Sanna Marin keçmiş futbolçuya ərə getdi
0-7 yaşına qədər körpənin inkişaf cədvəli
Nənələr üçün noutbuk satılacaq
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Salatların bəzədilməsi
Ebru Gündeş 25 milyonluq villasından köçür-SƏBƏB
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
HAVA necə olacaq? 21 İyun
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
- ŞƏRHLƏR