Əgər insan orqanizmində suyun sirkulyasiyasını təmin edən böyrəklər olmasaydı , o, gündə təxminən 800 stəkana yaxın su içməli idi.
Bəs nə üçün?
Ürək dəqiqədə təxminən 5 litr, yəni gündə təxminən 8000 litr qan qovur. Bunun 2000 litri böyrəklərə daxil olur. Bu qanın böyük bir hissəsi böyrəklərin, böyrəküstü vəzi toxumalarının və digər ətraf toxumaların qidalanmasına sərf olunur. Böyrəklərin hər birində yerləşən 1 milyon 250 min mikroskopik süzgəcdən (böyrək yumaqcıqları) 200 litr qan keçir. Lakin bu miqdarın yalnız 1,5 litri sutka ərzində orqanizmdən sidik şəklində xaric olunur. Qalanı yenidən qana keçir. Sidik şəklində itirilən suyun da əvəzi ödənilməli olduğundan qaytarılacaq suyun ümumi miqdarı nəzəri olaraq 200 litrə və ya 800 stəkana bərabərdir.
Böyrəklərin sayəsində hər gün bu qədər suyu içmək məcburiyyətindən azadıq!
Gün ərzində su həmçinin, dəri (0,5 litrə qədər), ağciyərlər (200-300 ml) və nəcis (200-300ml) vasitəsilə də itirilir. İfraz olunan suyun miqdarı insanın səhhətindən, aktivlik dərəcəsindən, ətraf mühitdə baş verən temperatur və rütubət dəyişikliyindən asılı olaraq dəyişir.
Böyrəklər böyrək yumaqcıqları adlanan milyonlarla mikroskopik süzgəclərdən ibarətdir.Yumaqcıqlar ifraz olunacaq maddələri, məsələn, sidik cövhərini ayırd edə bilirlər. Onlar fasiləsiz olaraq digər mineral və kimyəvi maddələri də süzgəcdən keçirirlər.
Sonra böyrəklər orqanizm üçün vacib olan mineral maddələri geriyə, qana qaytarırlar. Bununla yanaşı, böyrək bu zaman orqanizmin turşu-qələvi balansını da optimal səviyyədə saxlayır .Əgər sizin orqanizminizin müəyyən bir hissəsinə əlavə su lazım olsa, böyrək bunu da nəzərə alır. Məsələn, əgər insan fiziki işlə məşğul olub tərləyirsə, bu zaman hipofiz sidik ifrazını azaldan maddə ifraz edir. Bu hormon qana daha böyük miqdarda su göndərməsi üçün böyrəyə siqnal göndərir və sonradan bu qan lazım olan yerə ötürülür. Nəticədə sidik qatılaşır. Bu isə əlavə suya olan ehtiyacdan xəbər verir.
XƏBƏR LENTİ
Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz
Ledi Qaqa qrafinya oldu - FOTO
Murat Hande üçün oxudu-FOTO
Bədxərcsiniz, yoxsa qənaətcil?
"Avropa Oyunları" zolağına çıxanlar 40 manat cərimə olunacaqlar
Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”
Dünya gözəli Bakıda seçildi
Krem pendirli şorba (foto resept)
Qeyri-adi milyonçular
200 manat almaq üçün sənədlər
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Azərbaycanda xərçəng əleyhinə Dövlət Proqramı hazırlanır
Yaz makiyaj nümunələri
Musiqi səhnələri ilə yadda qalan filmlər
Dondum...
41 ədəd yumurta yedi və...-FOTO
Hicablı gəlinlik modelləri
Xalq artistinin dəfn mərasimi ilə bağlı vətəndaşlara müraciət etdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-100 (son)
Tülbənt mantısı(foto resept)
İtaliyada gün ərzində koronavirusdan 793 nəfər öldü
Azərbaycanda avro dolları üstələdi
Döllənmə
"NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir"
Günün ulduz falı
Diqqət: bu balığı almayın!
Psixi inkişafda ünsiyyətin rolu (2)
Paytaxtda Ramazan ayının ilk günündə süfrələr quruldu
"Yutub"u BAДћLADILAR - Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün...
Azərbaycanda yüksək nəticə göstərən gənclər hansı universitetləri seçirlər?
Günün ulduz falı
Hava haqqında
"İstanbullu Gelin"in aktyoru 10 il sonra boşandı
Bakteriyalarınızı çalışdırın
Azərbaycanda bu kənddə hər kəs velosiped sürür
Kukla teatrında “O olmasın, bu olsun”
Amerikalı alimdən valideynlərə SOS
Dəhşətli virusdan ölənlər artır
Evlilər sevə bilərmi?
Nə üçün heç kimlə tanış ola bilmirəm? (1-ci hissə)
Sarmaşıqla nağıla çevrilən evlər
"Qalatasaray" "Qoca Sinyora" dueli, ukraynalıların taleyi "Şeytan"ın əlində
Paltar Yumanın İncəlikləri
Çiyələklərdən iynə çıxır-FOTO
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Üzdəki tüklərdən xilas olmaq üçün maska
Mətbəx mebelləri
Düşündüklərimizlə söylədiklərimiz arasındakı fərqlər
Ağ evdən 6 ölkəyə dəstək
Moskvada azərbaycanlı rəssam Rasim Babayevin “Həqiqət axtarışında” adlı sərgisinin açılışı olub
- ŞƏRHLƏR