Qadin.NET / İstanbula qış səyahəti (I hissə)

İstanbula qış səyahəti (I hissə)

 

2700 illik tarixə malik olan İstanbul gözəlliyi, qeyi-adiliyi, dar, dolanbac yolları ilə insanı nağıllar aləminə aparır. İnsanı ovsunlayan, özünə aşiq edən İstanbul sanki açıq havada bir muzeydi. Bu dəfə İstanbulun qışını görmək nəsibim oldu. İstanbulun qışı bir o qədər də sərt keçmir. İstanbulda keçirtdiyimiz 2 həftə boyunca günəş bizi isti şəfəqləri ilə müşayət etdi :)

Səyahətimin xoş xatirələrini sizlərlə bölüşmək qərarına gəldim.  

Atatürk Hava Limanına enər-enməz bizi qalacağımız otelin məsul şəxsi qarşıladı. Ottoman's Life Otel Istanbulun gözəl yerlərindən biri olan Fatihdə yerləşirdi. Oteldə hər şey Osmanlı üslubunda idi. Beləcə, ilk dəqiqələrdən İstanbul öz əsrarəngizliyi ilə bizi ağuşuna aldı. 

İlk ziyarət etdiyimiz məkan təbii ki, Sultan Əhməd meydanı oldu.

 

İstanbula qış səyahəti (I hissə)

 

Sultan Əhməd məscidi Mavi Məscid adı ilə tanınır, səbəbi isə məscidin inşasında mavi rəngdən daha çox istifadə edilməsi ilə bağlıdır. Məscid 17ci əsrin əvvəllərində inşa edilmişdir.  

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)


Sultan Əhmədin şəkillərini çəkməklə kifayətlənib möhtəşəm AyaSofya muzeyinə daxil olduq. Qeyd edim ki, muzeyə giriş pulludur.

 

İstanbula qış səyahəti (I hissə)

 

Ayasofya muzeyi həm Xristian, həm İslam aləminin izlərini özündə daşıyır.

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə) 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)

 

Ayasofyada diqqətimi çəkən divarlardan bəzilərini sizə təqdim edirəm. Burada İsa Məsih, Məryəm Ana və Yəhya görünməkdədir. Digər divarda isə İsa əleyhissalam Məryəm ananın qucağında təsvir edilib. 

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)

 

Növbəti ziyarət etdiyimiz məkan isə qeyri-adiliyi ilə seçilən Yerebatan Sarnıcı oldu. Yerin altında yerləşən bu qəsrə enərkən insanı qəribə hiss bürüyür, yarıqaranlıq, nəm bir ortam, hər tərəfdə saysız sütunlar, ayaq altında sular sızan döşəmə və nəhayət ən aşağıda içərisi balıqlarla dolu olan su...   

 

İstanbula qış səyahəti (I hissə)

 

Bütün bu vahiməli gözəlliyi seyr edərkən sizi gözəl musiqi sədaları müşahidə etmiş olacaq. Yerebatan Sarnıcı da pullu fəaliyyət göstərir. Eyni zamanda qəsrdə kiçik kafe yerləşir ki, burada siz təzə sıxılmış meyvə sularından nuş edə bilərsiniz. Qeyd etməliyəm ki, bu qəsrin tarixi VI əsrə gedib çıxır.

 

İstanbula qış səyahəti (I hissə)

 

Bundan əlavə burada siz Sultan və ya Xatun geyimləri geyinərək şəkil çəkdirə bilərsiniz. Sonda sizə şəkillərinizdən ibarət disk təqdim ediləcək. 


Yerebatan Sarnıcıdan çıxıb Topkapı sarayına doğru yol aldıq.  

 

İstanbula qış səyahəti (I hissə) 

Topkapı 16-cı əsr abidəsidir. Möhtəşəmliyi, əzəməti ilə seçilirdi. Orda olarkən mənə bəlli oldu ki, 19cu əsrə qədər bütün Osmalı sultanları Topkapıda padşahlıq etmişlər. Bu baxımdan Topkapının İstanbul tarixində xüsusi yeri vardır. Saray dəyərli eksponatlar ilə zəngin idi, xüsusilə nəzərimi cəlb edən Kəbənin qıfılı, qapısı, sevimli Peyğəmbərimizin qılıncı, Şah Abbasın taxtı, Prusiya, Rusiya, Avstriya, İngiltərə krallarının Osmanlıya hədiyyə etdikləri nişanlar, üzəri qızılla bəzədilmiş su qabı, tanınmış sərkərdələrin qılıncları və s oldu. Əfsuslar olsun, Topkapı sarayında şəkil çəkməyə icazə verilmir və hər otaq nəzarətçilər tərəfindən qorunur. Amma yoldaşım bir neçə şəkil çəkə bilmişdi, içlərindən keyfiyyətli olanları sizə təqdim edirəm. 

 

İstanbula qış səyahəti (I hissə)

 

İstanbula qış səyahəti (I hissə)


Bu gördüyünüz geyim isə Sultan 3-cü Muradın zəfər sonrası geyindiyi təmtəraqlı geyimdir.

 

İstanbula qış səyahəti (I hissə)
 

Ardı var...

10 yanvar 2013
GO BACK