Müasir evlilik ilə uzun zamanlar öncə olan evliliyi müqayisə etdikdə bəzən real və acınacaqlı olan faktlarla üzləşirik və bunları araşdırarkən xoşə gəlməz hallarla qarşılaşırıq.
Çox uzağa getməyək 20 il bundan öncə qurulan ailələrdə ər və arvad seçimi bu qədər geniş deyildi.Yeni qurulacaq ailə valideyinlərin dəstəyi ilə baş tuturdu. Əgər 30 % özü tanış olub evlənən var idisə, 70% tanışlıq (el dilində desək: “vasitəçi”) vasitəsilə həyata keçirilirdi. Valideyinlərin qərarından sonra gənclər tanış olurdular, daha sonra ailə qurub sevgi qazanırdılar və bu ailələr uzun ömürlü olurdu.
Bugünkü dövrümüzdə isə vasitəçi vasitəsilə baş tutan evlilik 40% təşkil edir.
Əksər evliliklər gənclərin özlərinin verdikləri qərarla baş tutur. Gənclər tanış olub müəyyən müddətdən sonra valideyinlərini tanış edib toy edirlər. Bu fakt maraqlıdır, lakin özləri seçim edən gənclər bir neçə ildən sonra məhkəmə salonlarında qarşılaşırlar. Bu isə özü sevib ailəsinə qarşı çıxıb “sevdiyimi alacam” deyən gənclərin həyatı. Onlar sevgi qazanıb bu həyata birgə imza atmışdılar, bəs necə oldu məhəbbət? Onlar biri-birilərini yaxşı tanıdıqlarını deyirdilər, bəs necə oldu ünsiyyət?
Bu müqayisəni aparan zaman insan özündə düşünür: -əgər sevgi varsa niyə evlilik uzun deyil? Demək sevgiyə mane olan başqa şərtlər var.
Keçmişdə valideyin vasitəsi ilə tanış olanlar arasında 40 % anlaşılmazlıq ucbatından boşanma hallarına rast gəlinirdisə, müasir dövrdə isə özləri sevib ailə quranlar arasında bu hal 60% təşkil edir.
Əgər keçmiş zamanda boşanma səbəbləri: “Qaynanam, baldızım mənim işlərimə mane olur, həyat yoldaşım içki içib ailəsinə baxmır, uşaqlarımız acından ölür” və s. idi isə, gənc nəslin problemi isə: “bizimki alınmadı, biz biri-birimizi anlaya bilmirik, o dostları ilə çox vaxt keçirir, onun mənə diqqəti azdır, o vaxtını işinə həsr edir, onun həyatında başqası var” və s.-dir. Keçmiş zamanda yox idimi bu problemlər əlbətdə var idi, düzdür texnologiya bu qədərdə inkişaf etməsə internetdən istifadə, mobil telefonlarla əlaqənin olması az olsada amma anlaşmaq və anlaşmamaq problemi hər zaman olmuşdur, sadəcə atılan son addım daha diqqətlə düşünülürdü keçmiş ailələrdə, bugünkü ailədə isə dediyi sözündən dönməmək inadı qurulan yeni həyatı bərbad edir.
Aparılan araşdırmalar göstərir ki , uzun evliliklərin sirri belədir:
1) Uzun evliliklər səbrin , hövsələnin üzərində qurulur;
2) Uzun evlilik qarşı tərəflərin bir-birinə güzəştə getməsinin nəticəsidir;
3) Uzun evlilik ailənin dağılmaması üçün qürurdan dönən əsas aparıcı qüvvənin tənəzzülüdür;
4) Uzun evlilik övladlarını atasız və ya anasız böyütməyin çətinliyini son andaca göz önünə qoyan insanın məsuliliyətliliyidir”;
5) Uzun evlilik dost- düşməndən utanan üzvlərdən birinin geri dönməsidir.
6) Uzun evlilik valideyinlərini düşünən və bundan ehtiyat edən, onlara hörmət edən qüvvələrin həyasıdır;
7) Uzun evlilik sevgini qoruyan insanların bir yerdə daima olacaqlarına, nə olursa olsun ayrılmayacaqlarına verdiyi sözə əməl etməsidir;
8 ) Uzun evlilik yatdığı yerinə hörmət edənin tutduğu əli buraxa bilməməsidir.
Bunuda qeyd edək ki, bəzən şər və böhtanlar ucbatından dağılan ailələrdə olur. Tanrı bizləri bundan qorusun. Tanrı Sizi siz Ailənizi qoruyun.
Gəlin Uzun evliliklərə imza ataq ki, ömrümüz uzun, sevgimiz tükənməyən olsun!
XƏBƏR LENTİ
Viza anlaşmasında qazancımız nə olacaq?
Qozlu, ballı tort (foto resept)
Günün ulduz falı - 13.01.2014
Koronavirusun üç növü müəyyən edilib - XƏRİTƏ
Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür
Qədim İspan şəhərində gəzinti
Yoqaya indi başlamağınız üçün 12 səbəb
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Hava haqqında
Həyat yoldaşınız sizi hələ sevirmi?
Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
Günə gümrah başlamaq üçün 3 idman hərəkəti
Günün ulduz falı - 30.03.2014
Keti Holmsun yeni sevgilisi Castin Terudur
Qadınla kişinin fərqi
Hamiləlikdə dəri dəyişkənliyi
Gül vida görüşü etdi
Tətildə izləyə biləcəyiniz filmlər
İştah azaldan qidalar
Sabahın HAVAsı
11 mühüm simptom
Bəxtiyar Vahabzadə
Doğum gününə görə xarekter (oktyabr)
Rusiya Qarabağa qoşun yeridir
Türkiyəni qana boyayan 18 yaşlı qız
Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”
Lazanyalı rollı (foto resept)
Ermənilərin Bakı qorxusu
Əlilləri sevindirəcək xəbər
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Temperatur yüksəldikcə suçiçəyinə yoluxma... - Səhiyyə Nazirliyi
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Amenore – aybaşı gecikməsinin səbəbləri
Həyata sarıl
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
ABŞ-da 3G şəbəkəsi dayandırılır
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Tulin Şahin ana oldu-FOTO
Ballı limonlu keks
Şeyma Subaşı paylaşdığı FOTO ilə diqqət çəkdi
Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib
Gözəl divar rəsmləri
"Sıla" serialının baş qəhrəmanları AÇIQLAMA verdilər
Facebook-da çoxdan gözlənilən yenilik
Qızıl ayaqqabı: ərəblər bunu da etdilər
Britni Spirs izləyicilərinə etiraf etdi
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
İrina Şeyk yeni FOTO paylaşdı
Operativ Qərargah vətəndaşlara MÜRACİƏT ETDİ
- ŞƏRHLƏR