Günəş batır,
axşam olur
kədər doğur gecəmizə;
Səmada ulduz yerinə dərd görünür,
qəribədir;
qəmmi yağır gecəmizə..?!
Gecə üçün böyük dərddi;
başqasını isitməyə gedir günəş
Bu nə cılız məhəbbətdi,
gecəni tərk edir günəş...?!
Gecə eynən mənim kimi
qəmli, sakit, aram, səssiz
tənha, yalqız,
qəribsəmiş
kövrək, hüzünlü, kimsəsiz.
Bəlkə bu üzdən sevirəm gecəni mən;
o da dərdli, mən də dərdli -
o da kefsiz, mən də kefsiz...
Zaman sabahı qovduqca
gecə zülmətə bürünür,
nə sirdirsə,
qaranlıqda Ulu varlıq
daha da aydın görünür.
Şamım yanır həzin-həzin
gecəm bitmir neçə gündür;
belə tez ərimə,
ey şam!
Gecəm hələ çox uzundur...
İnsan sadəcə inanmaq istəyir bəzən
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!
Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!
Məsələn,
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.
Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün:
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!
Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...
İnanmaq istəyir insan, inanmaq:
nə olar,
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bilərziklər
Qədim təhlükəli infeksiyanın sirri açıldı
Qozlu krem(foto resept)
Serenay Sarıkaya kökəldi-FOTO
Azərbaycanlı stilistin yeni işi hər kəsi kövrəltdi
Cem Yılmazın GÖZÜnə nə oldub?
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
Bakıda ən gəlirli yay biznesi qurmaq şansı
Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər?
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Nəticələr açıqlandı
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Bəzi qadınlar niyə tənhadır?
Kabaklı toyuq ətli kotletlər (foto resept)
Azərbaycana yay gəlib?
Kəsmikli xəmirdən burma (foto-resept)
Növbəti sınaq imtahanının keçiriləcəyi TARİX AÇIQLANDI
Azərbaycanda "Formula 1" 2015-ci ilin payızında keçiriləcək. (ƏLAVƏ OLUNUB).
Arnold Şvarsneggerin həyat qanunları
Suxarili kotletlər
Ərəb dünyasında bir ilk - Qadın nazir oldu
Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
Günün ulduz falı - 14.01.2014
Milli Qəhrəmanlar danışdılar: "Biz də döyüşə hazırıq"
"Ömərcik" dünyasını dəyişdi
Bağ evləri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər - FOTO
Rulet-peraşki (foto resept)
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
Alimlər pendirin faydasını sübut etdilər
1 nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşdü
28 ildir ürəyində erməni gülləsi ilə gəzən “Maştağa” ləqəbli qəhrəmanımız - VİDEO
Yeni kolleksiya: Kurtka donlar
Qaraciyər
İdmançımız beynəlxalq reytinqdə ilk onluqda!
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Rusiyalı alimdən Azərbaycanda dəhşətli zəlzələ proqnozu
Rəsmi Bakıdan sərt cavab
“WhatsApp” yeni rekorda hazırlaşır
“Amfibiya adam” koronavirusdan öldü
Sehrləyici qadınlıq
Qəbul imtahanları ilə bağlı yeni LAYİHƏ
"Qalatasaray" Bakıya gəldi
Cəbhə xəttində gərginlik
Yeni il çox maraqlı keçəcək
Şeyma Subaşıdan qəribə paylaşım -FOTO
Tərəvəzli taco (foto resept)
Çin koronavirusa qarşı daha bir peyvənd hazırladığını elan etdi
- ŞƏRHLƏR