Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)
7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edildi
BÜRCLƏR bizə nə vəd edir?- 21 Dekabr
Avropa çempionatı bu ölkədə keçiriləcək
2018-ci ildə boşanan məşhurlar - FOTO
Qadın.Netlilərin ilk makiyajı - 2
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Beyni gücləndirməyin yolları
Günün ulduz falı - 04.03.2014
Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medalla qayıdıblar
Oğuzda qeyri-adi təbiət hadisəsi
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
Sənətə olan sevgisi oğruya baha başa gəldi - VİDEO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Apple geriləyir
Hicablı deputatların sayı artır
Sürətli kökəlmə proqramı-1
Yeni ailə quranlara dinc həyat üçün xoşbəxtlik resepti
Cüneyt Arkından SON XƏBƏR
Dovşan ətini yemək olarmı?
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ərəb şahzadələri "Vogue" dərgisində - FOTO
Diş ağrısına təbii üsulla sakitləşdirici
Azərbaycan pilotları NATO-nun qatıldığı təlimlərdə
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Viktoriyanın libasını 90-cı illərin çantasına bənzətdilər - FOTO
Bu gün beynəlxalq işıqfor günüdür
Həzm sistemini gücləndirən üsullar
Olimpiyaçıların gülməli simaları
8 May Şuşanın işğalı günüdür!
Sağlam bir dəri üçün lazım olan 5 üsul
Misir və Roma bərbərliyinin tarixçəsi
Azərbaycan Monteneqroda kurort tikir
"No Makeup" trendinə qoşulan məşhurlar
Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR
Dadlı yay salatı (foto resept)
Neft bahalaşdı
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Prezidentdən yeni savaş anonsu
Novruz bayramında qeyri-adi hadisə olacaq
Əhvalınızı düzəldəcək 7 sadə yol
Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər
Uşaq geyimləri
Özgü Namaldan gözlənilməz addım
Elçin yeni serialla efirlərə qayıdır
2018-gündəmini Demət Akalın zəbt edib
В«İranın şansı 50:50-yədirВ»
Yay makiyajı tendensiyası
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
- ŞƏRHLƏR