Məşhurlar və arıq görünüşləri
Dünyadakı ən məşhur və eyni zamanda arıq qadınları tanımaq istəyirsiniz? Bu xəbərimdə sizlərə bu gözəl qadınları göstərəcəyəm. Həqiqətən, bu məşhurlar çox gözəldirlər, ancaq gözəl olduqları qədər də çox arıqdırlar. Amma insan yenə də düşünür, bu qədər arıq olmağa gərək varmı? Onlar çox arıq olmaq dəbinə hələ də aludədirlər. Məncə, bu dəbə artıq bir son verilməlidir. Razıyam, arıq olmaq gözəldir, amma “bir dəri, bir sümük” olmağa da ehtiyac yoxdur! İşi həddindən artıq böyütməmək lazımdır! Sizcə də elə deyilmi?
Sarah Jessica Parker
Sarah Jessica Parkerin hər zaman çox bəyənirəm və hələ də çox gözəl olduğunu düşünürəm. Lakin son gördüyüm fotoşəkli məni çox çaşdırdı. Sanki on beş kq arıqlayıb. Aydındır ki, çox güclü bir pəhriz tətbiq edir və vaxtının böyük bir hissəsini idman edərək keçirir. Qolları və sifəti həddindən artıq arıq görünür. Məncə, pəhrizini artıq dayandırmalıdır!
Heidi Klum
Heidi Klum çox gözəl bir dəriyə sahibdir və o, bunun dəyərini bilir. Lakin çox sıx iş tempində olduğuna görə çox arıqlayıb. Həkimlərin dediyinə görə bu normal bir vəziyyətdir. Analar, top modellər və çox işləyən insanlar yemək yeməyi unudur və sürətli bir şəkildə arıqlayırlar. Ümid edirəm ki, Heidi Klum qısa müddət ərzində vəziyyətinin fərqinə varar və köhnə, sağlam həyatına qovuşar.
Selma Blair
Nəyə görə bu qədər arıqlayıb anlamıram. Bəli, qəbul edirəm, insan uşaqlarıyla vaxt keçirməli, onların ehtiyaclarını qarşılamalıdır. Lakin bir o qədər də öz sağlamlığına diqqət etməlidir və üstəlik hər kəsin gözü qarşısında yaşayan bir məşhurdursa, vəziyyət daha da ciddidir. Selma Blair də sürətlə arıqlayan və köhnə gözəlliyini arıqlığına görə itirmiş məşhurlardandır.
Rachel Zoe
Rachel Zoe illərdir çox arıqdır və az qala deyərdim ki, heç kökəlməyib. Amma bu vəziyyətə bir son verməli və artıq kökəlib daha sağlam bir görünüşə sahib olmalıdır.
Denise Richards
Həqiqətən, çox maraq etdiyim bir şeydir ki, Denise Richards necə qidalanır. Sanki heç yemək yemir. Sağlamlığına heç diqqət etmir. Bəzən mənə elə gəlir ki, o yalnız kimyəvi həblərlə bəslənir. Anasının bir müsahibəsinə görə Denise Richardsın bu halı əslində çox normaldır, çünki atası da bu qədər arıq oldub. Qolları və üzü, həqiqətən, çox arıqdır və skelet kimi görünür! Bəlkə də bir az idmandan zaman ayırıb istirahət etməli və yemək yeməlidir.
Kate Hudson
Kate Hudson da çox arıq məşhurlardan biridir, amma onun bu halı ona təbii bir gözəllik qatır. Onun arıq görünüşü doğuşdan gəlmə bir haldır. Kökələ bilməməsi bir sağlamlıq probleminə çevrilmirsə, arıq qalmağı məsləhətlidir. Çünki arıqlıq ona çoxyaraşır. Kate Hudson keçən illərdə arıqlığı ilə əlaqədar danışan birini şikayət etmiş və sonunda məhkəməni qazanmışdı. Ona görə də başqaları haqqında danışarkən olduqca diqqət etməli və təhqirdən uzaq olmalıyıq.
Sienna Miller
Məncə, bədəninin üst hissəsi olduqca normal bir formadadır, amma ayaqları haqqında bunu deyə bilməyəcəyəm. Çox arıq görünür və bu vəziyyətinə bir həll tapmalıdır, yoxsa gözəlliyini itirə bilər. Çünki irəliləyən yaşlarda ayaqları bütün bədənini daşıya bilməyəcək.
Lindsay Lohan
Lindsay Lohan çox arıq, çox gözəl bir xanımdır. Mən Lindsayin bir az daha kökəlsə, daha gözəl görünəcəyini düşünürəm. Siz nə düşünürsünüz, sizcə də, daha gözəl bir görünüşə sahib olmazmı? Əvvəlki aylarda etiraf etdi ki, ciddi bəslənmə problemləri yaşayır və çox spirt qəbul edir. Bu da təbiidir ki, sağlamlıq problemlərinə səbəb olur! İndi bilirik ki, Lindsay Lohan da vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərə əl atır və özünü müalicə etdirir. Ümid edək ki, qısa zamanda yaxşılaşar və gözəlliyinə qovuşar!
Kate Bosworth
Çox çaşdırıcı biri olan Kate Bosworth həddindən artıq arıq bir görünüşə sahibdir. Bəli, ona ikinci bir baxış yetirsək onun ideal çəkidə və görünüşdə olduğunu söyləyə bilərik! Bunu necə bacarır, hələ anlamıram!
Mischa Barton
Bilirik ki, Mischa Bartonun arıqlığı nəzarət altındadır, çünki o qədər arıqdır ki, gündəlik işlərini belə dəstək alaraq həll edir və bu uzun bir müddətdir ki, belədir. Son aylarda çox sürətli bir şəkildə arıqlayan Mischa Bartob belə deyir: "Elə sağlam olmayan şeylər yoxladım ki, kökəlmək üçün, amma heç biri kömək olmadı və qəti şəkildə bu şeyləri özümə qadağan etmişəm. İnsana çox böyük zərər verir."
Paris Hilton
Paris Hilton da çox arıq məşhurlardan biridir və bu vəziyyətinin fərqində belə deyil. Arıq məşhurlar haqqında belə deyir: “Niyə bu qədər arıqlayırlar, heç anlamıram”, amma öz vəziyyətindən xəbəri yoxmuş kimi davranır! Sanki iki fərqli Paris Hilton varmış kimi.
Nicole Richie
İllərdir Nicole Richienin qorxulacaq dərəcədə fotoşəkillərinə rast gəldik və hələ də də kökəlmək üçün hər hansı bir şey etmir. Hərçənd ana olduqdan sonra bir az kökəlib və sağlamlığına qovuşub, lakin əsl sağlam bir görünüşə qovuşması üçün bir az daha çalışmalı və kökəlməlidir.
Mary Kate Olsen
Sağlam bəslənməmə və bəslənmə pozuqluqları ilə əlaqədar axtarılan hər şeyi Mary Kate bilər və bunu illərdir ki, bilirik. Lakin son zamanlarda qidalanmasıyla və sağlamlığıyla əlaqədar müsbət həmlələr etdiyini eşitdik və bu görə bir alqışa layiqdir! Ümid edirik ki, arıqlığına, həqiqətən, bir son verər və artıq sağlamlığına qovuşar!
Teri Hatcher
Teri Hatcher da olduqca arıq və gözəl qadınlardan biridir. Niyə insanlar bu qədər arıq olduqları zaman hər kəs elə düşünür ki, bu insanlar yaxşı bəslənmirlər. Bu fikirləri heç anlamıram. Teri Hatcher olduqca təbii və sağlam görünür və hər hansı bir problemi olduğunu da düşünmürəm. Bəs siz Teri haqqında nə düşünürsüz?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur cütlük boşanıb? - FOTO
Bakı metrosunun açılacağı tarix məlum oldu
Vanqanın 2018-ci il ilə bağlı proqnozları
35 yaşlı qadın "Almaniya Gözəli" seçildi-FOTO
Uşağı "pis yetişdirməyin" yolları (Son)
İki dil bilən uşaqlar dünyanı fərqli qavrayırlar
Hamiləlikdə özünə qulluq
Ermənidən ŞOK AÇIQLAMA: Azərbaycan 8 milyon kvadratmetr ərazini və 18 döyüş mövqeyini AZAD EDİB
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Cütlüyün fantastik toyundan kadrlar
Bakıda taksi dayanacaqları yaradılır
Obamanın ayrı qala bilmədiyi stəkanı
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
Azərbaycanda 4 gün iş olmayacaq
Evini boyamaq istəyənlər üçün
İlk iş gününün hava proqnozu
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Kişilərin cəlbedici hesab etdiyi qəribə davranışlar
Bakının bir məktəbində dərslər ləğv edildi
Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
Parollar az sonra olmayacaq
Rusiyada yaşamaq istəyən xarici vətəndaşlar üçün yeni qayda
Sabah şaxta olacaq
Gümüş dəstləri
Həm maus, həm kompüter
Bir sıra problemlər var
Yoldaşının telefonuna baxan qadına CƏZA
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Şokoladlı qara gavalı (foto-resept)
Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
Avropanın ən yaşlı qadını öldü
Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər
Xoşbəxtəm çünki...(5)
Natalie Suarez
Hər kəs sevdiyinə qovuşacaq
Qısa zaman ərzində yatmaq mümkündürmü?
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Diqqətli olun: mobil telefon sizi kor edə bilər
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
Boksçu Məhəmməd Əli üsyan etdi
Vetçinalı maffin (foto resept)
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
İbrahim peyğəmbərin şəhəri, Böyük İsgəndərin xəzinəsi tapıldı
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Bakı metrosunda sərnişinlər təxliyyə edildi
Manatın aqibəti necə olacaq?
İlk dərs günü hava belə olacaq
Abituriyentlər üçün vacib xəbər
- ŞƏRHLƏR