İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı heykəltəraş Sənan Eynullayev İstanbulun Topkapı səmtindəki parkda 36 Osmanlı padşahının büstünü qoyacaq. Bu barədə APA-nın Türkiyə müxbirinə işin podratçısı, GMA şirkətinin sahibi Sərkan Öztürk məlumat verib.
S. Öztürk Topkapı bir neçə gün əvvəl keçirilmiş tenderdən rəssam-heykəltəraş Sənan Eynullayevin eskizlərinin qalib çıxdığını deyib. O, Topkapı parkında 500 metrlik məsafədə 36 Osmanlı padşahının büstlərindən əlavə, yaxınlıqdakı meydanda İstanbulu fəth edən Fateh Sultan Mehmetin at üstündə 25 metr hündürlükdə heykəlinin də qoyulacağını söyləyib. Eskizi Sənan Eynullayev tərəfindən hazırlanmış heykəlin müəllifi də azərbaycanlı plastik sənətlər ustası olacaq: “Biz azərbaycanlı sənətkar qardaşımız Sənan bəylə əməkdaşlığımızdan çox razıyıq. Onunla işlədiyimiz müddətdə çox böyük uğurlara imza atmışıq. Bizə görə, Sənan bəy müasir plastik sənətlərin dünya miqyasındakı önəmli ustalarından biridir. İstanbul bələdiyyəsi Nigeriyanın Laqos şəhərində milli azadlıq muzeyi inşa edəcək, muzeyin inşasını İstanbul bələdiyyəsinin mədəniyyət idarəsinə həvalə ediblər. Bu günlərdə bələdiyyənin mədəniyyət idarəsinin rəisi, Sənan bəy və mən Nigeriyadakı muzeyin eskizlərini hazırlamaq üçün Laqosa yola düşəcəyik. Azərbaycanlı plastik sənətlər ustası Sənan Eynullayevlə Türkiyədəki uğurlu əməkdaşlığımızı dünyanın müxtəlif guşələrinə daşımağı planlaşdırmışıq, çünki onun eskizləri ilə iştirak etdiyimiz tenderlərin, demək olar ki, hamısında qalib gəlirik”. 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və Ə. Hüseynzadə adına İncəsənət Universitetini bitirib. Mərhum xalq rəssamı Mikayıl Abdullayevin tələbəsi olan Sənan Eynullayev yaradıcılıq işlərini 1992-ci ildən bəri Türkiyədə davam etdirir. İndiyə qədər Türkiyənin və Avropanın müxtəlif qalereyalarında bir çox fərdi sərgi açıb. İstanbulun Cevizlibağ səmtində 2009-cu ilin iyununda açılan Polis Təhsil və Konqres Mərkəzindəki 12 ədəd bal mumu heykəlinin müəllifi də Sənan Eynullayevdir. Uzun müddət İstanbulun tədris mərkəzlərində dərs deyən Sənan Eynullayev, daha sonra şəxsi tədris emalatxanasını qurub və 20 müdavimə sənət dərsi verir.
Mənbə: Apa.az
XƏBƏR LENTİ
Bəs, Beren Saat hanı?
Yorğun dəriniz üçün nanə maskası
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Çöp şiş (foto-resept)
Ata-anamız məni çox istəyir, yoxsa səni?
Yuxusuzluq insanı kökəldirmi?
2017 gəlinlik modelləri
Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək
Süni bahalaşmaya qarşı reydlər başladı
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Çəhrayı rəngi beynimiz uydurur?
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
2020-ci ildə "Oskar"a namizədlər bəlli oldu - SİYAHI
Dima Bilan qəzaya düşdü-FOTO
Xocalı üçün ağlayanlar
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Sarkisyanın atəşkəs istəyinə Azərbaycandan CAVAB
Turistlər üçün "Taxi"lər vahid qiymətə işləyəcək
Hande Ataizi bu tarixdə ərə gedəcək
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
İmmuniteti gücləndirən 4 üsul
Ən gözəl qadın kimdir?
Bakıda zəhərli balıq satılır!
“Ağıllı” geyim ürəyimizdən xəbər verəcək
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
Süddən tikilən məscid
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Türkiyə ilk yerli smartfon istehsal etdi
Ev işləri kalori yandırmağa kömək edirmi?
"Apple" elastik noutbuklar istehsal edəcək
Yazın dəbdə olan makiyaj formaları
Gədəbəydə sirli su: içən ölür
Çingiz Abdullayev "Neftçi" üçün Olimpiya stadionunu istədi
Zərafətin "ə"-si, zarafatın "a"-sı
Hərbi xidmətdən qayıdanlar işinə bərpa olunmalıdırmı?
Fahriye Evcen hamilədir? - FOTO
Toyuq və kəvərli börek (foto resept)
Bu gün buraxılış imtahanıdır
"Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb"
Nurgül Yeşilçay RƏSSAMlığa başladı-FOTO
Duzlu manikür
Ancelina Coli yenə övladlığa uşaq götürür
Ərikli-kəsmikli rulet (foto resept)
“Taxt oyunları” həvəskarlarına BƏD XƏBƏR - Final gəlir - FOTOLAR
Dadlı və ətirli piroq (foto resept)
Şirələrin faydaları
Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)















- ŞƏRHLƏR