Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin final şousu İsveçin qələbəsi ilə başa çatdı. Səsvermə başlayandan sonadək İsveç öz üstünlüyünü qoruyub saxladı.
Sonda İsveç 372 xalla 1-ci yeri qazanıb. 2-ci yerdə Rusiya, 3-cü yerdə isə Serbiya qərarlaşıb.
Qalib, 57-ci "Eurovision" mahnı müsabiqəsində İsveç təmsilçisi Lorinin ifa etdiyi "Euphoria" mahnısı müsabiqənin ən sevilən mahnısı olub.
Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.
Çıxışlar bitdikdən sonra müsabiqədə iştirak edən 42 ölkə ilə canlı bağlantı qurulub. Canlı bağlantılar zamanı ölkələrin təmsilçilərə verdikləri səslər elan edilib. Azərbaycandan səsləri "Eurovision 2010" təmsilçimiz Safura Əlizadə açıqlayıb. Belarusun səslərini 2007-ci ildə bu ölkəni təmsil edən Dmitriy Koldun, Fransadan nəticələri "Eurovision 2011" təmsilçisi Amauri Vassili, Rusiyanın səslərini isə məşhur aparıcı, model Oksana Fyodorova açıqlaylb.
Səsvermə zamanı Rumıniya, Avstriya, Belarus, Fransa , İsveçrə, Sloveniya, Xorvatiya, Niderland, Portuqaliya, İslandiya, İsveç, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, İtaliya, Almaniya, Macarıstan, Azərbaycana heç bir xal verməyib.
Səsvermədə həm tamaşaçılar, həm də münsiflər iştirak edib. Səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanıb. Beləliklə, ümumi xal əldə olunub və ölkələrə verilib. Qalib ölkəyə müsabiqənin rəmzi olan "büllur mikrofon", həmçinin Azərbaycan bayrağı ilə bəzədilmiş mikrofon da hədiyyə edilib.
Azərbaycan isə ilk beşlikdə yer alıb. Təmsilçimiz Səbinə Babayeva toplanılan xalların sayına uyğun olaraq, 150 xalla dördüncü yerdə qərarlaşıb. Azərbaycana 12 xal Ukrayna, Malta, Türkiyə və Litva ölkələrindən gəlib.
Ümumilikdə müsabiqənin ilk onluğu isə belə sıralanıb:
1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya
Qalib ölkənin yarimfinal çıxışı:
P.S. - 22.05.2012-ci il tarixindən etibarən saytın ana səhifəsində, ölkə ərazisində müsabiqəni yayımlayan "İctimai" kanalın canlı yayımını birbaşa izləmək üçün keçid, tanıtım rəsmi əlavə olunmuşdur. Kanalın yayımı 27.05.2012-ci il saat 23:59-a qədər davam edəcək.
Xoş istirahətlər...
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR