2700 illik tarixə malik olan İstanbul gözəlliyi, qeyi-adiliyi, dar, dolanbac yolları ilə insanı nağıllar aləminə aparır. İnsanı ovsunlayan, özünə aşiq edən İstanbul sanki açıq havada bir muzeydi. Bu dəfə İstanbulun qışını görmək nəsibim oldu. İstanbulun qışı bir o qədər də sərt keçmir. İstanbulda keçirtdiyimiz 2 həftə boyunca günəş bizi isti şəfəqləri ilə müşayət etdi :)
Səyahətimin xoş xatirələrini sizlərlə bölüşmək qərarına gəldim.
Atatürk Hava Limanına enər-enməz bizi qalacağımız otelin məsul şəxsi qarşıladı. Ottoman's Life Otel Istanbulun gözəl yerlərindən biri olan Fatihdə yerləşirdi. Oteldə hər şey Osmanlı üslubunda idi. Beləcə, ilk dəqiqələrdən İstanbul öz əsrarəngizliyi ilə bizi ağuşuna aldı.
İlk ziyarət etdiyimiz məkan təbii ki, Sultan Əhməd meydanı oldu.
Sultan Əhməd məscidi Mavi Məscid adı ilə tanınır, səbəbi isə məscidin inşasında mavi rəngdən daha çox istifadə edilməsi ilə bağlıdır. Məscid 17ci əsrin əvvəllərində inşa edilmişdir.
Sultan Əhmədin şəkillərini çəkməklə kifayətlənib möhtəşəm AyaSofya muzeyinə daxil olduq. Qeyd edim ki, muzeyə giriş pulludur.
Ayasofya muzeyi həm Xristian, həm İslam aləminin izlərini özündə daşıyır.
Ayasofyada diqqətimi çəkən divarlardan bəzilərini sizə təqdim edirəm. Burada İsa Məsih, Məryəm Ana və Yəhya görünməkdədir. Digər divarda isə İsa əleyhissalam Məryəm ananın qucağında təsvir edilib.
Növbəti ziyarət etdiyimiz məkan isə qeyri-adiliyi ilə seçilən Yerebatan Sarnıcı oldu. Yerin altında yerləşən bu qəsrə enərkən insanı qəribə hiss bürüyür, yarıqaranlıq, nəm bir ortam, hər tərəfdə saysız sütunlar, ayaq altında sular sızan döşəmə və nəhayət ən aşağıda içərisi balıqlarla dolu olan su...
Bütün bu vahiməli gözəlliyi seyr edərkən sizi gözəl musiqi sədaları müşahidə etmiş olacaq. Yerebatan Sarnıcı da pullu fəaliyyət göstərir. Eyni zamanda qəsrdə kiçik kafe yerləşir ki, burada siz təzə sıxılmış meyvə sularından nuş edə bilərsiniz. Qeyd etməliyəm ki, bu qəsrin tarixi VI əsrə gedib çıxır.
Bundan əlavə burada siz Sultan və ya Xatun geyimləri geyinərək şəkil çəkdirə bilərsiniz. Sonda sizə şəkillərinizdən ibarət disk təqdim ediləcək.
Yerebatan Sarnıcıdan çıxıb Topkapı sarayına doğru yol aldıq.
Topkapı 16-cı əsr abidəsidir. Möhtəşəmliyi, əzəməti ilə seçilirdi. Orda olarkən mənə bəlli oldu ki, 19cu əsrə qədər bütün Osmalı sultanları Topkapıda padşahlıq etmişlər. Bu baxımdan Topkapının İstanbul tarixində xüsusi yeri vardır. Saray dəyərli eksponatlar ilə zəngin idi, xüsusilə nəzərimi cəlb edən Kəbənin qıfılı, qapısı, sevimli Peyğəmbərimizin qılıncı, Şah Abbasın taxtı, Prusiya, Rusiya, Avstriya, İngiltərə krallarının Osmanlıya hədiyyə etdikləri nişanlar, üzəri qızılla bəzədilmiş su qabı, tanınmış sərkərdələrin qılıncları və s oldu. Əfsuslar olsun, Topkapı sarayında şəkil çəkməyə icazə verilmir və hər otaq nəzarətçilər tərəfindən qorunur. Amma yoldaşım bir neçə şəkil çəkə bilmişdi, içlərindən keyfiyyətli olanları sizə təqdim edirəm.
Bu gördüyünüz geyim isə Sultan 3-cü Muradın zəfər sonrası geyindiyi təmtəraqlı geyimdir.
Ardı var...
XƏBƏR LENTİ
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
Keçibuynuzu
Kağızdan hazırlanmış donlar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Teylor Sviftdən nümunəvi addım-FOTO
Manikurdə yaz trendi-FOTO
Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib
Ev şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
Güclü külək əsəcək, temperatur aşağı enəcək - XƏBƏRDARLIQ
"Qırmızı Şeytanlar"ın Çikaritosu "Liverpul"u məğlub etdi
Meyvə və tərəvəzlərin orqanizmə təsiri -1
Yay vaxtına keçid insanlara necə təsir edir?
Dövlət başçısı sərəncam verdi
Zəlimxan Yaqubun səhhəti pisləşdi
Pensiyaçılara şad xəbər
Klassik geyim nümünələri
Dünyanın ən bahalı və möhtəşəm oteli - Atlantis Palm Jumeriah
Həyat yoldaşım kompüter oynayır, nə edim? (2)
Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
Portağal görünüşlü peçenye (foto resept)
Uşaqlar üçün toxunma paltarlar
Çox çay içmək kişilərə zərərlidir
Yataq örtükləri
Böyük yalan üzə çıxdı
Meyvə qurusu daha faydalıdır
Cəbhədə növbəti təxribat
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
5 ölkənin gözəllik sirri
Smartfon satışı artıb
Dukan pəhrizi haqqında bilmədikləriniz
İki hissəli gəlinliklər
Məhərrəmlikdə toy etmək olmaz
Gündəlik yay geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-27 Oktyabr
Rəsm əsəri kimi tortlar
Beynəlxalq Festivalda Mehriban Əliyevanın təbrik məktubu oxunub
Yaz-yay üçün bu eynəklərdən alın
Ecazkar xanımlar üçün pencək modelləri
Əhalinin işini asanlaşdıracaq yenilik
İkili münasibətlərdə xoşbəxtliyin 9 qaydası
2020-ci ilin trend saç modelləri
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Putinin istirahət otağı ilk dəfə nümayiş olundu - VİDEO
Gənclərə iş məsləhəti
"Talut bulağı" ifadəsinin mənası nədir?
İnsanlar və əsərlər arasındakı uyğunluq
2011 Gəlinlikləri
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Seren Serengil bikinidə rəqs etdi - VİDEO
- ŞƏRHLƏR