Əziz xanımlar , bu gün sizlərə asan tikilib hazırlanan çanta modelini təqdim edəcəm.
Parçanı da sayta uyğun almışam. Məndən saytımıza hədiyyə olsun.
Bizə iki və ya bir rəng parça, iki dəmir və ya plastmast halqa, sap, iynə , qayçı, xətkeş və karandaş lazım olacaq.
Parçadan 2 düzbucaqlı kəsirik (35 sm eni, 70 sm hündürlüyü) ölçüdə.
Bu düzbucaqları parçanın üz hissəsi içəri olmaq şərti ilə, şəkildə gördüyünüz kimi ikisini də qatlayırıq.
Və əlimizlə köbələyirik ki, müvəqqəti ayrılmasınlar. Bu hissə çantamızın aşağı hissəsidir. Sonra üz-üzə qoyub karandaşla tikiləcək yeri işarələyirik və maşınla tikirik. İstəsəniz artıq hissəni kəsib ata bilərsiniz, istəməsəniz içəri hissədə saxlayıb dördbucaq kimi tikə bilərsiniz ki, çantanın aşağısı qalın olsun.
Bu tikdiyimiz məmulatı üz-üzə qoyub (dəqiqliklə tikiş-tikişin üstünə düşməlidir ki, əyrilik olmasın) orta hissəsini də tikirik.
Sonra çantanı üz tərəfinə çeviririk.
Bu çantanın içərisidir, kəsib atmadığımız hissəni beləcə tikirik.
İndi isə çantamızın qulplarını hazırlayaq.
Şəkildə gördüyünüz kimi çantanın qulpunu düzəldib , (əgər astarsız etsəniz) kənarlarını iki qatlayıb tikirik.
Əgər çantanı uzun qulplu etmək istəsəniz 70 sm yox 80-85 sm zövqünüzə uyğun artıra bilərsiniz.
Və yuxarı hissədə düyünləyib sadə formada istifadə edə bilərsiniz.
Mən bu gün çantamıza ayrı hazırlanmış qulp qoyacam.
Bu qulpu həm dəmir halqalarından tutmaq olar, həm də parça olan hissəsini çiyndən asmaq olar.
Əvvəlcə qulpları halqadan keçirib yoxlayırıq ki, neçə santimetr qatlanıb tikiləcək, sonra maşınla tikirik.
Halqaları tikib, bu şəkildə göründüyü kimi də saxlamaq olar.
Lakin bir az uzun olsun istədim və parçadan qulp hazırladım (10 sm eni, uzunu isə zövqə uyğun).
Bu qulpu çanta ilə birləşdirdim.
Budur sadə çantamız hazırdır. Bu çantadan bir tanışıma tikmişdim, çimərlik üçün istifadə edir.
İstəsəniz çantanın yuxarı hissəsində mərkəzdə qəşəng bir düymə və ya bir yapışqan tikə bilərsiniz , çantanın ağzını baqlamaq məqsədi ilə.