əl-İnsan və ya əd-Dəhr surəsi
(Məkkədə nazil olmuşdur, 31 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
- Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
- Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
- Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
- Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
- O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
- Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar.
- Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
- (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
- Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!
- Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
- Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
- Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
- (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
- (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
- Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
- Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
- (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
- Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
- (Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.
- (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
- (Onlara belə deyiləcəkdir: ) Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!
- (Ya Peyğəmbər!) Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
- Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!
- Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
- Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
- Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
- Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
- Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
- (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
- (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şəhid anaları ilə görüş
Demet Özdemir AÇIQLAMA verdi-FOTO
2017-ci ilin ən çox satılan kitabları
Küftə (foto resept)
Əcdadlarımızın alkoqoldan istifadə etməsinin ilkin səbəbləri
Günün qoroskopu: Əhvalınızı pozmayın!
İki həftədən bir dərisi dəyişən model - FOTO
Bizim fəlsəfə dünyamız (1)
Apple təbiət meneceri axtarır
Sabah duman olacaq
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik
Azərbaycanda bu banklar da bağlandı
Müəllimlər haqqında 7 film
Bu ölkədə oruca qadağa qoyuldu
Daha çox su içməyin 5 asan yolu
Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
"Kaş ki..." deyən Qadın.Netlilər
36 uşaqlı ailə
Saç necə yuyulmalıdır?
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
"Çarıq" badımcan yeməyi (foto resept)
Geyimdə nanəcövhər fərahlığı
Həkimlər şokdadırlar: nəhəng uşaq doğuldu
Sabah Bakıda hava yağmursuz olacaq
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Alternativ dünyaya keçid olduğu deyilən SİRLİ ÇUXUR - Əslində... - FOTOLAR
Tərəvəzli yaşıl şorba (foto resept)
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb
Meydana atılan modelin əsil məqsədi məlum oldu-FOTO
Souslu kotlet (foto resept)
Aİ Azərbaycanla müştərək hava məkanı barədə danışıqlara hazırdır
Sızanaqlara qarşı nələri etməliyik?
Yaşlanmağın qarşısını alan maska
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Sabiq Roma Papası xəstələnib
Pəhriz başına oyun açdı
Koronavirusdan müstəqil şəkildə müalicə üçün inhalyator hazırlanıb - FOTO
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"
Uşaqlara verilən gül adları - SİYAHI
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
Boyun ağrısı üçün idman
Tarkan atalığa indidən hazırlaşır
Qara pişik uğursuzdurmu?
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
Alim: 1000 il sonra...
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Siena beynəlxalq şəkil mükafatları
- ŞƏRHLƏR