Bəzən iş otağıma çəkilib bütün günü,
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Öyrənmək istəyirəm diqqət ilə, səy ilə,
Sözlər necə yaranıb hardan gəlibdir dilə.
Lüğətlər kömək etmir, qamuslar gəlmir kara
Deyirəm öz-özümə: ürəkləri sən ara.
Talelər kitabında mənası var hər sözün
Hər həsrətin vüsalın, hər gecənin-gündüzün.
Düşünürəm: zindanda azadlıq boğulanda
Körpələrlə gözəllik bir yerdə doğulanda.
Azadlıq həsrətilə yanan zaman Vətənim
Yəqin "azadlıq" sözü dilimə gəlmiş mənim.
İnsanlar sürüləndə yurdundan diyar-diyar
Yəqin "Vətən"sözünü qürbətdə yaratdılar.
Vətən oldu onların arzusu, düşüncəsi
Meyvələrin nübarı, çiçəklərin qönçəsi.
Ocaqların tüstüsü,
Təndirlərin istisi,
Çinarların vüqarı xəyala gələn zaman
Yarandı "Vətən" sözü qəriblərin ahından.
Bilirəm torpağımın sevinci var, yası var
Onun gözünün dağı hicranlı Arazı var
"Həsrət" sözü Arazın yaranın sularından
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz əvvəl çay idi
İndi həsrət olubdur, qəlbləri odlayıbdır
Nə qədər yol getmişik Günəşin sorağında?
Bir vaxt oda sığınan yurdumun torpağında
İşığa həsrət qalıb illər boyu nəsillər
Səmum nəfəsli aylar, ölüm nəfəsli illər.
Söndürüb evlərdəki neçə odu, ocağı
İnsan olub cansıxan qaranlığın dustağı.
Kim bilir, bəlkə onda
Ürəklər bir çırağın həsrətiylə yananda
"İşıq" sözünü ilkin dilə gətirmişik biz
Arzunun işığıyla "işıq" gəzib nəslimiz?
Bəlkə "ümid" sözü də uzaq bir çıraq kimi,
Elə o vaxtlar yanıb,
Ya zülmətdə doğulub, ya zindanda yaranıb?
Ayaqlar buxovlanıb, əllər zəncirlənəndə
Fəlakət üstümüzdə bayquştək hərlənəndə
Ölüm dayanan zaman qaşla-göz arasında
Bəlkə bir cəngavərin ümidsiz yarasında.
Bəlkə ölüm anında ümid gözləyən gözdə
Ümid də yaranıbdır"ümid "ünvanlı sözdə?
Bəzən iş otağıma çəkilib bütün günü
Axtarıram sözlərin ,kəlmələrin kökünü.
Məncə,hər söz yaranıb bir arzudan, diləkdən
Sözlər də məcrasını alır yanan ürəkdən!
Adil Babayev
XƏBƏR LENTİ
Az yemək qocalmanın qarşısını alır
Burnunuz xasiyyətinizdən xəbər verir!
Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - SİYAHI
Məktəblilərin payız tətili başa çatıb
Bu ay 6 günlük uzun gecə olacaq
Erməni nazir: "Biz Bakıya getməliyik"
Yüksək reytinq = Daha çox qazanc!
Bu da 64 bitlik Android
140 illik Milli Mətbuat
Azərbaycanda beş vУ™ beşdУ™n artıq uşağı olan analara xoş xəbər
Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
Ziyafət məclisinin şahzadəsi ol
28 May - Respublika Günüdür!
İsmayıllı meşələri od tutub yanır
Yenicə ana olmuş xanımlara məsləhətlər
50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq
Kimlər koronavirusa yenidən yoluxa bilər?
DİQQƏT – Bakıda dövriyyədə saxta pullar var
Torpaq uğrunda ölən varsa, Vətəndir!
Maraqlı tatuajlar
İnternetə pul çox çıxır? Çarə tapıldı
WhatsApp-dan növbəti yenilik
VW Scirocco təzələndi
25 il Qubadlısız...
Azərbaycan əczaçılıq sahəsində Macarıstana müştərək müəssisə yaratmağı təklif edir
Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat başladı
Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir
Uşaqlarda sidik qaçırma
Bayram namazının vaxtı açıqlandı
Aspirin maskasıyla gözəlləşək
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Rus dili dərs-1
Cəbhədə gərgin gecə
Smurfiklər şəhəri - FOTO
Qoltuqaltı qaralmasını necə aradan qaldırmalı?
Azərbaycanda uydurma "problem" arayanların əsl məqsədi nədir?
Öz maketini hazırlayan ana
Namaz və onun qaydaları (2-ci hissə)
"Verilişlərin keyfiyyəti aşağıdır, amma..."
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
Polis xəbərdarlıq etdi
Hava haqqında - 04.03.2014
Fonetika (son)
Yenilik! Ali məktəblərə qəbulun nəticələrini öyrənmək üçün daha bir imkan
Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır
Ağız qoxusu yaradan yeməklər
Stəkanı yerə buraxın bu gün!
İnanılmaz olsa da, realdır
Məktəblərdə maksimal şagird sayı necə müəyyənləşəcək?
- ŞƏRHLƏR