Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır.
İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.Rayonun ərazisi 2074 kv.km-dir.
Rayon ərazisinin zəngin tarixi keçmişi vardır. Burada olan tarixi abidələr və keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri İsmayıllının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Rayonun ərazisi qədim tarixi abidələrlə zəngindir və əksəriyyəti Albaniya tarixinə aid hesab olunur. VII əsrə aid olan Talıstan kəndinin yaxınlığında yerləşən Cavanşir qalası məşhur alban sərkərdəsi və görkəmli hökmdarı olan Cavanşirin (642-681) adı ilə bağlıdır. Xanagah kəndi yaxınlığında yerləşən Qız qalası VII əsr abidələrindəndir. Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır. Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsl muzeydir.
Lahıc 1980-cı ildə muzey qoruğa çevrilmişdir. İsmayıllıda istirahətə üstünlük verən yerli və xarici turistlər Lahıcı görməyə can atır. Burada qədim sənətkarlıq nümunələri öz əhəmiyyətini qoruyub saxlayır.
Basqal dörd bir tərəfdən dağlarla əhatə olunmuş,gözəl təbiəti,təmiz havası,dumduru bulaqları olan bir məkandır. Bir növ Bakının İçərişəhərini xatırladan Basqalın səliqəli, təmiz küçələrinə heyranlıqla tamaşa etməmək mümkün deyildir.Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
XƏBƏR LENTİ
Gəlinlik gül dəstələri
Ömür yolu
Azərbaycana pul axacaq
Böyük sülhə 2 gün qaldı, amma ...
Serdar Ortaç kitab yazır!
Manikürdə yarım ay trendi
2017-ci ilin ən çox istifadə edilən sırğaları
"Miss Universe" iştirakçılarının milli kostyumları
Beyonsu lağa qoydular - SƏBƏB
Bu illər hara getdi?
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İrin yuvası
“Bütün günahlar Rusiyadadır”
SSRİ-nin 10 dəhşətli sirri
Kağızdan hazırlanmış donlar
İrəvandan geriyə addım
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib - İnfarkt keçirdi
Britni Spirs izləyicilərinə etiraf etdi
Qardaş qısqanclığı
12 noyabr-Konstitusiya günüdür!
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Əgər əlillər işləmək istəsələr...
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Xanımlar üçün müxtəlif geyimlər
Ağ pendirli pomidor (foto resept)
Gorusdan Azərbaycan əraziləri yenidən raket atəşinə tutuldu - RƏSMİ
Samsung ucuz Galaxy J1 göstərdi
Can Yaman Etiraf Etdi
"Kokostar" keksləri (şəkər xəstələri üçün)
Hormonlu qidalara diqqət
Kremlə iyunadək vaxt verildi
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Kaktus bizi radiasiyadan qorumur
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərimin arvadları…
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
HAVA necə olacaq?
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Kseniya Sobçak boşandı-SƏBƏB
Vəzəri və keşniş haqqında bilmədiklərimiz
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
200 kaloridən az olan 2 sağlam smoothie
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
- ŞƏRHLƏR