Demə atam, demə ki, dərdim var mənim,
Dərd nədir ?- Gəl deyim, sözüm var mənim .
Xırdaca problemi dərd bilib yanma,
Düşmüşəm odlara !- deyib dayanma.
Bir baxarsan, öz özünə düzəldi,
Süpürüb atarsan, san ki, xəzəldi.
Vallah, dəymədüşər olub canımız,
Eləcə problemdi dörd bir yanımız.
Şişirib siz onu çox böyütməyin,
Əsil dərd sahibin siz incitməyin.
Dərd nədir:- Açılmaz düyünlər ilə,
Yeyilməz acısı şirinlər ilə.
Yanarsan atəşsiz tüstün başında,
Bir dünya heç olar əqli- huşunda.
Dərd əhliyəm göz dağı, göz dağım vardır,
Qəlbimdə bir ümid çırağım vardır.
Bax, dərdin özünü ağladıram mən,
Şənliklə ömrümə rəng qatıram mən.
Sanırıq dünyamız kabusdu, kabus ,
Yaşayırıq duyğusuz, əfsus, min əfsus.
Gəl ataq kədəri, nisgil, ələmi,
Yox deyək dərdlərə, sınsın qələmi.
Hər üzdə təbəssüm, sevinc yaşları ,
Ərisin qəlblərin qara daşları .
Gözəldir, deyilmi? - Söylə, bəs nədən,
Hələ də arxanca dərdi çəkirsən?
Demə, atam, demə ki, dərdim var mənim,
Dərd nədir ? - Gəl deyim, sözüm var mənim!
Müəllif:Mirzə Məmməd Vəliyev
Özgə səadəti
Min bir möcüzəli cahan içində,
Sən sirli bir ada, mən açıq dəniz
Mən coşub daşdıqca sən lal dayandın,
Sanki kainata sığmır qəlbimiz.
O ani sevinclər qırıq gülüşlər
Bahar küləyi tək ötdü ömrümdən,
Sinəmə sıxdığım tər bənövşəmi,
Nə deyim rüzgara aldı əlimdən.
Sevgi yuvasında bir yuva qurdum
Bilmədim ocağım tüstüdür nədir.
Qəlbimdən yad ocaq alovlansa da
Bilmirəm soyuqdu istidir nədir.
Payıza tuşlandı ömrüm çiçəyi,
Aramsız küləklər saraltdı məni
Özgə sevincinə ümid bağladım,
Özgə səadəti aldatdı məni.
Üzüb bu dünya ilə haqqı hesabı,
Ömür karvanımı çəkib gedirəm.
Min bir zəhmət ilə yuva qurmuşdum,
İndi öz yuvamdan uçub gedirəm.
Neçə don geyərmiş dünyanın üzü,
Oğurluq əyrilik axtarır gözü,
Dəydi xətrimə bir yersiz sözü,
Mən belə dünyadan köçüb gedirəm.
Çəkdim nadan ilə haqqa savaşı
Sınadım dar gündə dostu, yoldaşı
Namərd hiyləsindən olmuşam naşı,
Nadanlar əlindən qaçıb gedirəm.
Mən də yolçusuyam bu ömür yolun
Çox gördüm tikanın, sox qırdım kolun,
Bu sevda yolunda qəlbimin nuru,
Zülmət gecələrə saçıb gedirəm.
Müəllif:Məsləhət Tufan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR