Darıxmışam
Ana, sənin qara dönmüş,
Tellərinçün darıxmışam.
Yollarımdan daş, kəsəyi
Yığışdıra-yığışdıra qırış tapmış
Əllərinçün darıxmışam.
Dünya boyda bir qayğını,
Bir sinəyə cəmləşdirən,
Ürəyinçün darıxmışam.
Mənim həyat kitabımın varaqların
Nurlandıra-nurlandıra
nurdan düşmüş
Gözlərinçün darıxmışam.
Bir addımı səhv atanda,
Ya sözünə baxmayanda,
Məni şuluq eləməkdən çəkindirən,
Məzəmmətli sözlərinçün darıxmışam.
Qulağımda cingildəyən nəsihətin,
Dönə-dönə söylədiyin,
Əzbərlənib yaddaşıma
Həkk olunmuş nəsihətin,
Diləyinçün darıxmışam.
İlk gəlinlik yadigarın
Ələyinlə ələdiyin,
Mənim qoğal payımı da
Onunla bir bişirdiyin
İsti təndir çörəyinçün darıxmışam.
Hər biri bir günüm olan
Tellərinçün darıxmışam.
Əllərinçün darıxmışam...
Bircə kəlmə sözün üçün darıxmışam,
Ana, Vallah, mən tək sənin özün üçün
Darıxmışam.
Körpənəm
Ana, istəyirəm mən də bir qədəm
Boy atam, böyüyəm sənin dünyanda.
Yox, yox sənin üçün böyüyə bilməm,
Saçlarım ağarsa, yaşa dolsam da,
Sənin aləmində hələ körpəyəm-
Mən neçə körpəyə ata olsam da.
Gərək insanlığı səndən öyrənəm,
Yoxsa ki, bu ömür tez gedər bada.
Nə qədər həyat var-sən varsan, varam.
Qayğısız, duyğusuz körpə balanam.
De, mənə laylanı, bir bax, gör, mənəm.
Sənin aləmində dəcəl körpənəm.
Müəllif: Xəlil Mirzə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günəşdən asılanlar
Bu ölkələr 2018-ci ili qeyd etməyəcək
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Günün qoroskopu:Vədlərinizi yerinə yetirin!
Real görünməyən real rəsmlər
Hava necə olacaq?
Günün ulduz falı
Qadın sürücülər
Beren Saat uzun müddətdən sonra ilk dəfə
Kəsmikli günəş (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Şəklə baxın və xarekterinizi öyrənin
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıblar
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Qeyri-sabit hava nə qədər davam edəcək?
Ağciyərləri təmizləyən ərzaqlar
Energetika Nazirliyinin strukturu təsdiq edildi
Putindən Qarabağdakı sühməramlıların sayı ilə bağlı VACİB AÇIQLAMA
5 manata satılan yaşıl yumurta -FOTO
Bunlari bilirsinizmi?
Sim kartlar erası bitir
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
"Whatsapp"dan yenilik
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Avropanın ən qorxunc vulkanı püskürdü
Kabaklı kotletlər (foto resept)
Azərbaycanda bir şirkətdə 86 nəfər koronavirusa yoluxdu - AÇIQLAMA
Bədəndə parazit olduğunu göstərən hallar
Bakının böyük dərdinə son
Müasir incəsənət. Silviya Cordedda Fraktal qrafika
"Asan İmza" mobil elektron imza xidməti
Nə gözəl idi uşaqlıq
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Nə müsəlmandır, nə də xaçpərəst
Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ
Qarın böyüməsinin üç əsas səbəbi
Müasir qadın gender bərabərsizliyi ilə üz-üzə
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Gədəbəydə müəmmalı yanğınlar: "Gecə yata bilmirik"
Məşhur Müğənni Yeni İl Gecəsi Səhnədə Öldü
Ombudsman müraciət etdi
İşləmək, yoxsa işləməmək?
Bürc simvolları makiyajla
Böyrək çatışmazlığının səbəbləri
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Azərbaycanda əvvəlki illərin məzunları üçün ilk qəbul imtahanı
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
- ŞƏRHLƏR