Sata bilməzsən
Fələk dar eyləsə geniş yolunu,
Gedib mənzilinə çata bilməzsən.
Şahmarın boynuna salsan qolunu,
Gecəni, gündüzü yata bilməzsən.
İtirsən həyatda olan izini,
Söndürərsən ocağının közünü.
Özgəsi yox, düşün özün özünü
Özündən kəsərək ata bilməzsən.
Ömür yolu gedər-gəlməz uğurdur,
Harda olsan, ağır otur, ağır dur.
Zülfüqar, dünyadan köçmək ağırdır,
Yoxdu müştərisi, sata bilməzsən.
1980
Səninkidir
Dəmir kimi zindanlarda döyülməm,
Döyə bilirsənsə, döy, səninkidir.
Qırıllam poladtək, heç vaxt əyilməm,
Əyə bilirsənsə, əy, səninkidir.
Halva demək ilə dad almaz damaq,
Qurddan çoban olmaz götürsə çomaq.
Gör neçə şalvara olmusan yamaq?
Saya bilirsənsə, say, səninkidir.
Aləm cənnət olar, çuğul olmasa,
Dövlət nəyə gərək ağıl olmasa?
Dünyanın işləri nağıl olmasa,
Qismətində olan pay səninkidir.
El gözü itidi, yayınmaq olmaz.
Samanın közünə qızınmaq olmaz.
Dəlidən ağıllı söz ummaq olmaz,
Zülfüqar, o qopan vay səninkidir?
05.09.1992
Qalıbdı
"Sürünü tərk edir qocalan fillər,
Sirrini özgəyə verməmək üçün.
Solanda zibilə qatılır güllər
Vəfasız gözəli görməmək üçün."
Qartal qayasında, ceyran düzündə,
Yamacda neçə min izin qalıbdı.
Hicrana çevrilib səbr, dözüm də,
Çeşmələr gözündə gözüm qalıbdı.
Göllərdə görünmür sular sonası,
Bala mələr qalıb, ölüb anası.
Haqqın, ədalətin yoxdu binası
Nə odum, ocağım, közüm qalıbdı.
Ömür qışdı, soyuq kəsir bədəni,
Sorammıram nə gələni, gedəni.
Fələk çox imtahan eylədi məni,
Zülfüqar, döz, sənə dözüm qalıbdı.
25.10.1990
Deyilmi
Sən ağlama, dəli könül,
Mən ağlasam, bəs deyilmi?
Sinən ilə seli, könül,
Saxlamaq əbəs deyilmi?
Yaxşı günə yox gümanım,
Boşa çıxdı çox gümanım.
De, nə var ki, yaxşı sanım?
Bu həyat qəfəs deyilmi?
Kim aqildi, kimi axmaq,
Gör kimlərdi kimə çaxmaq.
Yazıq-yazıq durub baxmaq
Bir quru həvəs deyilmi?
Zülfüqar, səni sayanı
Sərrafı ol, yaxşı tanı.
Kim tutub qalıb cahanı?
Görməyən şikəst deyilmi?
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qocalma hormonu genlərin nəzarətindədir
Hava cənub bölgəsinə qənim kəsildi
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Çində koronavirusla bağlı məlumatların gizlədilməsinin səbəbi açıqlandı
Həftəsonu ictimai nəqliyyat işləməyəcək
Süni bahalaşmaya qarşı reydlər başladı
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
"Qumlu" keks (foto resept)
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
İdmandan necə zövq alaq?
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
Radara düşən sürücülərin nəzərinə
Manatın axırı necə olacaq?
BQXK nümayəndələri Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıya baş çəkiblər
Məşhur müğənni imicini dəyişdi - FOTO
SON DƏQİQƏ: Ermənistanda səfərbərlik elan olundu
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
Nə qədər adam geri zəkalıdır?
Naominin 90-cı ildə çəkilən -FOTOları Gündəm oldu
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Karamelli keks (foto resept)
İstehsalçıların yaratdığı təbəssüm (2)
"Məhəbbət" tortu (foto resept)
Naringinin xassələri alimləri heyrətə salıb
Obama ailəsi film biznesinə başladı
Murad Yıldırım yeni filmə çəkildi-FOTO
Praqa tortu (foto resept)
Qripi əlinizdə daşıyırsınız
Qozun sağlamlığımıza faydaları
Ajda Pekkan jurnalistlərə görə polis çağırdı-FOTO
Almaniya Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini bildirdi
Pəhrizsiz arıqlamağın yolları
Kəsmikli peçenye "Qızıl gül" (foto resept)
Baş nazirin yubileyində partlayış: 30 nəfərə yaxın adam yaralandı - VİDEO
Düşmən mövqelərimizi minalarla vurur
Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Şeyma Subaşıdan imtina etdilər-SƏBƏB
Magistraturaya qəbul planı açıqlandı
Azərbaycan milli uşaq oyunları-12
Yeni ili harada qarşılamaq olar? - Populyar istiqamətlər və qiymətlər
Simurq quşu haqqında maraqlı məlumatlar
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər
Şokoladlı tort (foto resept)
Toyları saxta çıxdı
Ən qorxulu, sarsaq selfi çəkildi
Yağış çəkmələrindən güldan (özün düzəlt)
Evlilik haqqında 8 həqiqət
Uzun cins ətəklər
- ŞƏRHLƏR