Qadin.NET / Resirkulyasiya mərkəzi

Resirkulyasiya mərkəzi

  Resirkulyasiya mərkəzi

 

Əgər insan orqanizmində suyun sirkulyasiyasını təmin edən böyrəklər olmasaydı , o, gündə təxminən 800 stəkana yaxın su içməli idi.

Bəs nə üçün?

Ürək dəqiqədə təxminən 5 litr, yəni gündə təxminən 8000 litr qan qovur. Bunun 2000 litri böyrəklərə daxil olur. Bu qanın böyük bir hissəsi böyrəklərin, böyrəküstü vəzi toxumalarının  və digər ətraf toxumaların qidalanmasına sərf olunur. Böyrəklərin hər birində yerləşən 1 milyon 250 min mikroskopik süzgəcdən (böyrək yumaqcıqları) 200 litr qan keçir. Lakin bu miqdarın yalnız 1,5 litri sutka ərzində orqanizmdən sidik şəklində xaric olunur. Qalanı yenidən qana keçir. Sidik şəklində itirilən suyun da əvəzi ödənilməli olduğundan qaytarılacaq suyun ümumi miqdarı nəzəri olaraq 200 litrə və ya 800 stəkana bərabərdir.

Resirkulyasiya mərkəzi

   Böyrəklərin sayəsində hər gün bu qədər suyu içmək məcburiyyətindən azadıq!

Gün ərzində su həmçinin, dəri (0,5 litrə qədər), ağciyərlər (200-300 ml) və nəcis (200-300ml) vasitəsilə də itirilir. İfraz olunan suyun miqdarı insanın səhhətindən, aktivlik dərəcəsindən, ətraf mühitdə baş verən temperatur və rütubət dəyişikliyindən asılı olaraq dəyişir.

Böyrəklər böyrək yumaqcıqları adlanan milyonlarla mikroskopik süzgəclərdən ibarətdir.Yumaqcıqlar ifraz olunacaq maddələri, məsələn, sidik cövhərini ayırd edə bilirlər. Onlar fasiləsiz olaraq digər mineral və kimyəvi maddələri də süzgəcdən keçirirlər.

Resirkulyasiya mərkəzi

Sonra böyrəklər orqanizm üçün vacib olan mineral maddələri geriyə, qana qaytarırlar. Bununla yanaşı, böyrək bu zaman orqanizmin turşu-qələvi balansını da optimal səviyyədə saxlayır .Əgər sizin orqanizminizin müəyyən bir hissəsinə əlavə su lazım olsa, böyrək bunu da nəzərə alır. Məsələn, əgər insan fiziki işlə məşğul olub tərləyirsə, bu zaman hipofiz sidik ifrazını azaldan maddə ifraz edir. Bu hormon qana daha böyük miqdarda su göndərməsi üçün böyrəyə siqnal göndərir və sonradan bu qan lazım olan yerə ötürülür. Nəticədə sidik qatılaşır. Bu isə əlavə suya olan ehtiyacdan xəbər verir.

26 mart 2013
GO BACK