Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir. Oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)
İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir.
Bəs susamasaydınız, nə baş verərdi?
Su bütün canlılar üçün olduğu kimi, insanlar üçün də ən vacib həyat mənbəyidir. Suyun bədən temperaturunun nizamlanmasında, qida maddələri və oksigenin daşınmasında, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılmasında və həzmin asanlaşdırılmasındakı rolu əvəzsizdir. Bundan əlavə, su orqan və toxumaları da qoruyur. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız 2%-ni itirsək, təxminən 20%-lik enerji itirər və yorularıq. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.
Su dedektivi hipotalamus
Gün ərzində insan bədəni üçün vacib olan suyun miqdarında baş verən ən kiçik dəyişikliyi belə qavrayan sistemlər var. Bunlardan birincisi beynimizin bir noxud dənəsi böyüklüyündə olan hipotalamus mərkəzidir. Qanda su nisbəti azalan kimi hipotalamusun altında yerləşən 1 sm-lik hipofiz vəzi (antidiuretik) ”ADH” adlı hormon ifraz edir.
Bu hormon qan dövranı vasitəsilə uzun səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəlməsi kimi, bu hormona uyğun xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatanda böyrəklər dərhal suya qənaət etməyə başlayır və su itkisini minimuma endirir.
Əgər hipofiz hormonu və bu hormonun “su istehlakını azaldın” əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içməli olardıq. Bu suyu daim xaric etməli olduğumuzdan yatmağımız və ya bir yerdə uzun müddət oturmağımız mümkün olmazdı.
Susama hissi
Hipotalamus, hipofiz və ADH-dən ibarət olan bu mükəmməl sistemin qüsursuz işləməsi yaşamağımız üçün kifayət deyil. Biz su içməyimizin, üstəlik, nə qədər su içməyimizin lazım olduğunu bilməliyik. Allah bunun üçün insanı susama hissi ilə birlikdə yaratmışdır. Bədənimizdə hər şeyin nöqsansız olduğunu, amma yalnız susamadığımızı fərz edək. Bu halda, anadan olandan bir müddət sonra susuz qalıb ölərdik. Susama hissimiz olmadığı üçün niyə özümüzü pis hiss edib ölümə doğru getdiyimizi də anlamazdıq. Halbuki insan doğulduğu andan etibarən su içməyin nə qədər vacib olduğunu bilir. Qüsursuz şəkildə yaradılmış bu həyati sistem sayəsində bədənimizdəki su tarazlığı qorunur.
Bununla yanaşı, bədənin bu istəyinə uyğun olaraq yaradılan su da Allahın sonsuz yaratma sənətinin dəlillərindən yalnız biridir.
Həqiqət mütləqdir!
XƏBƏR LENTİ
Azərbaycanda səhiyyə müəssisələrindəki boş qalan həkim yerləri elan edilib
HAVA necə olacaq?
Alça kompotu (foto-resept)
Buzqalterlə yatmağın zərərləri
Adını mən verdim, yaşını Allah versin....
Toyuq xəngəli (foto resept)
Yeni il gecəsi üçün saç modelləri
Azərbaycan turistləri hansı ölkələrə maraq göstərirlər?
250 minlik skripkanı qatarda unutdu
Ordumuz dünyanın ən güclüləri sırasında
Koronavirusla bağlı qitələr üzrə STATİSTİKA
ABŞ-dan İrəvana tərs şillə
Jenşen
Əşyaları fərqli funksiyalar üçün istifadə etmək
Bahalı maşınların kasıb sahibləri
Omba və ayaqlar üçün hərəkətlər
Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu başlandı
Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ
Dodaqlara qulluq
Sızanaq izləri üçün bal və alma
"Yata bilmirəm" deyənlərə 5 idman tövsiyəsi
Hamiləlik depressiyası necə keçər?
Valideynlərin nəzərinə!
Nurgül Yaşılçaya evlilik təklifi gəldi-FOTO
HAVA necə olacaq? 24 İyun
Günün ulduz falı
İmtahan apreldə olacaq
Saçımıza qarşı etdiyimiz səhvlər
Aloe Vera və dəri baxımı
1100-dən çox yer boş qaldı
HAVA necə olacaq?
Ankara qan içində
O dünyanın ən gönüqalın rəssamıdır
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Metroda bu vaqonlar olacaq
Özünüzü tanıyın!
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində
Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Sevənlərin davranış mədəniyyəti
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Ortodonti müalicə müddəti qısalır
Qışda bədənə qulluq qaydaları
“Başıma çox kitab çırpıblar”
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Eyni vaxtda 2874 cütlük nikah bağladı
43 ildən sonra anasını tapdı - FOTO
Seriallar intihara səbəb ola bilər
Kələm salatı (foto resept)















- ŞƏRHLƏR