Bağışla can ana.....
Yuxuma girirsən görünüm gəlim
Hardasan can ana sürünüm gəlim?!
Hay ver kəfənimə bürünüm gəlim,
Bağışla can ana,bağışla məni.
Gəlib o yerləri gəzirəm sənsiz,
Boğur qəhər məni,dözürəm sənsiz,
O ata yurdundan bezirəm sənsiz,
Bağışla can ana,bağışla məni.
Ruhunmu bağlayan məni o kəndə?
Xəyalən bu yolu gedirəm gündə.
Bir ana sevgisi uyuyur məndə,
Bağışla can ana,bağışla məni.
Hərdən elə bil ki lap yanımdasan,
Burda,yaşadığım ünvanımdasan.
Sənin yoxluğunla barışmaq asan?
Bağışla can ana,bağışla məni.
Bu qədər yaxınmış ölüm,bilmədim,
Sonam anlamadım,gülüm bilmədim,
Ayağın altında ölüm,bilmədim,
Bağışla can ana,bağışla məni.
Görüb ətrafında yurddaşlarını,
Gözün gəzib məni,qardaşlarımı,
Saxlaya bilmirəm göz yaşlarımı,
Bağışla can ana,bağışla məni.
Daşlaşmış şəklinin soyuq baxışı,
Axıdır gözümdə bir yaz yağışı.
Sən ey geri dönməz səadət quşum,
Bağışla can ana,bağışla məni.
İndi məzarındır müqəddəs yerim,
O soyuq daşları qucar əllərim.
Allahmı kərimdir,ya sənmi kərim?!
Bağışla can ana,bağışla məni.
Əziz oxucular bu şeri mən çox sevirəm,3 il əvvəl bir dəftərə yazmışdım.Bu gün əlimə keçdi,oxudum və sizlərlə bölüşmək qərarına gəldim.Amma,hər kəsdən çox üzr istəyirəm ki,müəllifi yadıma sala bilmədim.
Bu şeri oxuyanda bir anlıq özümü müəllifin yerinə qoyuram,anamı sanki itirmişəm kimi hisslər keçirirəm və çox kədərlənirəm.”Mənim bütün ömrüm qurban ola anamın tək nəfəsinə”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəlinləri məhv edən qaynanalar
Hökumətin namaz icazəsi
Yaxın Şərqdə yeni müharibə başlayır
Gündəlik salat (foto resept)
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Yeni trend: Saç sırğaları
9 möcüzəli ağac şəkli
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Asılmış kuklalar adası turistləri cəlb edir
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
Ruh sağlamlığını qoruyaq
Arıqladan ərzaqlar
Bu günün hava proqnozu
Hamilə xanımlar üçün ziyafət geyimləri
Azərbaycanda din xadimləri cəzalandırılacaq
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Cennifer Lopezin yeni obrazı - FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Bahar allergiyası
Kakao işçi yaddaşı yaxşılaşdırır
Yuxular və yuxuyozmalar (son)
Ermənilərin itkisi getdikcə artır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Tanış olun: Toyota Aqua Cross
Qadın yaylıqlarının bağlanma üsulları
Hava XƏBƏRDARLIĞI
Bahalı əməliyyatları bahalı edən nədir?
Yoldaşınızla keyfiyyətli zaman keçirməyin yolları
Sürətli saç uzadan üsullar
Kerem Bürsinin onurğası zədələndi-FOTO
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Ölkədə hamı bu sayta girir
Növbəti buraxılış imtahanları keçirilir
Merve 110 min pulunu ala bilmir
Limonlu isti suyun möhtəşəm faydası!
Valideynsiniz? Övladınız üçün oxuyun
Əqrəbi çəkməyi unutmayın
Ramazan ayının 6-cı gününün duası
Paxlava (foto-resept)
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
"WhatsApp" 3 günlük bağlandı
Dünyanın ən qəribə toyu
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Yun köynəyinizi yeniləyin
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Eşq sizə nə edər?
Alman dili 9-cu dərs
Dünyanın ən hündür uşağı 2 metrlik boyu ilə -FOTO
Xanımların "Gün toplantısı"
- ŞƏRHLƏR