Qədim zamanlarda çox gözəl bir gəlin varmış.Gözəlliyi,evdarlıgı və tərbiyəsi dillərdə dastan imiş.Nur topu kimi qız övladı və tacir həyat yoldaşı ilə ömür sürürmüş.Lakin əcəl zamansız gəlir bu gəlin üçün.Ömrünün son dəqiqələrində ömür-gün yoldaşına belə vəsiiət edir:
-Bilirəmki evlənəcəksən.Sənə ömür-gün yoldaşı lazımdı.Yad gəlib mənim balama dogma ana ola bilməz.Sənə vəsiyyətim budur:sag qolumu kəsib bir süpürgənin içinə tik.Bundan heç kəsə bir söz demə.Yeni arvadına deyersənki qızım səni hirsləndirsə onu bu süpürgə ilə döyərsən.
Bunu deyib gəlin gözlərini əbədi yumur.....
Tacir arvadının son arzusunu yerinə yetirir.
Bir müddətdən sonra tacir evlənir.İşi ilə əlaqədar səyahətə çıxanda yeni arvadına deyir:
-Uşaq sözünə baxmasa bax küncdəki süpürgə ilə dərsini verərsən!
Yeni arvad əzilib-büzülür:
-A kişi nə danışırsan?Döymək nədi?Heç mənim balamıza əlim qalxarmı?
Kişi yola düşür.Ögey ana o dəqiqə süpürgəni götürüb qızı o ki var döyür.Evin bütün iş gücünü qıza tapşırıb özü qonşuya söhbətə gedir.Gəlib qızın gördüyü işlərin hərəsinə bir qulp qoyub yenidən döyür.Qızın bundan sonrakı günləri belə keçir:iş-güc və süpürgə ilə döyülmək.
Ögəy ananın anlamadıgı bir iş vardı.Qız döyüldükcə gözəlləşirdi,böyüyürdü.Qızın gözəlliyi el obanın dilində dastan olmuşdu.Günəşlə onu görcək utanıb buludlarıb arxasında gizlənirdi.Bulud isə getdiyi yol toz olmasın deyə yollarına su səpirdi.Yanaqlari al lalə ilə bəhsə girir,gözəl saçlarını külək sevgi ilə darayırdı.Ögəy hər daha böyük nifrət və qəzəblə süpürgəni qıza vururdu.Dəyən hər zərbə qızı biraz da gözəlləşdirirdi.Elə bil ona zərbə dəymirdi, sevgi,nəvaziş dolu əl sıgallayırdı.
Ögəy ana dərdini küpəgirən qarıya danışır.Ona diqqətlə qulaq asan küpəgirən qarı süpürgəni ogətirməsini tapşırır.Ögəy ana süpürgəni gətirir.Süpürgəni açan qarı içindən qurumuş bir insan qolu tapır.Üzünü qəzəbli ögəy anaya tutb deyir:
-Bax bu əldir qızın gözəlləşməsinin səbəbi.Bu onun anasının əlidir.Sən nə qədər acıqla döysən də ana əli sevgisi ilə balasını sənin qəzəbindən qoruyur.Bu əli apar dəfn et,süpürgəni əvvəlki kimi bagla.Nəticəni çox keçməz görərsən.
Ögəy ana qarının dediklərini tez yerinə yetirib evə qayıdır.Qızı döyməyə başlayır.Qız hiss edirki bu dəfə zərbələr onu incidir.Qəlbi daşa dönmüş qadın hər dəqiqə qızı amansızlıqla döyür,qızın günü gündən soldugunu,arıqladıgını hətta çirkinləşdiyini görür.Bu bele onun amasızlıgını azaltmır.Zavallı qız artıq nə edəcəyini bilmirdi.Hər gün biraz daha zəifləyir,gücü-qüvvəti azalırdı.Səbirsizlikə atasını gözləyir,atasının səfəri başa çatmaq bilmirdi.Bir ögəy ana yenə onu döyməyə başlayır.Qız birtəhər əlindən qurtulub qaçmağa başlayır.Nifrət dolu ögəy ana ardınca düşür.Qız qaça-qaça gəlib çaya çatır.Arxada amansız ögəy ana,öndə gur çay....
Qız əvvəlcə özünü çaya atıb öldürmək istəyir.Amma başa düşürki belə etsə analığı atasına onun pis yola düşdüyü üçün belə addım atdığını deyecek.Qız çarəsizliklə əlini qaldırıb ALLAHA yalvarır:
-ALLAHIM sən qoru məni.Yalvarıram qurtar bu əzabdan məni.Sənə pənah gətirirəm YA RƏBBİM!
ELƏ BU AN ALLAH QIZI SÖYÜDƏ ÇEVİRİR!
Qızın ALLAHA uzanmış qolları agacın budaqlarına,pərişan saçları isə söyüdün salxımlarına çevrilir
.Bu mənzərəni görən analıgın qorxudan ürəyi partlayır.
Salxım söyüd isə öz pərişan halı ilə bugün də baglarımızı,parklarımızı bəzəyir.........
XƏBƏR LENTİ
Özge Ulusoy Bakı çəkilişindən 170 min qazandı-FOTO
Bir vanna qəpik pulla "Iphone XS" aldı - FOTO
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Bill Qeyts: COVID-19 bu müddətdə bitəcək
Messidən gözlənilən jest
Qarın yağlarının yaratdığı 4 təhlükə
Soba olladiləri (foto resept)
Böyrək daşlarından birdəfəlik xilas olmaq mümkündürmü?
Hər zamanın dəbi- skelet başı
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Körpənin ilk anları
Xəzərdə neftçi itkin düşüb
İnstaqram Madonnaya qadağa qoydu
Günün qoroskopu:Stressdən uzaq olun
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Azərbaycanda mobil rabitədənin GƏLİRLƏRİ
Həftənin ilk iş günü Azərbaycanda hava necə olcaq?
"Diriliş Osman"ın bəş qəhrəmanları bəlli oldu-FOTO
Yeni planet kəşf edildi
Dünya yenə onları izləyəcək
Hamiləlik dövründə vitaminlərin faydası
Adrianadan Metin Haraya daha bir zərbə
Ayrılıq xəbəri yalan çıxdı
Mark və xanımı uşaqlarına verdikləri tərbiyədən danışdı
HAVA necə olacaq?-18 İyul
Azərbaycan hərbçiləri Moskvaya yola düşdü
Azərbaycanda bu benzinin qiyməti bahalaşdı
Bir həftəyə 10 kq arıqladım
Kometa olduğunu düşündülər, amma... – VİDEO
Mehriban Əliyeva müsahibə verdi
ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO
Baş İnfeksionistdən Koronavirusla bağlı Əhaliyə Müraciət
Bütün dünyadan gözəllik sirləri
Coca-Cola-nın zərəri təsdiq olundu
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
Almaniyada hakerlər hərbçilərin məlumatlarını ələ keçirdi
Günün qoroskopu: Enerjili olun!
Gözəl maşınlar
Klassik əsərlərin yazılmış ilk halı
Rəqəmləri birləşdir-8
Pelin Karahan yenidən rəsm çəkir-FOTO
COVID-19 Yer kürəsinin üçdə ikisini yoluxduracaqmı? - EKSPERT RƏYİ
İlham Əliyev yeni xarici işlər naziri təyin etdi
Post modern kilsələr
Qüssəli duyğular yaradıcılığı artırır
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Gül kələmli alfredo (foto resept)
İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər
61 yaşılı model
- ŞƏRHLƏR