Dindarlar səmimi gəlmirlər mənə
İnsanların bir qisminin dini lazım olduğu kimi yaşamamasına səbəb olaraq irəli sürdüyü bəhanələrdən ən səmimiyyətsiz olanı dindar insanları səmimi görmədikləri istiqamətindəki önmühakimələridir. Bəzi insanlarn dindar kimi görünərək başqalarını aldatmağa çalışmaları doğru ola bilər. Ancaq bu tək başına bütün dindarlara qarşı önmühakiməli olmaq üçün keçərli bir səbəb ola bilməz. İnsanların bir qismi öz mənfəətləri üçün istifadə edə biləcəkləri hər şeyi istifadə edirlər. Buna din də daxildir. Dolayısı ilə səmimiyyətsizliyin səbəbi dindarlıq, ya da dindarlar deyil, səmimimiyyətsiz və öz mənfəətləri üçün iş görməyə çalışan insanlardır.
Xeyirli işlərin bir hissəsi olmağa səy göstərən inanclı insanların ancaq bir mənfəət izində olduqlarını düşünmək əslində çox zaman bu düşüncədəki insanların öz daxili dünyalarını əks etdirən bir etiraf olur. Bəzi fərdlər qarşısındakını özü kimi hesab edərək, inanclılara qarşı bir önmükahimə, bir qulp qoyma kimi xüsusiyyəti sərgiləyirlər. Bəzi insanlar "Mən dindar deyiləm, amma ən azından dindarlar kimi səmimiyyətsiz də deyiləm", şəklində ifadələr istifadə etməklə özlərini təmizə çəxarmağa çalışırlar. Halbuki belələri fərqində olmadan önmühakimə edərək şeytanın tələsinə düşərlər. Bir fərd "dindar" olmaqla yanaşı eyni zamanda həm də səmimiyyətsiz biridirsə, bu səmimiyyətsizliyin səbəbi heç cürə din deyildir. Fərdin şəxsi vəziyyəti ilə əlaqəli heç bir mövzu inandığını ifadə etdiyi dinə bağlanmaz. Məsələn, riyaziyyat qanunlarını yanlış tətbiq edərək hər dəfəsində xətalı nəticələr əldə edən biri üzündən kimsə riyaziyyatı günahlandırmaz. Çünki xəta qaydalarda deyil, o qaydaları tətbiq edəndədir. Amma iş "dindar" olan, ya da o şəkildə qəbul edilən birisinin xətalı işinə gəlincə nə hikmətdirsə, bundan din günahlandırılır və hesab nəticə dinə çıxarılaraq fərqində olmadan özlərini aldadırlar hər səfərində.
Əvvəlcədən dininin vaciblərini yerinə yetirməyən, amma artıq keçmiş həyatından peşmanlıq duyaraq həyatını dini buyruqlara görə şəkilləndirməyə çalışan insanlara "Sən də belə oldun?" kimi reaksiyalar verilməsi görülür. Fərd özünü səmimi, özü xaricində isə hər kəsi səmimiyyətsiz görür. Hətta çox zaman başqalarını müzakirə vəziyyətinə girməmək üçün dindən olduqca uzaq görünməyə çalışır. İnadı və kompleksləri səbəbi ilə başqaları ilə əlaqədar pis zənnə düşməsi azmış kimi öz həyatını da məhv edər.
Bununla birlikdə əgər həqiqətən də bir adam səmiyyətsiz bir şəkildə dindar görünmək istəyirsə, bu çox acınacaqlı vəziyyətdir. Yəni birilərinə yaramaq üçün dindar görünmək açıq bir riyakarlıqdır. İnsanın özünü aldatmasının bir başqa yoludur. Çox maraqlıdır, bu kimi insanlar Hesab günü Allahın hüzurunda nə söyləyəcəklər? Ancaq bu kimi nümunələrin olması dindarların səmimiyyətsizliyini göstərməyəcəyi kimi insanın dindar olmasına da əngəl təşkil etməz.
Quranda saxtakar ikiüzlülərə diqqət çəkilir və qınanılır:
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142-ci ayə)
Əslində fərd həyatı daxilində dinə yer vermək istəmədiyi üçün özünə bu kimi qılıflar tapır, amma "səmimi və daxildən gəldiyi kimi dinimi yaşayaraq gözəl bir nümunə olmalıyam" deməz özünə. Bu da şeytanı sevindirən davranışlardan biridir. Siz səmiyyətsiz gördüyünüz dindarlara hirslənərkən, bir də görərsiniz ki, şeytan həyatınızda din adına bir şey buraxmayıb. Səmimiyyətsiz insanları bəhanə edərək dindən uzaqlaşmaq böyük bir qəflətdir. İnsanların bu məsələdə özlərini aldatmaqdan imtina etmələri lazımdır. Şübhəsiz ki, Allah kimin göstəriş içində ikiüzlülük etdiyini ən yaxşı şəkildə bilməkdədir:
Dini yalan sayan o kimsəni gördünmü? O elə adamdır ki, yetimi qovar və (heç kəsi) kasıba əl tutmağa sövq etməz. Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar və az bir şey verməkdən belə imtina edirlər. (Maun surəsi)
Dini ibadətlərini yerinə yetirməmək üçün özünə mütəlif bəhanələr uyduranların yanında bəzi dindar fərdlərə əsəbləşərək davranan insanları da görmək mümkündür. Halbuki din tək bir insana aid deyildir, yaxud ailəsindən qalan miras deyildir. Məhz bəyənmədiyi bəzi dindarların davranışlarından xoşlanmayan kimsələrin həyatlarında dinə yer ayırmamaları son dərəcə mənasız bir davranışdır. Din Allahın dinidir. Dinə doğru yol almaq və onu yaşamaq üçün fərdləri deyil, məhz Allahın dinini əsas almaq lazımdır.
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Vətəndaşlar pulla odun ala bilərlər - RƏSMİ
Başak Sayan Aktrisalığa son qoydu-FOTO
Divarlarımıza yapışan xəstəliklər: kif göbələyindən necə qurtulmalı?
Dünya Kubokunun simvolik yığması
Kostyumları ilə hamını heyran edən təsirli filmlər
Qışda dərinin qurumasının qarşını alan ərzaqlar
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi
Bakıda karantinə nəzarət gücləndirildi
Türkiyədə koronavirusa rekord yoluxma
Qoşulmama Hərəkatının 120 ölkəsi erməni təxribatını pislədi
Tanınmış azərbaycanlı aparıcı "Bakı-2015" ilk Avropa Oyunlarının ulduz elçisi seçilib
İşinizdən razısınızmı?
Koronavirusla əlaqədar bir sıra yaşayış məntəqələrinə giriş-çıxış bağlandı - RƏSMİ
Mətbəx dizaynları
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?
BÜRCLƏR bizə nə vəd edir?-5 Noyabr
Ana müqəddəs varlıqdır
Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Rəsm çəkməyi öyrənək-4
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bağlayıcı
Keşnişin faydaları
Qurban bayramı 3 fərqli vaxtda keçiriləcək
Roma salatı
Saç üçün limon maskası
Günün Ramazan təqvimi (4 iyul)
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
HAVA necə olacaq?-12 İyul
TQDK-dan xoş xəbər
Bakıya gətirilən yeni avtobuslar sabahdan istismara buraxılacaq
Günün ulduz falı
İş stressini azaldan qidalar
Ölməyən eşq hekayəsi
Qarpız şərbəti (foto resept)
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
Hərbi təlimlərə başladıq
Sabahın HAVASI
Papaq ataq, yoxsa qurşaq sallayaq?
Yağış yağacaq, temperatur yüksələcək
Hansı hallarda qeybətə icazə verilir?
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Ögey ana
Arnold Şvartsneqqer xəstəxanadan evə buraxıldı
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
Sabahın HAVAsı
Bütün zamanların ən gözəl qadınları
- ŞƏRHLƏR