Tbilisi Gürcüstanın paytaxtı, mədəniyyət mərkəzi, həm yerli, həm də Qərb mətbəxinin ləziz təamları ilə dillərdə məşhurdur.
Gəzinti və səyahətlər zamanı istər yerli, istərsə də xarici turistlərin iştəha ilə yedikləri “haçapuri”, eləcə də “düşbərə” (xinqali) gürcü mətbəxinə böyük maraq yaradır, təbii şirələr və “Barjomi”, “Nabeqlavi” mineral suları onların ürəyincə olur. Dünyaca məşhur olan bu suları içib ürəyin, için rahat olunca bu qədim tarixi və mədəniyyət ocağı olan Tbilisini elə gəzdikcə gəzmək istəyirsən.
Bu hissədə sizə gürcü mətbəxindən yazmaq niyyətindəyəm. Hər bir xalqın özünə məxsus mədəniyyəti və süfrə təamları var. Gürcü mətbəxinin də ən məhşurları ilə sizi bu xəbərim vasitəsi ilə tanış edəcəyəm.
Gürcü mətbəxi iki hissəyə bölünür - Qərb və Şərq. Qərbi Gürcüstan şərqə nisbətən kiçik əraziyə malikdir, lakin olduqca zəngin təbiətə və tarixi abidələrə sahibdir. Şərq hissəsinə mərkəzi də daxil edilər. Şərqi Gürcüstan mətbəxi qərbi Gürcüstan mətbəxindən fərqlənir. Qərbi Gürcüstan mətbəxinin inkişafına Türk mətbəxi təsir göstərsə də, şərqi Gürcüstan mətbəxinə İran mətbəxi öz rolunu tutur.
Gürcü mətbəxi məhz bu fərqliliyini 21-ci əsrdə də qoruyub saxladı.
Bunu ət və çörəkdən müxtəlif cür istifadə etmələri ilə sübut etmək olar. Məsələn: Gürcüstanın şərq hissəsində çörək buğda unundan bişirilir. Qərb hissədə isə çörək qarğıdalı unundan bişirilir. Şərq hissədə ət olaraq mal əti və qoyun ətindən istifadə olunduğu halda, qərb hissəsində əsasən toyuq əti, hindi əti yeyilir. Qaz və ördək ətini isə Gürcüstanın heç bir regionunda istifadə etmirlər.
Gürcü mətbəxi acılı və istiotlu olması ilə də seçilir. İndi isə gürcü mətbəxinin bəzi nümunələri ilə tanış olun.
Tbilisiyə gələn istənilən turist bir ədəd olsun "Xaçapuri" yemədən getməz. Pendir çeşitləri ilə zəngin olan gürcü mətbəxi,
ən dadlı pendirli qida kimi xaçapurini göstərirlər.Onu müxtəlif formalarda bişirirlər.
Ən geniş yayılmış forması dörd künc, və dairəvidir.
Gürcü xəngəli (Xinqali):
İstənilən azərbaycanlı gürcü mətbəxi deyərkən ilk olaraq gürcü xəngəlini xatırlayır.
Onu həm suda qaynadaraq bişirirlər, həm də yağda qızardaraq.
Pxali.
Bu salatdır. Hansı ki, ispanaqdan (çuğundurla sevənlər ispanağı çuğundurla əvəz edilər) hazırlanır.
Tərkibinə daxildir:
Kələmin bütün növləri,qoz,ispanaq (ancaq yarpaq sahəsi), şüyüd, cəfəri,sarmısaq,üzüm sirkəsi,göy soğan,istiot,duz.
Mçadi:
Tarixən gürcü (qərb) xanımları qarğıdalı unu ilə suyu qarışdıraraq xəmir yoğuraraq bişirərdilər. Hansı ki, ikinci çörək adlanırdı.
İldən ilə mçadi də dəyişikliklərə uğrayaraq hazırkı formasını tapıb. Onu qeyd edim ki, mçadinin tərkibinə əlavə olaraq yağ, sud, və ya kəsmik qatırlar. Kim istəsə hətta xəmirin ortasına hər hansı bir pendir növündən əlavə edib yağda qızardır. Əlbəttə ki, xarici görünüşünü də hər kəs öz zövqünə görə hazırlayır.
Lobio (Lobya):
Bu hər kəsin bildiyi lobyadan hazırlanır. İki çür növü var.Biri qatı halda, digəri sulu xörək halında hazırlanır.
Qatı olan lobionun hazırlanmasına soğan, əvvəlcədən bişirilmiş, suyu süzülmüş lobya, pamidor, göyərti(çəfəri, şüyüt) daxildir. Hamısı bir qabda qovrulur üzərinə göyərti səpilərək süfrəyə verilir.
Duru halda olan lobio isə hər birimizin bildiyi lobya sousudur. Yağda soğan qovruraraq üzərinə lobya və bir qədər su əlavə edərək tam bişməsini gözləyirlər. Nəticədə lobio hazır olur.
Çürçxela:
Müharibə illərində əsgərlərin qidasını təşkil edən bu şirniyyat növü eyni zamanda enerji və immun mənbəyi hesab olunur.
Nazuki Kada:
Bu şirniyyat növüdür. Hansı ki, istənilən gürcü süfrəsində görmək mümkündür. Bizim hər birimizin tanıdığı kətə Nazuki kadadır.
Pelamuşi:
Bu daha çox pudinqi xatırladır. Lakin Gürcu toylarında daha çox rast gəlinir. Adətən qonaqlıq süfrəsi üçün hazırlananda qırmızı üzüm şirəsi əlavə edilir (qırmızı rəng üçün.) Ağ üzüm şirəsini isə yalnız və yalnız toy masası üçün hazırlayarkən əlavə edilir. Pelamuşinin bəyaz olması gəlinin məsumluğunun simvolu hesab edilir.
Bir çox yeməklər isə bizim mətbəxlə bənzərlik təşkil edir. Məsələn Şaşlık (Kabab), Dolma (kələm dolması), Xarço (Piti) və.s. Hər şeydən əlavə onu da qeyd edim ki, istənilən gürcünün bayram süfrəsini qızardılmış toyuqsuz təsəvvür etmək mümkün deyildir.
Gürcü mətbəxi o qədər zəngindir ki, bacardıqca seçərək sizə təqdim etdim.
Ardı var...
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları
- ŞƏRHLƏR