-Lamiyə, gəl bizə.Onsuz da evdə təkəm.Gəl, rahat danışaq.
-Heç yerə getmək istəmirəm, Aytən.Ayaqlarım tutulub elə bil.Səni parkda gözləyirəm.İmkan varsa gəl.Çox pisəm indi.
-Yaxşı, yarım saata ordayam.Özünü ələ al.Ağlayıb başqalarının da diqqətini cəlb etmə.
-Çalışaram..
Bu qısa telefon söhbətindən heç nə anlamasa da Aytən hiss etdi ki, rəfiqəsinin başı bəladadır.Lamiyə onların sinfinə 8-ci sinifdə oxuyanda gəlmişdi.Onların yaşadığı qəsəbəyə rayondan köçmüşdülər.Çox saf, həm də gözəl qız idi.9-cu sinifdə oxuyanda Kamillə ilk görüşlərindən bu günə qədər Aytənin bütün sirlərini demək olar ki, bilirdi.Yəni Kamillə bağlı hər şeyi..Lamiyə çox anlayışlı olduğu qədər də bir az qapalı idi.Özü, problemləri haqda danışmağı xoşlamazdı.Hətta ən yaxın rəfiqəsini belə öz kədəri ilə yükləmək istəmirdi.Bunu Aytən bildiyi üçün heç vaxt onun üstünə getməz, nəyisə məcburən öyrənməyə çalışmazdı.İndi görəsən nə olub ki, Lamiyə özü ona böyük bir sirr açacaqmış kimi zəng edib.Həm də çox həyəcanlı idi.Aytən çox düşünmədən tez evdən çıxdı.Elə ev geyimindəcə.Onsuz da evdə olanda da o baxımlı idi.Səliqəli, təmiz və sadə geyinərdi.Lamiyəni gözlətməməkçün taksiylə getməli oldu.Lamiyəni parkda əlləri ilə üzünü tutmuş-çox güman ki ağlayırdı-görəndə ürəyi sıxıldı.Həmişə başı dik, gülərüz, təbəssümü üzündən əskik olmayan, mehriban rəfiqəsini belə aciz, sanki dünyanın sonu imiş kimi çarəsiz görmək onu sarsıtdı.Səbəb nə olursa-olsun Lamiyə üzülməməliydi onun fikrincə.Axı o öz kədərini rəfiqəsilə bölüşəndə, ən böyük problemi olduqda belə Lamiyə onu elə tez sakitləşdirə bilirdi ki.Öz təmkini, gələcəyə böyük inamlı söhbətləriylə..Bəs indi skamyada oturub göz yaşı axıdan, bu çarəsiz qız kim idi?Həqiqətənmi Lamiyə idi?Bəlkə yaxınlarına nəsə olub?Rəhmətə gedəni var?Yox, belə olsa bunu elə telefonda da deyə bilərdi.Ya da evlərindən zəng edərdi, daha küçə telefonundan zəng edib onunla burda niyə görüşmək istəsin ki..
Lamiyəyə yaxınlaşıb heç nə soruşmadan onu qucaqladı, yanında oturdu.İki rəfiqə heç nə demədən bir-birinə sarılıb ağladılar.Lamiyə öz dərdinə, Aytənsə rəfiqəsini belə bitmiş bir vəziyyətdə gördüyünə görə..Ağlayıb sakitləşəndən sonra Aytən ehmalca soruşdu:-
-Bəlkə başqa yerə gedək.Yaxınlıqdakı kafedə oturaq.Ora sakitçilikdi.Burda gəlib-gedənlər bizə baxır.
-Necə istəyirsən.Gedək.
Kafedə də sükutu pozan Aytən olur:-
-Hə, bacı (rəfiqəsinin bacısı olmadığı üçün o Aytənə, Aytənsə ona bəzən “Bacı” deyə müraciət edirdilər), danış.
-Mən çox bədbəxtəm, Ayka.-ağlamaqdan qızarıb şişmiş gözlərilərindəki qəmli baxışlarla Aytənə baxdı.
-Axı nə olub?Ürəyimi partlatma, danışş.
-Sənə danışmışdım qrup yoldaşımın məni sevdiyini..
-Hə, yadımdadı, danışmışdın.Elə universitetə qəbul olan gündən gözü səndəydi.Axır ki, bir gün də saqqızını oğurlayıb səndən “Hə” cavabını ala bildi.Sənsə naz edirdin ona.Deyirdin ki nəsə inanmırsan onun sənə sonadək sadiq qala biləcəyinə.Bəs axırı nə oldu?Mənim başımı Kamil elə qatıb ki, heç səndən xəbər tuta bilmirəm çoxdandır.
-Elə qorxduğum da başıma gəldi..
-Necə?Əvvəldən danış.Hamsını..
-İkinci kursa keçəndə, imtahanlardan sonra heç özüm də bilmirəm necə oldusa-bu sözləri deyəndə başını aşağı dikdi.-Şeytana uydum, onun aylardan bəri təkidlə etdiyi təklifə razı oldum.
-Yəniii?
-Biz birlikdə olduq.Həmin gündən mən ona daha çox bağlandım.Əvvəlkindən də çox sevdim.Onunla nəfəs aldım.Bütün beynim, qəlbim ona aid idi.Nə evdəkilərlə, nə yaxınlarımla maraqlana bilmirdim.Ancaq o idi fikirlərimi məşğul edən, qəlbimə hakim olan..
-Bəs o?O da eyni hissləri yaşadımı?
-Yox.Elvin onun yanında böyük günahım varmış kimi mənim üzümə də baxmırdı heç dərsdə.Qrup yoldaşlarımızın yanında mənimlə danışmır, görüşəndə də gizlin görüşürdü.Sanki kimdənsə gizlənir.Sanki mənimlə görüşməyə məcbur edirdilər onu..
-Səni çox yaxşı başa düşürəm, bacı.Kamil mənim tərəfimdə dursa da, nişanlansaq da indi çox dəyişib..Ehh.Allah ağlımızı alınca canımızı alaydı kaş(axırıncı cümləni ürəyində öz-özünə dedi)..
-O hadisədən əvvəl mənə çox şeyi söz vermişdi-universiteti bitirən kimi nişanlanacağımızı, əsgərlikdən qayıdandan sonrasa evlənəcəyimizi..
-Universiteti qurtarmanıza hələ çox var.Niyə indidən ümidsiz olmusan?Sənə nəsə deyib?
-Elvin sentyabrdan daha bizimlə oxumayacaq.Təhsilini Moskvada davam etdirəcək.Nə vaxt gələcəyini də Allah bilir.Bayaq görüşdük.Son dəfə.Mənə dedi ki:-“Magistraturanı da orda oxumaq fikrim var.Gec qayidacam.Məni gözləmə..”
-Necə yəni Məni gözləmə?Onun başı xarab olub?Bəs aranızda baş verənlər?
-Hə, bu haqda da danışdıq.Dedi ki,:-“Getmədən əvvəl bu məsələni həll edək.Mənim həkim tanışım var.Sənin qızlıq pərdəni əməliyyatla bərpa edərik.”İstədyin adama da ərə gedib xoşbəxt ola bilərsən..”-Onun bu sözlərini eşidəndə elə bil başıma bir qazan qaynar su tökdülər.Heç nə deyə bilmədim.Dilim tutuldu.Ağzımı açmaq istədim ki üzünə tüpürüm.Bacarmadım.Nə tüpürə bildim, nə danışa.Şokdaydım..Bilmirəm neçə dəqiqə, bəlkə saat oturduğum yerdə qaldım.Özümə gələndə gördüm Elvin artıq gedib..Sənə zəng etdim..
Aytən də şokdaydı.Bilmirdi nə desin.Necə sakitləşdirsin rəfiqəsini.Nə desə də indi mənasız çıxacaqdı.Təsiri olmayacaqdı.İndi sakit başla, təmkinlə düşünüb bir çarə tapmaq lazım idi.Ağlına gələn ilk fikri dilinə gətirdi:
-Bəlkə onu polisə verəsən?O səninlə evlənməyə məcburdur.
-Yox, bircə bu yox.O əclaf olsa da mən onu sevmişəm.Sevdiyimə qarşı onun kimi alçaqlıq etmərəm.Həm də uşaq deyiləm ki.O məni məcbur etməyib.Özüm də istəmişəm.Bundan da başqa heç vaxt razı olmaram ki, kimisə mənimlə evlənməyə məcbur edim..Bayaq çox pis idim.Yaxşı ki, gəldin.Sakitləşdim indi.Özümə gəldim bir az.Ona elə nifrət edirəm -əgər fikrini dəyişib qayıtsa belə onu qəbul etmərəm.And içirəm.And içirəm..
-Mən də olsam belə edərdim, bacı.Sənin yanında olacam həmişə.Bütün qərarlarını dəsdəkləyəcəm.Amma bir söz soruşmaq istəyirəm.İnciməzsən?
-Soruş.
-Sənin kimi gözəl və mehriban qızın çox tezliklə yeni heyranları ortaya çıxacağına əminəm.Sən də sevəcəksən.Sevdiyin səninlə evlənmək istəsə nə edəcəksən?Elvin deyən kimi edəcəksən, ya o adama hər şeyi danışacaqsan?
-Bilmirəm.Bu haqda heç düşünmək də istəmirəm..Qəlbim indi elə yaralıdır ki, yeni sevgi haqda heç düşünmək belə istəmirəm.Bu dəqiqə bütün oğlanlar gözümdə Elvin kimi əclafdırlar..
Bir xeyli danışıb-dərdləşəndən sonra ayrıldılar.Lamiyə heç öz evlərinə də getmək istəmədi.Evlərinə zəng edib xalasıgildə qalacağını dedi.Aytən də onu xalasıgilə ötürüb evlərinə qayıtdı.
Bayaq evdən tələm-tələsik çıxdığından mobil telefonunu unudub evdə qoymuşdu.İndi telefona baxanda Kamildən 23 zəng gəldiyini gördü.Kamilin əsəbdən titrəyən üzünü, qısqanclıqdan partlayıb bir-birinin ardınca deyəcəyi təhqirləri gözünün qarşısına gətirib telefonu söndürdü.İndi heç halı yox idi onunla mübahisəyə, ya nəyisə izah etməyə.Lamiyənin başına gələnləri ona demək istəmirdi.Ona zəng edib onsuz da pozulmuş əhvalını daha da pozmaq istəmədi.Halı heç yox idi.Bir az uzandı ki yatsın...
...Aytənlə Kamilin münasibətlərindəki soyuqluq gündən-günə daha da artırdı.Daha az-az görüşür, daha çox mübahisə edirdilər.Nəinki görüşəndə, hətta telefonda danışarkən də .Kamilin davranışındakı bu dəyişikliyi Aytənin valideynləri də artıq hiss edirdilər.Onlar hər an bu nişanı pozmağa hazır idilər.Aytənsə buna hələ tələsmirdi.Beləcə günlər bir-birini qovur, sonu bilinməyən bu münasibət hələ ki, davam edirdi.Son günlərdə Kamilin özünü qəribə aparması,-zəng gələndə əvvəlcə tutulması, sonra Aytəndən ayrılıb bir az aralıda danışması, tez-tez smslər alması və bunlara görə heç bir izahat verməməsi-Aytəni həm şübhələndirir, həm də əsəbləşdirirdi.Ona görə əsəbləşdirirdi ki, özü sorusmasa Kamil zəng edənin, sms yazanın kimliyi haqda deməyi vacib bilmirdi.Guya soruşmağın nə mənası vardı ki?Hər dəfə bir yalanla özünü təmizə çıxarmağı bacarırdı.Bir sözlə hər dəfə qızlar Kamilə “səhv düşürmüşlər”.İçində Kamilə qarşı bir inamsızlıq, şünhə yaranmağa başlasa da susurdu yenə.Bir sübutu yox idi.Başqa qızlar kimi sevgilisini güdməyi-telefon danışıqlarına qulaq asmağı, telefonundakı nömrələrə zəng etməyi, ya smsləri oxumağı özünə sığışdırmırdı.Belə hərəkətləri qadının acizliyi hesab edirdi.O, çox gənc olsa da həyatda yaşından çox yaşamışdı.Böyük həyat təcrübəsi olmasa da özünə görə həyata fərqli baxışı vardı.O həmişə belə düşünüb ki:-“Əgər sevdiyim kişi mənə xəyanət edərsə onu heç vaxt geri qaytarmağa çalışmaram.Ola bilər onun həyatına daxil olan qadın məndən hansısa cəhətinə görə üstündür.Belədirsə düşünmədən onu həyatımdan çıxararam.Qoy onunla xoşbəxt olsun.Nə də olsa bir zaman sevdiyim olub. Yox, əgər onun görüşdüyü, mənim yerimi tutan qadın məndən hər cəhətdə qat-qat aşağı səviyyədə olarsa,-yenə də Kamildən üz döndərərəm.Çünki o qadını sevməklə öz zövqsüzlüyünü göstərmiş olur ki, bu halda da daha o mənə lazım deyil..Bir də ki, xəyanət mənimçün ölümdür.Həmin gün bitərəm mən..Eee, bu nədir?Mən niyə xəyanət haqda bu qədər düşünürəm.Olmayan bir şeyi bu qədər beynimə yeridirəm?Kamil son vaxtlar nə qədər kobudlaşsa da məni çox sevir.Bax, Lamiyənin başına gələnlər mənim də başıma gələ bilərdi.Amma Kamil Elvin kimi əclaflıq etmədi.Sözündə durdu.Məni heç kəsə vermədi.Onun sevgisinə şübhə edə bilmərəm.Bu, ona qarşı böyük haqsızlıq olardı..-deyib özünə təskinlik verirdi...
Ardı var...
XƏBƏR LENTİ
At quyruğuna qonmuş kəpənək fotoqrafı
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Bakıda eyvana paltar asmaq QADAДћAN olundu
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
Ayağı yaralamayan ayaqqabını necə seçməli?
Qışda çəkmələrə qulluq
Qaraciyərin yağlanmasına mane olan qidalar
Bakıda niyə tez-tez tufan olur?
İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
Prezident İlham Əliyev Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Hellouinin ən maraqlı cütlükləri
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İranı Azərbaycanla yeni körpü birləşdirəcək
Günün qoroskopu: reallıq sizi pərişan edə bilər
Şokoladlı yanardağ keksi (foto resept)
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Hələ belə toy görünməyib
Azərbaycanda yazılı abidələr qanunla qorunacaq
Sağlam bir dəri üçün lazım olan 5 üsul
HAVA necə olacaq?-24 FEVRAL
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Göbələkli makaron(foto-resept)
Əsla makiyajlı yatmayın!
İrem Derici hər kəsi təəccübləndirdi
Atasının külündən manikür etdi-FOTO
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Günün qoroskopu: Uğurlu gündür!
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi: “Ey sirdaşım” - VİDEO
Tərz sahibi olmağın yolları
Obama Putinə xəbərdarlıq etdi
Darçınlı peçenye (foto resept)
Google sensor ekranlı noutbuk göstərdi
Zəlimxan Yaqubdan son xəbər
Həyatın həzzi
Biskvitli keks (foto resept)
Tramp geri çəkildi
Bakteriyalar
Azərbaycana idxal olunan minik avtomobilləri ilə bağlı yenilik
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Su və bitkilər arasındakı ahəng
Azərbaycanda koronavirus vaksinasiyası ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
Atəşkəs yenə pozuldu
Bu müəllimlərin maaşı 40% artırılır
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
2000 illik tarixi olan, yeyilə bilən kərə yağı tapıldı
- ŞƏRHLƏR