Qadın əli dəyən hər ev, hər bucaq
Gül ətri qoxuyar, bir gülşən olar.
Tökülər ürəyə nur qucaq-qucaq
İnsanın həyatı, ömrü şən olar.
Qadınsız nə həyat, qadınsız nə gün ?
Qadınla açılır ömrün səhəri.
Bir günəş doğmuşdur insanlar üçün,
Qadının çöhrəsi güləndən bəri.
Qadın anamızdır, qadın bacımız,
Qadın məhəbbəti yaşadır bizi.
Qadın şöhrətimiz, qadın tacımız,
Qadın eşq ümmanı, sevgi dənizi.
Qadın adi fəhlə, qadın bəstəkar,
Nəğməyə çevrilir qadın əməyi.
O elə düşünər, elə yaradar,
Daşa da can verər qadın əməyi.
Qadın qayğısından nur içir ürək,
Qadınsız evlərdə ocaq da sönər.
Qadınlı evlərdə yeyilən çörək,
Yavan yeyilsə də şəkərə dönər.
Qadının ürəyi bir asimandır,
Ulduzlar sayrışar bu asimanda.
Qadın elə şahdır, elə sultandır,
Baş əyir hökmünə şah da, sultan da.
Nədir
Baxıb əhvalıma gülürsən hərdən,
Qəmliyə gülməyin mənası nədir.
Sən əgər gülsənsə, gərək biləsən
Bülbülün fəryadı, nəvası nədir.
Nə vaxtdır əlimdən alıbsan məni,
Xumar baxışınla çalıbsan məni.
Elə bir möhnətə salıbsan məni.
Bilmirəm dərdimin dəvası nədir.
Qəlbim həsrətindən dara çəkilər,
Əsirin olmağa mərhəmət dilər.
Qafildən soruşma ,nuş edən bilər,
Məhəbbət meyinin havası nədir.
Bilmirəm nə deyim xoşuna gəlsin,
Rasimə lütf eylə, qarşına gəlsin.
Qarğış eləmirəm, başına gəlsin,
Görəsən hicranın cəfası nədir.
Rasim Kərimli
XƏBƏR LENTİ
Skarlett Yohansson nişanlandı-FOTO
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Bu şəxslərə icazə verilməyəcək
Qeyri-adi ayaqqabılar
Molla Nəsrəddin demişkən
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Azərbaycanda məktəb direktorları üçün təlimlərə başlanılır
Demet Akalın izləyicisini belə sudurdu-FOTO
Avstriya kansleri ölkədə ikinci koronavirus dalğasının başladığını bildirib
Bu günün hava proqnozu
Günün qoroskopu: Çətin işlərdən qorxmayın
Qida məhsulları istehsalında artım
Cütlüklər arasında çıxan münaqişə mövzuları
Bakının yol polisi sürücülərə və piyadalara müraciət etdi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Günün qoroskopu:ailə üzvləri ilə ünsiyyətdə səbrli olun
ŞOK ARAŞDIRMA: Şərab koronavirusun gedişinə təsir edir
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
Qarabağdan yeni savaş xəbəri
İtaliyalı jurnalist Xocalı həqiqətlərindən yazdı
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Dadlı əl işlərim
Ev şəraitində dırnaqların bəzədilməsi
Yağlı dəriyə qulluq necə olmalıdır?
Müəllimlərlə bağlı yeni qaydalar
Duzlu qurabiyə (foto resept)
"Huawei"in yeni smartfonları "Google"suz olacaq
Üzümüzə nə yazılıb?
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (12-24 ay)
Putindən sürpriz təklif
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
Qarışıq içlikli mantı (foto resept)
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında 8-ci yerdədir
Düzgün kitab oxuyaq
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Şvartsenegger uzunqulaqla şahmat oynadı – FOTO
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Media və kino pilotsuz aparatlara keçir
""Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu"
Məşhur müğənni intihar etdi-SƏBƏB
Ürək-damar xəstəliyi üçün test
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ
Sabahın hava proqnozu
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ
Böyük əvf olacaq?
- ŞƏRHLƏR