Əziz xanımlar , bu gün sizlərə asan tikilib hazırlanan çanta modelini təqdim edəcəm.
Parçanı da sayta uyğun almışam. Məndən saytımıza hədiyyə olsun.
Bizə iki və ya bir rəng parça, iki dəmir və ya plastmast halqa, sap, iynə , qayçı, xətkeş və karandaş lazım olacaq.
Parçadan 2 düzbucaqlı kəsirik (35 sm eni, 70 sm hündürlüyü) ölçüdə.
Bu düzbucaqları parçanın üz hissəsi içəri olmaq şərti ilə, şəkildə gördüyünüz kimi ikisini də qatlayırıq.
Və əlimizlə köbələyirik ki, müvəqqəti ayrılmasınlar. Bu hissə çantamızın aşağı hissəsidir. Sonra üz-üzə qoyub karandaşla tikiləcək yeri işarələyirik və maşınla tikirik. İstəsəniz artıq hissəni kəsib ata bilərsiniz, istəməsəniz içəri hissədə saxlayıb dördbucaq kimi tikə bilərsiniz ki, çantanın aşağısı qalın olsun.
Bu tikdiyimiz məmulatı üz-üzə qoyub (dəqiqliklə tikiş-tikişin üstünə düşməlidir ki, əyrilik olmasın) orta hissəsini də tikirik.
Sonra çantanı üz tərəfinə çeviririk.
Bu çantanın içərisidir, kəsib atmadığımız hissəni beləcə tikirik.
İndi isə çantamızın qulplarını hazırlayaq.
Şəkildə gördüyünüz kimi çantanın qulpunu düzəldib , (əgər astarsız etsəniz) kənarlarını iki qatlayıb tikirik.
Əgər çantanı uzun qulplu etmək istəsəniz 70 sm yox 80-85 sm zövqünüzə uyğun artıra bilərsiniz.
Və yuxarı hissədə düyünləyib sadə formada istifadə edə bilərsiniz.
Mən bu gün çantamıza ayrı hazırlanmış qulp qoyacam.
Bu qulpu həm dəmir halqalarından tutmaq olar, həm də parça olan hissəsini çiyndən asmaq olar.
Əvvəlcə qulpları halqadan keçirib yoxlayırıq ki, neçə santimetr qatlanıb tikiləcək, sonra maşınla tikirik.
Halqaları tikib, bu şəkildə göründüyü kimi də saxlamaq olar.
Lakin bir az uzun olsun istədim və parçadan qulp hazırladım (10 sm eni, uzunu isə zövqə uyğun).
Bu qulpu çanta ilə birləşdirdim.
Budur sadə çantamız hazırdır. Bu çantadan bir tanışıma tikmişdim, çimərlik üçün istifadə edir.
İstəsəniz çantanın yuxarı hissəsində mərkəzdə qəşəng bir düymə və ya bir yapışqan tikə bilərsiniz , çantanın ağzını baqlamaq məqsədi ilə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hicablı xanımlar üçün geyim kombinasiyaları
Koronavirusla bağlı SON STATİSTİKA
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi
Evdar xanımlar üçün praktik məsləhətlər
Arıqlamağa kömək edən içkilər
Ebru Gündeş arıqladı-FOTO
"Heç kimdən hədiyyə gözləmirəm"
“Sony” ev işini görən robot buraxacaq
Qış çəkmələri
Miray Daner eşq iddialarına açıqlama verdi
Dubay bu tikiliylə dünyaya səs salacaq
"Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri başa çatıb"
Kaktuslar və kompüter şüalanması(1)
Toy günü gözəl görünmək üçün tövsiyələr
Qarpızdan sənət əsərləri
İş həyatında insanlara təsir etmək üçün...
"Azərbaycanda tolerantlıq həyat tərzidir"
Moskva od tutub yanır
Azərbaycan təyyarəsi qəzaya uğrayıb, həlak olanlar var
Mehriban Əliyeva 2021-ci ilin batut və tamblinq üzrə dünya çempionatı haqqında
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
Övladınıza ad qoyarkən düşündünüzmü?
Məşhurların pəhrizləri
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Şebnem Gülər ​​Karacanın yazdığı "100 Aldım Düşüb Bayıldım" kitabı satış rekordları qırır
Millimizin növbəti rəqibi bəlli oldu
"Facebook" və "İnstagram"da problem yarandı
Zəngli saat ürəyiniz üçün zərərlidir
Şəhidimiz torpağa tapşırıldı
Qiyməli kabak dolması (foto-resept)
Toyuqlu blinçik (foto resept)
Sadə qəlyanaltı (foto resept)
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
Yağış, qar yağacaq
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Edama bir neçə saat qalmış əfv olundu
Mali prezidenti: “Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”
Vintaj üslubunda donlar
Azərbaycanda çoxdilli məlumat-sorğu mərkəzi yaradılır
İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı
Yazda dəriyə necə qulluq etməli?
Krab salatı (foto resept)
Zəfəran çayının faydası
Bakı-2015-də bu idmançılarla yarışacağıq
Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Nişan paltarları
Mənim əl işlərim (1)
Bakı genişlənir: nə vaxta, hara qədər?
- ŞƏRHLƏR