Payız aylarında otaq bitkiləri xüsusi qulluq və diqqət tələb edir. Payızda hava tez-tez və gözlənilmədən dəyişdiyindən bitkilər üçün həddindən artıq təhlükəlidir. Bu dövrdə otaq güllərinin həyat funksiyaları zəifləyir, onlar qış istirahətinə hazırlaşırlar. Bu zaman otaq güllərinin yerini qətiyyən dəyişdirmək olmaz.
Hippeastrum gülünün dibçəklərini vaxtaşırı çevirmək lazımdır. Bu, gülün çiçək oxlarının işığa doğru əyilməsinin qarşısını alır. Hortenziya, fuksiya, qızılgül, aqapantus, dəfnə ağacı və sitruslar başqa bitkilərlə müqayisədə daha soyuq yerləri sevir. Ona görə də bu bitkiləri yaza qədər zirzəmiyə, eyvana (temperaturu 3-6 dərəcə olan) və ya otaqda ən sərin yerə (məsələn, eyvan qapısının yanına) qoyun. Onları tez-tez sulamaq da düzgün deyil. Amma köklərinin qurumaması üçün az miqdarda suya ehtiyacları olur. Bu şərait yarpaqların tökülməməsinin qarşısını alır, buna baxmayaraq fəsillə əlaqədar bitkinin inkişafı müvəqqəti dayanır. Bu bir çox otaq bitkiləri üçün "qış yuxusu"-na keçid sayılır. İstilik və işıqlandırma çatışmazlığı səbəbindən bitkiləri süni olaraq dincəlməyə "razı salmaq" çox vacibdir. Ancaq bir çox böyük bitkilər istirahət zamanı da qida maddələri tələb edir. Bu zaman isə kalium tərkibli gübrələrdən istifadə etmək
məsləhətdir.
Sulama
İqlim dəyişikliklərini nəzərə alaraq günəşli və yağışlı payız günlərində bitkiləri normal sulamaq lazımdır. Belə ki, onlar susuzluqdan və ya artıq rütubətdən əziyyət çəkməməlidir. Əvvəlki sulamadan nə qədər vaxt keçməsinə baxmayaraq güllərinizi payız aylarında torpağın üst qatı quruduqdan sonra sulayın. Noyabrdan başlayaraq isə sukkulentləri sulamağı minimuma (ayda 1-2 dəfə) endirin.
Yemləmə
Otaq güllərinin əksəriyyəti payızda yemləmə gübrələrinə ehtiyac duymur. Günlər daha qısa, temperatur aşağı olduğundan bitkilərin inkişafı zəifləyir və gübrələrə ehtiyac azalır. Bu dövrdə otaq bitkilərini yemləmə gübrələri ilə qidalandırsanız, bitkinin torpağına yığılan gübrələr köklərin zədələnməsinə və güllərinizin özünü çox pis hiss etməsinə səbəb olacaq. Amma payızda və qışda çiçək açan bitkilər istisnadır. Beqoniya, senpoliya, spatifilum, siklamen və digərləri çiçəklənmə dövründə gübrələr və mikroelementlərlə qidalandırılmalıdır. Bu zaman əsas üstünlüyü fosfor-kalium tərkibli gübrələrə verin.
İşıq və temperatur rejimi
İşıqsevən otaq bitkiləri (hipperastrum, sukkulentlər, kliviya, koleus, kroton və s.) pəncərə altında yerləşdirilir. Dibçəkləri evin cənub və şərq pəncərələrinə qoyun ki, güllər daha çox günəş işığı ala bilsinlər. Kölgəsevən növləri isə (aspidistra, ayıdöşəyi, peperomiya, monstera, filodendron) masalarda və ya dayaq üzərində yaxşı işıqlandırılmış yerdə yerləşdirmək olar. İşıqlandırılması normal olmayanda bitkilərin saplaq və buğumaraları uzanır, yarpaqları tökülür, rəngliyarpaq bitkilər isə tipik rənglərini itirir.
Azaliya, qardeniya, kameliya, siklamen kimi bitkilər yaxşı işıqlandırılmış yerlərdə, 15-17ºC temperaturda saxlanmalıdır. Bol və uzunmüddətli çiçəklənmə dövrü üçün bu bitkilər əlavə işıqlandırmaya ehtiyac duyurlar. Əks halda güllər xırda olacaq və qönçələrin bir hissəsi töküləcək.
Çiləmə
Payızda bir çox otaq bitkilərinin üzərinə su çiləmək çox əhəmiyyətlidir. Soyuq gecələrlə günəşli günlər arasında olan kəskin temperatur fərqi güllərə güclü ziyan vura bilər. Ona görə də payızda güllərə səhər və ya günorta ilıq su çiləmək lazımdır. Gecə bitkinizə su çiləsəniz, bir müddətdən sonra üzərində ləkələr əmələ gələcək. Rütubət sevən güllərə (alokasiya, diffenbaxiya, drasena, kroton, monstera, ayıdöşəyi, sarmaşıq, filodendron və s.) daha çox su çilənməlidir. Azaliya, senpoliya, siklamen kimi güllərin dibçəklərini isə içinə keramzit, çınqıl və ya sfaqnum doldurulub su tökdüyünüz qablara qoymaqla tələb olunan nəmliyi təmin edə bilərsiniz. Otağın rütubətliliyini artırmaq üçün pəncərə önündə nəm qum yerləşdirmək olar.
Budama
Payızda bütün saralmış və solğun yarpaqlar budanaraq bitkidən uzaqlaşdırılır. Gülləri də solmağa başlayan kimi qoparın. Çünki bitkinin qırılmış hissələri xəstəliklərin sürətli inkişafına zəmin yaradır.
Zərərvericilər
Həşəratların çox hissəsi payızda hələ də aktiv olur. Çanaqlı yastıcalar, tripslər, hörümçək gənələri, ağcaqanad fosenoidlər kimi ziyanvericilər erkən payızın quru və isti havasında özlərini əla hiss edir və bitkilərə zərər verirlər. Ona görə də payızın ortalarında bitkilərinizi yaxşı müşahidə etməlisiniz. Təbii şəkildə məhv olmasalar, vaxtında və düzgün isektisidlərlə güllərinizi yuyun.
Xəstəliklər
Payızda köklərdə və saplaqlarda çürüntü əmələ gələ bilər. Bu hal günəş işığı çatışmazlığı və həddindən artıq sulamadan yaranır. Çürüməni aşkar etdiyiniz an bitkini göbələk xəstəliyinə qarşı preparatlarla yuyun ki, sonradan pis fəsadlara yol açmasın. Amma elə payız aylarından başlayaraq bitkiləri xüsusi məhlullarla yusanız, xəstəliyə tutulmasının da qarşısını almış olarsınız. Otaq bitkilərini həddindən çox suladıqda yarpaqlar uzun müddət yaş qalır və bu da yarpaqlarda pas yaranması səbəblərindən biridir. Bu dövrdə yarpaqların tez-tez saralması sadaladığımız xəstəliklərin ilkin əlamətlərinin vaxtında aşkar edilməsini çətinləşdirir.
Bütün bunlara baxmayaraq otaq bitkiləriniz düzgün qulluq qarşılığında tutqun və yağışlı payız günlərində öz gözəllikləri ilə sizi sevindirməyə davam edəcəklər.
Parks & Gardens jurnalı, sentyabr-oktyabr, 2014.
XƏBƏR LENTİ
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA
2014-cü il KTM-in sınaq ili olacaq
Fındıqlı çuğundur salatı (foto-resept)
Azərbaycanda qurbanlıq heyvanların satış qiyməti açıqlandı
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Saçlara qulluq
Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi
Tamaşaçıların nəzərinə!
Şimpanze Ebola xəstəliyinə çarə olacaq
Türkiyə parlamenti Minsk qrupunu tənqid etdi
Hülyanın mesajı səs-küy yaratdı-FOTO
Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK
Evlərdə çatlar yarandı
Londonda turistləri daşıyan amfibiya avtobus yanıb, yaralılar var
Motivasiya və uğur qazanmaq üçün taktikalar(3)
Şagirdlərə şad xəbər -Qadağa ləğv olundu!
İntihar meşəsi
Ən yaxşı dostlar: Teo və Bo
İlk dəfə: Atatürkün məzarının fotoları yayıldı
Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA
Fransada Wi-Fi yasaqlandı
Uşaqlarınız hansı saytları açırlar?
Gəncədə məcburi köçkünlər üçün yeni salınmış şəhərciyin açılış mərasimi keçirilib
Pomellolu meyvə salatı (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir?-10 yanvar
Həm Android, həm Firefox-la işləyən smartfon
"Düşməndən güclü olduğumuzu bu yaxınlarda sübut edəcəyik"
Hansı daha vacibdir?
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
HP liderliyini qoruyur
Beşiklər
Günün ulduz falı - 22.02.2014
Dünyada ilk dəfə: nəhəng ilana könüllü yem olacaq
Sızanaq izlərini aradan qaldırmaq üçün...
Meşədə nadir avtomobillər çürüyür
“Aşk-ı Memnu"dakı səhv
Sibel Can 1 ayda 4 milyon qazanacaq
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ
Gündə nə qədər çörək yeməli?
Kəskin soyuğa hazırlaşın
Saxta gün eynəklərini necə ayırd etməli?
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Əşyaları fərqli funksiyalar üçün istifadə etmək
Bakıda evin pəncərəsində qeyri-adı rəsm - Video
Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»
HAVA necə olacaq?-26 noyabr
Beyini sürətlə işlədəcək 9 qayda
- ŞƏRHLƏR