Hərbi xidmətini başa vuran Taleh gəlişini əvvəldən evə xəbər etməmişdi.Sürpriz etmək istəyirdi.Bir azdan qapını döyəcək:Qapını açan anası əvvəlcə gözlərinə inanmayacaq, sonra sevincindən ağlayacaq.Ona sarılıb buraxmayacaq.İşdən gələn atası qapını döyəndəsə qapını özü açacaq.Atası onu görəndə nə qədər sevinəcək..Yol boyu bu səhnəni gözü önündə dəfələrlə canlandırmışdı. Ehh.Bircə evə tez çatsaydı...
Budur, bu da onların həyəti.Qapını döyür.Həyətdə bir səssizlik var.Talehgil qəsəbədə həyət evində yaşayırdılar.Ailə kiçik idi.Atası Səlim kişi ədəbiyyat müəllimi idi.Anası Zemfira isə qəsəbədəki bir çox qadın kimi evdar idi.Onların yeganə övladı olan Taleh digər tək uşaqlar kimi heç də ərköyün, şıltaq olmamışdı.Əksinə başıaşağı, sakit, təmkinli, bir az da qapalı idi.Məhlədə də, elə məktəbdə də belə idi.Atası qəsəbədə və məktəbdə hamının hörmətini qazanmış müəllim olduğu üçün özünü ona layiq aparmağa çalışır, onun nüfuzunu aşağı salacaq nəsə etməkdən çəkinmişdi həmişə.
Qapını açan olmadı.Yenə döydü.Daha bərkdən.Nəhayət anası ağır addımlarla gəlib qapını açdı.Gözləri şişmiş və qızarmışdı.Oğlunu görcək boynunu qucaqlayıb hönkür-hönkür ağladı.Ana-oğul bir-birinə sarıldılar.Bir neçə dəqiqə sonra anasının bir az sakitləşdiyini görən Taleh soruşdu:
-Nə olub ana?Bu nə haldı?Gözlərin niyə şışıb?
-Mənə fikir vermə oğlum.Hələ içəri keç.Çayını iç, xörəyini ye.Yol gəlibsən, dincəl.
-Atam hələ gəlməyib işdən?
-.....
-Özümə bir iş tapım. Daha qoymayacam atamı işləməyə.
-Oğlum,-ağlamaqdan və qəhərdən boğazı tutulan Zemfira birtəhər özünü ələ alıb dilləndi-Onsuz da atan daha işə getmir.
-Niyə?Nə olub axı?
-Ağır xəstədir atan.Biz də yenicə bildik.Həkimlər deyir ki, artlq çox gecdir.
Qəfil xəbərdən özünü itirən Taleh gözləri dolmuş halda ancaq bunu soruşa bildi:
-Nədir xəstəliyi?Nə vaxt bilmisiz?
-Xərçəng.İki ay olar.
-Bəs mənə niyə xəbər etməmisiz??-Özünü saxlaya bilməyib hönkürtüylə ağladı.
-Sənə qıymadım oğlum.Uzaq yerdə, düşmənlə üz-üzə idin.Bir yandan da bizim fikrimizi niyə çəkəsən ki?Həm də dərd çəkməkdən başqa əlindən nə gələcəkdi ki?Dərmanlar da od qiymətinədir.Onsuz da xeyri yoxdur.Heç olmasa ağrılarını azaldardı.
Ana-oğul elə həyətdəcə, ağac kölgəsində, stolun ətrafındakı skamyada əyləşdilər.
Taleh yolda nələr düşünürdü, indi nələr eşitdi?O ata-anasına sürpriz etmək istəmişdi.Xəbəri yox idi ki, ən böyük “sürprizi” həyat özü ona hazırlayıbmış!Niyə belə amansızsan, ey Həyat?Ana ilə oğul ağlayıb ürəyini boşaldandan sonra əl-üzlərini həyətdəki krandan axan su ilə yuyub, dəsmalla qurulayandan sonra evə keçdilər.
Atasının yatdığı otağa daxil olan Taleh gözlərinə inanmadı.Aman Allah!Yataqdakı onun atası idimi?Balacalaşmış, bir dəri, bir sümük qalmışdı onun enlikürək, canlı atasından.Gözləri irilmişdi, ya da çox arıq olduğu üçün belə görünürdü bəlkə də.Nə amansız xəstəlikmiş bu?Əvvəllər ancaq adını eşitmişdi.İndisə bu xəstəliyin “gücünü” görürdü.Dağ kimi atasını bir yumağa çevirib yatağa yıxmışdı öz “gücüylə”.Yavaş səslə atasını səslədi.Ondan bir hənirti gəlmədi.”Deyəsən yatıb.Oyatmayım.Qoy bir az da yatsın”-öz-zünə deyib o biri otağa keçdi.Ora atasının kabineti idi.Kabinet deyəndə ki, atasına aid əşyalar, kitablar, dəftərlər, şagirdlərin yazı işləri və s.olan bu otaqda günün çoxunu keçirdiyi üçün atasının otağına “kabinet”deyirdi zarafatla.Atasının divardakı şəklinə baxdı.Bir neçə il əvvəl çəkilmişdi.İndi yataqda ölümlə çarpışan, şam kimi əriyib, sümükləri qalan atası hara, şəkildən ona baxan yaraşıqlı, mavi gözlü, gülərüz, qıvrımsaçlı kişi hara?Talehi fikirdən anasının səsi ayırdı:
-Taleh, bala, gəl, çayını iç.Boğazın quruyub yəqin.
Həqiqətən boğazı qurumuşdu.Boğazını qurudan susuzluqdan daha çox qəhər idi.Anasının gətirdiyi mixəkli çaydan bir qurtum alıb yenidən anasını sorğu-suala tutmağa başladı:
-Ana, əvvəldən danış.Axı necə oldu bu?
-Nə danışım, ay oğul?Özünü tez-tez halsız hiss edirdi.Ha deyirdim “Ay kişi, bir özünü həkimə yoxlat”.Kimə deyirsən?Heç özünə baxan deyil.Elə deyirdi “Mənə heç nə olmaz.Amma hiss edirdim ki, həkimə getməkdən qorxur.Həmişə deyərdi-“İndiki zəmanədə ölmək də pulnandı”.Onu qorxudan ölüm yox, ciddi xəstəliyinin meydana çıxa bilməsi idi.Axı müalicə, elə dərmanlar özü nə qədər pul edir.Dərmanları almağa pul hardandır?Aylığı yeddi şirvandır(70 min manat-indiki pulla 14 manat)Onu da neçə aydır vermirlər.Yazıq kişini bu dərd bu günə qoydu.Elə-hey fikir edirdi.
-Nəyin fikrini edirdi?
-Fikir edirdi, xəcalət çəkirdi ki.-“Hamı əsgər oğluna hər ay baş çəkir, pul göndərir.Mənsə düşmənlə üz-üzə dayanan madar oğluma heç nə göndərə bilmirəm.Bu gün, sabah qayıdır, mən hələ bir dəfə də olsun yanına gedə bilməmişəm.Belə də ata olar?Kasıblığın üzü qara olsun.”
Taleh evin yeganə övladı idi.Evin tək övladı olan oğlanlarsa hərbi xitmətdən azad idilər.O özü könüllü getmişdi.Evdən heç kimə xəbər etmədən hərbi komissarlığa getmişdi.Evdəkilərə yalnız yola düşmədən bir gün əvvəl dedi.Yadındadır o zaman da anasının ağlamaqdan gözləri beləcə qızarmışdı.Onu buraxmaq istəmirdi.Atası isə...Onunla fəxr edirdi.Axı arzusuna çatmışdı.Maddi çətinliklər oğlunun belə tərbiyəli, qeyrətli böyüməsinə mane ola bilməmişdi.Həm atasına, həm Vətənə layiq övlad böyütmüşdü.Daha ölsə də qəm yeməzdi...
Budur onu min bir əziyyətlə böyüdən atası Səlim kişi indi yataqda can çəkişirdi.Taleh gözünün yaşını silib atasını yanına gəldi.Ona yaxınlaşıb yavaşca alnından öpdü.Oğlunun nəfəsini hiss edən Səlim kişi gözlərini açdı.Talehi görcək gülümsədi.Nəsə demək istədi.Danışa bilmədi.Bayaq anası da ona demişdi atasının danışa bilmədiyini.Talehin qarşısındakı yataqda canlı meyid uzanmışdı.Gözləri açıq, nəfəsi gec-gec gedib gələn “meyid”.Atasının qurumuş, taxtadan fərqli olmayan, sümükləri çıxmış əllərini dodaqlarına yaxınlaşdırıb öpdü..öpdü..Səlim kişinin gözlərindən bir damla yaş axdı..və gözlərini yumdu.Sanki Əzrayıldan Talehin gəlişinədək möhlət almış atası onu əbədi tərk etdi...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıya QAR yağacaq?
Oruc tutarkən enerjili olmaq üçün nə etməli?
Hava haqqında - 17.02.2014
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Eynşteyn və sürücüsü
Qızmar havadan necə qorunmalı?..
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Sergey Lazarev 12 kq arıqladı
6 addımda doğru bikini seçmə yolları
Yüksək təzyiqin DƏRMANSIZ mÜALİCƏSİ
Nağıllar ölkəsi: Hindistan
Əl işim olan xonçalar
Ermənistanın sonu yaxınlaşır
Murat Boz seçəcəyi 20 nəfərlə Bakıda görüşəcək-FOTO
Kartofun içində bişmiş yumurta (foto-resept)
Toyuq ilə yay ləvəngisi
Nümunəvi olaq!
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
Cəbhədə qızğın atışma
Bu qız dünya gözəli seçildi - FOTO
Qarabağa buz yağdı
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Sevdim səni...
"Bataqlıq"
Saqqal və bığ çempionatı
Özcan Deniz BOŞANDI
Pendirdən qorxub ağlayan da var
Bakının "Formula-1" yolu
Gəlin-qaynana qarşıdurması
"Azərbaycanda sosial məsələlər uğurla həll olunur"
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”
Maydanda üçüncü qüvvələr işləyir
İti öpmək faydalıdır?
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Bakıda ərəb mətbəxi təklif edən restoranların sayı artır
Eşqinizi alovlandırın
Şirin rolla (foto resept)
Check-up müayinə nəyə görə lazımdır?
MRT haqqında bilmədiklərimiz
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
İnsult və infarktın yeni müalicə üsulu
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Utanmağın səbəbləri
Kraliça gəlinlər arasında ayrıseçkilik etdi-FOTO
Kədəri aradan qaldıran qidalar
Bu avtobuslarda nağd pul işləməyəcək
Üzüm budağının suyu - TƏBİİ DƏRMAN
Hava haqqında - 17.12.2013
Kəskin istilərlə bağlı xəbərdarlıq edildi
Brent markalı neft 44 dollara satılır
- ŞƏRHLƏR