Nəvəm Turana...
Evdən ayrılanda beş-on günlüyə,
Məni bir cazibə evə çəkərmiş.
Bütün babaları öz ocağına
Nəvə çağırarmış,nəvə çəkərmiş.
Yatırmı,dururmu,neyləyir indi?
Başı öz işinə qarışan nəvəm.
Küsəndə titrədib dodaqlarını
Güləndə yanağı qırışan nəvəm.
Tanrı naxış vurub bu yaraşığa,
O,gülə çevrilib,mən sarmaşığa.
İncə gülüşləri dönüb işığa,
Göydə ulduz kimi sayrışan nəvəm.
İlahi,min şükür,babayam indi,
Könlüm bu eşq ilə dindi,nə dindi.
Yağdan da,baldan da min qat şirindi
Yarı gül,yarı bal,yarı şan nəvəm.
Sağlam toxum görüm,sağlam dən görüm,
Ruhu oynaq görüm,qəlbi şən ğörüm.
Bütün nəvələri sevinən görüm,
Olmasın heç zaman pərişan nəvəm.
Çiynimə dırmanan,başıma çıxan
Küsdürsəm,gözünün yaşını sıxan.
"Babam hanı?"-deyib yollara baxan
Məni anasından soruşan nəvəm.
Nə ayrılıq ola,nə həsrət ola,
Adının mənası həqiqət ola.
Turan dünyasına bir şöhrət ola,
Öz haqqı uğrunda vuruşan nəvəm.
Dərdi bir sevdiyi barı Zəlimxan
Neyləyir sərvəti,varı Zəlimxan.
Yarı məhəbbətdi,yarı Zəlimxan
Bizə salxım kimi sarışan nəvəm.
Təsəlli yeridi təkin,yalqızın
Babalar nəvəsiz, gör, nələr çəkir.
Başı qarışanda oğulun,qızın
Bizi evimizə nəvələr çəkir.
Zəlimxan Yaqub
XƏBƏR LENTİ
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Şəkərli diabet xəstələrinə dəqiq pəhriz
Hollivudun məşhur cütlüyü ayrıldı
Yay üçün hündürdaban ayaqqabılar
"Çukur"u məhkəməyə verdilər-SƏBƏB
Təbiətin nəhəngləri
Toyuqlu-holland pendirli pide (foto-resept)
Ukraynada yanğın davam edir
Yeni gəlinlik dəbi - şəffaf, alt paltarsız
Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi - SİYAHI
"Facebook" 33 milyon dollar cərimələndi
Serenaydan 1,5 milyonluq imza - FOTO
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
5 dəqiqəyə stressi azaltmaq
2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI
Yeni kəşf inqilab edəcək
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" qanunu təsdiq etdi
Misir kahinlərinin gizli bilikləri
Azərbaycanda distant təhsilin müddəti uzadıldı - QƏRAR
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Nazirlikdən daşqın xəbərdarlığı
Gezi Parkı olaylarından sonra turistlərin sayı artıb
Bu çanta ev qiymətindədir
Bu gün Su Çərşənbəsidir!
Xankəndi tam zülmətə qərq oldu - VİDEO
Dünyanın ən bahalı maskası qiyməti ilə təəccübləndirir– FOTO
İş icazəsindən sui istifadə edib rayona gəzməyə gedənlər cəzalandırılacaq
Şakiraya 6 cinayət işi açıldı
"ASAN Xidmət" Azərbaycanın brendinə çevrilib
İxtisas seçimi başladı
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
110 illik ağacı KİTABXANA etdi-FOTO
Ay bölgüsü necə yaranıb?
Beren Saat Kənanı SİLDİ
"Arıqlamaq istəyən mədə kəsdirir, amma..." - Sevda Ələkbərzadə
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Günəşdə dəhşətli partlayış gözlənilir
“WhatsApp” tarix ola bilər
Prezident Fəxri Xiyabanda
2017-ci ilin saç modelləri
Yağış nə vaxt kəsiləcək?
Əl işi çantalar
Dollar manatı vurdu
Balqabaq çəyirdəyi və şabalıdın faydaları
İsrailin daha bir şəhərində "Xocalıya ədalət" fotosərgisi açıldı
Dünya mətbəxi - İsveçrə
Hazal Kaya kafe açır
Bakıda möhtəşəm saray
Ölkələri tanıyın-Əfqanıstan
- ŞƏRHLƏR