Məni sevirsənsə özünü qoru,
Qoru həyatını bir inci kimi.
Könlümün yeganə təsəllisi tək,
Qəlbimin yeganə sevinci kimi.
İnan ki varlığım, ömrüm, həyatım,
Bu günüm, sabahım bağlıdır sənə.
Tək sənə bağlıdır müqəddəratım,
Səni görmək istəyir ürəyim yenə.
Ömrümə günəşsən, parlaq bir günəş,
Harada olsan da işığın gələr.
Soyuyan qəlbimə atəşsən, atəş,
Xəyalın ömrümə işıq, nur ələr.
Tənha gecələrdə xatirələrin
Vəfalı dost kimi yanıma gələr.
Sənin təbəssümün - ömür ülkərim,
Həmdəmim - danışan, dinən vərəqlər.
Mənimki olsaydın, səni əl üstə,
Göz üstə saxlardım, saxlardım,inan.
Qəlbimin yeganə sevinci ikən,
Dönüb başqasına kədər olmusan.
Sənin varlığında varlığım yaşar,
Duyğutək qəlbimə dolaydın ey kaş.
Xəyalın ömrümə sevinclər qoşar,
Dönüb sən olaydım, olaydım ey kaş.
Qoru ürəyini, qəlbini qoru,
Küləklər səsini çatdırsın mənə.
Yaxınlar, uzaqlar qoy bilsin bunu,
Səninlə diriyəm səninlə yenə.
Mənim anam
Getdin bu dünyadan həsrət, nigaran,
Getdin ürəyində ayrılıq dağı.
Heç bir il keçməmiş köçdü dünyadan,
Tərk etdi bacım da doğma torpağı.
O, sənsiz bir il də qala bilmədi,
Mən sizsiz dözmüşəm otuz il tamam.
Bir məni yadına sala bilmədi,
Yumdu gözlərini qarlı bir axşam.
Dözərəm dağ kimi, ürəyimdə dağ,
İllərdi gözlərim yollarda qalar.
Ey vüsal, bir kərə ol bizə ortaq,
Bu həsrət könlümü odlara qalar.
İstini, soyuğu yola salmışam,
Mənə hər üzünü göstərmiş həyat.
Sənə ki deməzsən borclu qalmışam,
Sındıra bilmədim səni də heyhat.
Çalxanar ürəyim dənizlər kimi,
Tutular, açılar gündə yüz kərə.
Mən ki azadlığa verdim qəlbimi
Mən görüş vədəsi verdim ellərə.
Ana, ayrılığın həsrətində mən,
İnan dözümlüydüm bu dağlar kimi.
Yadıma düşəndə bəzən bacım, sən,
Düşürdüm tufana budaqlar kimi.
Məni qınamasın dost da, tanış da,
Qaldım ayrılığın həsrətində tək.
Dözərdim payız da, bahar da, qış da,
Bu dərdə sinəmdə dözməyir ürək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qar yağıb
Qış üçün badımcan salatı (foto-resept)
Şəhidimiz Yevlaxda torpağa tapşırılıb
Günün qoroskopu: bu əməli unutmayacaqlar
Ulduz futbolçu azanı eşitdi və ...
Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 4189 yeni yoluxma
Artur Şopenhauer - Dünya iztirabları
Fransada içki qadağan olundu
"Üzümdə və bədənimdə plastik əməliyyat etdirdim"
Boşanmaq sağlamlığa ziyandır
Azərbaycanın ən yaxşı rektorları
Coronavirusa görə 2-ci xəstəxana da tikildi!
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib - VİDEO
2020-ci ilin ayaqqabı trendləri
Yağ yandırmağa kömək edən qidalar
66 yaşlı kişi avtobusu saçları ilə dartdı-VİDEO
İrem Derici İLK DƏFƏ-FOTO
Ordumuzda qadınlar hansı sahədə xidmət aparırlar?
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən inanılmaz zəkalı 10 uşağı
Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Novruz adət-ənənəmiz
ATƏT yenə narahatdır
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”
Prezidentlər Dağlıq Qarabağdakı son döyüşləri müzakirə ediblər.
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Uşaqlarını peyvənddən yayındıran valideynlər izahat verəcəklər
Sadə peçenye (foto resept)
Bakıda çoxmərtəbəli binalarla bağlı yeni qərar
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Ən sürətli saç uzadan maska
Ordumuz düşməni öz silahı ilə vuracaq
Bakıda keçiriləcək "Formula 1"in vaxtı açıqlandı
Qadın gözəlliyini yerlə bir edən 10 SƏHV
Qarabağ görüşü başlayır
Qızdırmalı xəstələrə qulluq
Yeni günə gümrah oyanmaq üçün
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Castin Biber yeniyetmələrə 1 milyon dollar ayırdı
Bakıda zibillikdən 52 kq qəpik tapıldı
Dünyadan maraqlı faktlar (II hissə)
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Döş xərçəngi riskinizi hesablayın!
- ŞƏRHLƏR