Səhərin açılmasını səbirsizliklə gözləyirdik.Əslində mən ikicə saat yatmışdım.Bir az yemək hazırlayıb soyuducuya qoymuşdum ki,biz gedəndən sonra bir neçə gün hazır yeməkləri olsun.
Getdiyimiz gün,çiskinli,buludlu bir hava idi.Yol boyu mənzərələr bir-birini əvəz edirdi.Gah kiçik qəsəbələr,gah da ağcaqayın meşələri görsənirdi. Hər yan sarı və qırmızı rəngə boyanmışdı.Sarı yarpaqlı agaclar göz önündən ötüb keçdikcə, sanki, burda yaşadığımız acılı şirinli günlərimiz də onlarla birgə arxada qalırdı. Həyatımızda yeni bir səhifə açılırdı. Ortancıl oglum özünə ömür-gün yoldaşı seçmişdi. Onu görməyə gedirdim.Və bir də qardaşımın uşaqlarının kiçik toyuna. Ürəyim,beynim o qədər qarışıq fikirlərlə dolu idi ki...Sevinc,kədər,həzinlik hamısı bir –birinə qarışmışdı.Bir an öncə təyyarədən enmək istəyirdim. Gəncə hava limanına enəndə kövrəlməyə bilmirəm. Sanki bir an nəfəsim kəsiləcək bir hal keçirirəm.Gələndə də,qayıdanda da. Havaya baxdım,günəşə baxdım,çox sevindim.Hər tərəfi acgözlüklə seyr etdim. Sanki yay idi.Canım vətənim,səni hansı ölkə əvəz edə bilər ki?!Ölməz şairimizin bu misraları kecdi qəlbimdən:
El bilir ki,sən mənimsən,
Yurdum,yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan,Azərbaycan.
Avtomobilimiz irəlilədikcə görünən evlər,həyətlər,bağ-bağçalar adamın könlünü oxşayırdı.Ağaclar hələ də yamyaşıl idi.Ətrafın gözəlliyinə o qədər dalmışdım ki,artıq nə üçün gəldiyimi sanki unutmuşdum.Bir an qaynana olacağım yadıma düşəndə gülmək məni tutdu.Qaynanaya bax ha....Hələ öz aləmindədir.
Nəhayət bu da doğulub boya-başa çatdıgım küçə.Bu da o möhtəşəm cinarlar.Bu yollarla doğma məktəbə gedib gəlmişəm. Bura mənim ən sevdiyim,ən bağlı olduğum yerdir.
Anamgilin həyətində üç ailə yaşayır.Sanki bir ailədirlər.Çox mehribandırlar.Hər bir məclisdə əl-ələ verər,beləcə bütün işlərin öhdəsindən gələrlər, sonuncu qabın yuyulmasına qədər.Onlar yenə də əl-ələ vermişdilər.
Bir az söhbətləşib əşyalarımı qoymaq üçün öz evimizə yollandıq,qaynanam və kiçik oğlum Nicatla. Bura yenidən qayıdacaqdım.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Fındığın qiyməti İKİ DƏFƏ UCUZLAŞDI
Pulsuz dərmanla təmin edilən xəstələrin sayı açıqlandı
HAVA necə olacaq?
Yoqurt yeyin, sağlam olun (I hissə)
Ayaqlarınız xasiyyətdən danışır
Opera müğənnisi həbs edildi - SƏBƏB
Mayamidə sehirli quş
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Ən çox siqaret çəkilən ölkələrin SİYAHISI
"Viber"də yeni funksiya
Alma yığan robotlar
Leysan 12 nəfərin ölümünə səbəb oldu
Qara "maska"nın ağ "maska"dan fərqi-FOTO
Ən varlı adamlardan birinin gözlənilməz addımı
Qış avatarları
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
5 günə 2 kq arıqla
Liquid Mind IX - Lullaby
Azərbaycan çempionatından fantastik sıçrayış
Kişilərin dəyişməyən vərdişləri
"Gələcəyə dönüş"-filmində 2015-ci il
Demet Akalın Serenay və Cem Yılmaz münasibətinə söz atdı
Prezident İlham Əliyev Azərbaycan-Almaniya biznes forumunda iştirak edir
Limonlu bisküvit (foto resept)
Zirəddin Rzayevdən tükürpədici proqnoz
Tramp ailəsinin növbəti sirri məlum oldu
NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?
10 uşaqlı ananın gözəllik sirləri
İtlərə hürmək qadağan ediləcək
Bu il Günəş üç dəfə tutulacaq
Müalicəvi vannalar
Sellülitə son
İrandan İŞİD-ə zərbə
Qaya boyda qızıl tapıldı-FOTO
Yataq paltarları
Ən populyar brend bilindi
İlker Kaleli və Biran Damlanın sevgisi
Uşaq pulu bərpa oluna bilər - AÇIQLAMA
Yaxşı əti necə seçmək lazımdır?
Ərdoğan: “İki dövlət, bir millət olaraq bu yolda bir addımlayacağıq” - VİDEO
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Mel Gibson koronavirusa yoluxduğunu niyə gizlədib
Ana bətni daha dəqiq görüləcək
Özbək plovu (video-resept)
Göyərtili börek (foto resept)
Rekord qiymətə maşın satıldı
Azərbaycanda yağış yağacaq
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
- ŞƏRHLƏR