Hər insan romantizmi axtarar və fərqli yollarla bunu yaşayıb yaşatmaq istəyər. Duyğuları ortaya çıxaran ən əsas əlamət, olduğunuz məkanın bu duyğulara xitab etməsidir. Qəşəng bir kafe, lüks bir restoran, ya da eşq şəhərlərindən biri. Biz kafe və restoranlara adət etmişik, ya şəhərlərə?
Romantizm deyilincə ilk ağla gələn dünyanın müxtəlif ölkələrindəki romantik şəhərlərdir. Gəlin dünyadakı romantik şəhərləri nəzərdən keçirək və romantik bir tətil fürsətini qaçırmayın sonra.
Venesiya
Romantizm deyildiyində şübhəsiz ki, ilk ağla gələn yer artıq bir klassik olan Venesiyadır. Şəhərə ilk addımınızı atar- atmaz cütlərin bu şəhəri niyə bu qədər çox sevdiyini anlayacaqsınız. Şəhərin küçələrində gəzmək, motorlu qayıqla kanal gəzintisinə çıxmaq, kiçik ailə restoranlarında yemək yemək, şəhərin romantik atmosferini doyunca yaşamaq üçün edə biləcəyiniz işlərdən bir neçəsidir.
Paris
Moda, alver, Eyfel Qülləsi, Notr Dam… Paris deyilincə ilk ağla gələnlər bunlardır. Lakin romantizm söz mövzusu olduğunda, Paris digər şəhərlərdən çox fərqlidir. Bu şəhərdə sizə təsir edən cəhətlər Parisin küçələri, kafeleri, evləri bürüyən o bənzərsiz havasıdır.
Budapeşt
Digər bir romantik şəhər olan Budapeştin tarixi küçələri arasında gizlənmiş saysız-hesabsız restoran və barlar, hər zövqdən olan adama xidmət edirlər. Şəhərdəki SPA mərkəzləri də rahatlamaq və özünü bir az olsun əzizlətmək istəyən aşiqlərə görədir.
Praqa
Aşiqlərin seçdiyi heyranedici şəhərlərdən biri də Praqadır. Gedərək rahatlıqla gəzə biləcəyiniz bu romantik şəhərdə yol kənarlarına sıralanmış kafeler qəhvə fasiləsi vermək üçün möhtəşəm yerdir. Siz qəhvənizi içərkən buraxın həyatın qarışıqlığı keçib getsin.
Barselona
Məşhur İspan memar Antonio Gaudi tərəfindən hazırlanan inanılmaz binaları və parklarıyla Barselona, ovsunlayıcı bir şəhərdir. Lakin Barselonanı əsl romantik edən şey şəhərdəki gecə həyatıdır.
New York
Böyük, məşğul, canlı… Budur New Yorku təyin edən sözlər. Gündüz alverin kefini çıxardıqdan sonra axşam da romantik bir axşam yeməyi üçün kiçik ailə kafelərindən lüks restoranlara qədər bir çox variantı sizlərə təqdim edən bu dəli şəhərdə ediləcək o qədər çox şey var ki…
Florensiya
Mədəniyyət və romantizmin ünvanı Florensiyada, İtalyan sənətinin ən gözəl nümunələri, gördüyünüz ilk andan etibarən sizləri təsiri altına alacaq. Mikelancelo kimi məşhur adların əsərləriylə bəzənmiş bəzəkli şəhər, sevdiyinizlə gözəl vaxt keçirə biləcəyiniz bir yerdir.
Roma
Romanın ən gözəl tərəfi - gəzib görmək istəyə biləcəyiniz hər yerin ayaqla getmə məsafəsində,ya da bir avtobusla asanlıqla çata biləcəyiniz uzaqlıqda olmasıdır. Roma İmperatorluğundan günümüzə qalan əsərlər sizi tarixdə qalan bir səfərə çıxararkən, Sistine Şapeli və Müqəddəs Piter Kilsəsi kimi ovsunlayıcı strukturlar qarşısında diliniz tutulacaq. Təbii ki, Aşiqlər Bulağını da unutmamaq lazımdır.
London
Qəşəng restoranları, barları və ləziz mənzərələriylə London, romantizm yaşamaq istəyənlər üçün olduqca uyğun bir şəhərdir. Gün batarkən çay sahilində oturmanız, ya da gecə ulduzların altında bir tərəfdən şampanınızı qurtumlayarkən, bir tərəfdən də şəhərin işıqlarını izləmə fürsəti tapacağınız bir gəmi ilə gəzintidə yuxu kimi bir gecə keçirə bilərsiniz.
XƏBƏR LENTİ
Bakıya QAR yağacaq?
Oruc tutarkən enerjili olmaq üçün nə etməli?
Hava haqqında - 17.02.2014
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Eynşteyn və sürücüsü
Qızmar havadan necə qorunmalı?..
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Sergey Lazarev 12 kq arıqladı
6 addımda doğru bikini seçmə yolları
Yüksək təzyiqin DƏRMANSIZ mÜALİCƏSİ
Nağıllar ölkəsi: Hindistan
Əl işim olan xonçalar
Ermənistanın sonu yaxınlaşır
Murat Boz seçəcəyi 20 nəfərlə Bakıda görüşəcək-FOTO
Kartofun içində bişmiş yumurta (foto-resept)
Toyuq ilə yay ləvəngisi
Nümunəvi olaq!
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
Cəbhədə qızğın atışma
Bu qız dünya gözəli seçildi - FOTO
Qarabağa buz yağdı
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Sevdim səni...
"Bataqlıq"
Saqqal və bığ çempionatı
Özcan Deniz BOŞANDI
Pendirdən qorxub ağlayan da var
Bakının "Formula-1" yolu
Gəlin-qaynana qarşıdurması
"Azərbaycanda sosial məsələlər uğurla həll olunur"
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”
Maydanda üçüncü qüvvələr işləyir
İti öpmək faydalıdır?
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Bakıda ərəb mətbəxi təklif edən restoranların sayı artır
Eşqinizi alovlandırın
Şirin rolla (foto resept)
Check-up müayinə nəyə görə lazımdır?
MRT haqqında bilmədiklərimiz
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
İnsult və infarktın yeni müalicə üsulu
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Utanmağın səbəbləri
Kraliça gəlinlər arasında ayrıseçkilik etdi-FOTO
Kədəri aradan qaldıran qidalar
Bu avtobuslarda nağd pul işləməyəcək
Üzüm budağının suyu - TƏBİİ DƏRMAN
Hava haqqında - 17.12.2013
Kəskin istilərlə bağlı xəbərdarlıq edildi
Brent markalı neft 44 dollara satılır
- ŞƏRHLƏR