Qadin.NET / Dünyadakı romantik şəhərlər

Dünyadakı romantik şəhərlər

Hər insan romantizmi axtarar və fərqli yollarla bunu yaşayıb yaşatmaq istəyər. Duyğuları ortaya çıxaran ən əsas əlamət, olduğunuz məkanın bu duyğulara xitab etməsidir. Qəşəng bir kafe, lüks bir restoran, ya da eşq şəhərlərindən biri. Biz kafe və restoranlara adət etmişik, ya şəhərlərə?

Romantizm deyilincə ilk ağla gələn dünyanın müxtəlif ölkələrindəki romantik şəhərlərdir.  Gəlin dünyadakı romantik şəhərləri nəzərdən keçirək və romantik bir tətil fürsətini qaçırmayın sonra.

 Venesiya  

Dünyadakı romantik şəhərlər

Romantizm deyildiyində şübhəsiz ki, ilk ağla gələn yer artıq bir klassik olan Venesiyadır. Şəhərə ilk addımınızı atar- atmaz cütlərin bu şəhəri niyə bu qədər çox sevdiyini anlayacaqsınız. Şəhərin küçələrində gəzmək, motorlu qayıqla kanal gəzintisinə çıxmaq, kiçik ailə restoranlarında yemək yemək, şəhərin romantik atmosferini doyunca yaşamaq üçün edə biləcəyiniz işlərdən bir neçəsidir.

 Paris 

Dünyadakı romantik şəhərlər

Moda, alver, Eyfel Qülləsi, Notr Dam… Paris deyilincə ilk ağla gələnlər bunlardır. Lakin romantizm söz mövzusu olduğunda, Paris digər şəhərlərdən çox fərqlidir. Bu şəhərdə sizə təsir edən cəhətlər Parisin küçələri, kafeleri, evləri bürüyən o bənzərsiz havasıdır.

 Budapeşt

Dünyadakı romantik şəhərlər

Digər bir romantik şəhər olan Budapeştin tarixi küçələri arasında gizlənmiş saysız-hesabsız  restoran və barlar, hər zövqdən olan adama xidmət edirlər. Şəhərdəki SPA mərkəzləri də rahatlamaq və özünü bir az olsun əzizlətmək istəyən aşiqlərə görədir.

 Praqa 

 Dünyadakı romantik şəhərlər

Aşiqlərin seçdiyi heyranedici şəhərlərdən biri də Praqadır. Gedərək rahatlıqla gəzə biləcəyiniz bu romantik şəhərdə yol kənarlarına sıralanmış kafeler qəhvə fasiləsi vermək üçün möhtəşəm yerdir. Siz qəhvənizi içərkən buraxın həyatın qarışıqlığı keçib getsin.

  Barselona 

Dünyadakı romantik şəhərlər

Məşhur İspan memar Antonio Gaudi tərəfindən hazırlanan inanılmaz binaları və parklarıyla Barselona, ovsunlayıcı bir şəhərdir. Lakin Barselonanı əsl romantik edən şey şəhərdəki gecə həyatıdır.

 New York 

Dünyadakı romantik şəhərlər

Böyük, məşğul, canlıBudur New Yorku təyin edən sözlər. Gündüz alverin kefini çıxardıqdan sonra axşam da romantik bir axşam yeməyi üçün kiçik ailə kafelərindən  lüks restoranlara qədər bir çox variantı sizlərə təqdim edən bu dəli şəhərdə ediləcək o qədər çox şey var ki… 

 Florensiya 

Mədəniyyət və romantizmin ünvanı Florensiyada, İtalyan sənətinin ən gözəl nümunələri, gördüyünüz ilk andan etibarən sizləri təsiri altına alacaq. Mikelancelo kimi məşhur adların əsərləriylə bəzənmiş bəzəkli şəhər, sevdiyinizlə gözəl vaxt keçirə biləcəyiniz bir yerdir.

 Roma

Dünyadakı romantik şəhərlər

Romanın ən gözəl tərəfi - gəzib görmək istəyə biləcəyiniz hər yerin ayaqla getmə məsafəsində,ya da bir avtobusla asanlıqla çata biləcəyiniz uzaqlıqda olmasıdır. Roma İmperatorluğundan günümüzə qalan əsərlər sizi tarixdə qalan bir səfərə çıxararkən, Sistine Şapeli və Müqəddəs  Piter Kilsəsi kimi ovsunlayıcı strukturlar qarşısında diliniz tutulacaq. Təbii ki, Aşiqlər Bulağını da unutmamaq lazımdır. 

 London 

Dünyadakı romantik şəhərlər

Qəşəng restoranları, barları və ləziz mənzərələriylə London, romantizm yaşamaq istəyənlər üçün olduqca uyğun bir şəhərdir. Gün batarkən çay sahilində oturmanız, ya da gecə ulduzların altında bir tərəfdən şampanınızı qurtumlayarkən, bir tərəfdən də şəhərin işıqlarını izləmə fürsəti tapacağınız bir gəmi ilə gəzintidə yuxu kimi bir gecə keçirə bilərsiniz. 

 

23 may 2013
GO BACK